“Nar”dan Türkiyədə olan abunəçilərinə dəstək

06-02-2023 / 13:22

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar olaraq, bu ölkədə olan abunəçilərinə yaxınları ilə davamlı əlaqə saxlamaları üçün danışıq dəqiqələri və internet trafiki təqdim edir.

Əlavə balans haqqında məlumat abunəçilərə SMS vasitəsilə bildiriləcək. “Nar” zəlzələdə həyatını itirənlərə Tanrıdan rəhmət, xəsarət alanlara şəfa diləyir.

Xatırladaq ki, Türkiyədə bu gün səhər saatlarında 7,4 bal gücündə zəlzələ olub, 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.