Previous Next
Bağla

Türkiyədəki zəlzələ Azərbaycandakı onlayn ticarət bazarına necə təsir edəcək?

18-02-2023 11:11
Türkiyədəki zəlzələ Azərbaycandakı onlayn ticarət bazarına necə təsir edəcək?

“Güclü zəlzələ baş verən Malatya, Kahramanmaraş şəhərlərində iri şirkətlərin istehsal fabrikləri yerləşir. Bu səbəbdən də, zəlzələnin əraziyə vurduğu ziyan və ümumi vəziyyəti nəzərə alsaq, növbəti, yəni payız-qış mövsümündə tekstil malların qiymətində artım gözlənilir”.

Bunu açıqlamasında fervalın 6-da Türkiyənin bir sıra regionlarında baş verən 7,7 və 7,6 maqnitudalı iki zəlzələnin Azərbaycanın geyim bazarına təsirini şərh edən Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) İdarə Heyətinin sədri Fərid Novruzi deyib.

F.Novruzi hesab edir ki, 2023-cü ilin ilk yarısında qiymət artımı ilə bağlı yenilik gözlənilmir:

“Növbəti 6 ay ərzində yəni qarşıdan gələn yaz-yay mövsümündə tekstil mallarına müəyyən olunan qiymətlərdə dəyişikliklər olmayacaq, çünki sahənin qaydalarına uyğun olaraq, bu mövsüm üçün nəzərdə tutulan malların istehsalı prosesi artıq bitib. Qeyd olunan mövsümlərdə yalnız logistika məsələləri ilə bağlı problemlərin olması gözlənilir ki, bu da tədarük zəncirində qırılmaların baş verməsi səbəbindən ola bilər”.

"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov isə hesab edir ki, brend malların istehsalçıları hadisədən təsirlənsə də qısa müddət üçün qiymət artımına getməyəcək:

“Türkiyə elektron ticarət platformaları Azərbaycanda kifayət qədər məşhurdur. Bu baxımdan qardaş ölkədə baş verən zəlzələnin onlayn satışa təsiri bizim ölkəmizdə də hiss ediləcək. Biz də bu prosesi dərindən müşahidə edirik. Düşünürəm ki, brendlər öz adlarını qorumaq naminə zərər dəyməsinə baxmayaraq bahalaşmaya getməyəcəklər.

Zəlzələnin qiymətlərə təsirinə gəlincə bu əsasən ölkə daxilində xüsusən də təbii fəlakət baş verən bölgədə istehsal edilən məhsullarda müşahidə edilə bilər. Təbii ki, zəlzələnin nəticələrinin hansı müddətdə aradan qaldırılması, həmin bölgələrdəki müəssisələrin öz işlərini hansı tezlikdə bərpa etməsi, ölkədaxili daşınmaların opertativliyinin təmini və başqa bu kimi məsələlər qiymətlərə təsir etməsi mümkündür”.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 38 044 nəfər dünyasını dəyişib.

Türkiyədə zəlzələ bölgəsində 61 722 bina yaşayış üçün tamamilə yararsız olduğu üçün söküləcək.

Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Report

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Türkiyədə zəlzələdən zərərçəkənlər üçün Bakıda yardımların toplandığı ünvan dəyişib

Türkiyədə zəlzələdən zərərçəkənlər üçün Bakıda yardımların toplandığı ünvan dəyişib

08-02-2023
“Nar”dan Türkiyədə olan abunəçilərinə dəstək

“Nar”dan Türkiyədə olan abunəçilərinə dəstək

06-02-2023
Azərbaycanlı mütəxəssis Türkiyədə xüsusi cihazla 14 nəfəri dağıntılar altından sağ çıxardı

Azərbaycanlı mütəxəssis Türkiyədə xüsusi cihazla 14 nəfəri dağıntılar altından sağ çıxardı

16-02-2023
NEQSOL Holding-dən Türkiyəyə 14 milyon TL məbləğində yardım

NEQSOL Holding-dən Türkiyəyə 14 milyon TL məbləğində yardım

10-02-2023
Azərbaycanda güclü zəlzələ oldu

Azərbaycanda güclü zəlzələ oldu

04-09-2015
NEQSOL Holding Türkiyəyə humanitar yardım göstərməyə davam edir

NEQSOL Holding Türkiyəyə humanitar yardım göstərməyə davam edir

15-03-2023
“Azərpoçt” Türkiyədəki zəlzələ ilə bağlı AFAD-a edilən ianələrdən komissiya tutmayacaq

“Azərpoçt” Türkiyədəki zəlzələ ilə bağlı AFAD-a edilən ianələrdən komissiya tutmayacaq

08-02-2023
Nazirlik zəlzələ ilə bağlı araşdırmalara başladı

Nazirlik zəlzələ ilə bağlı araşdırmalara başladı

04-09-2015
Yeni proqram smartfonu zəlzələ detektoruna çevirir

Yeni proqram smartfonu zəlzələ detektoruna çevirir

16-02-2016
Zəlzələ baş verən ərazilərdə rabitə sisteminin işində problem yaranmayıb

Zəlzələ baş verən ərazilərdə rabitə sisteminin işində problem yaranmayıb

06-02-2019
Azərbaycandan Türkiyəyə göndərilən Mobil səhra hospitalı Kahramanmaraşa çatıb

Azərbaycandan Türkiyəyə göndərilən Mobil səhra hospitalı Kahramanmaraşa çatıb

08-02-2023
 Yüksək Texnologiyalar Parkı Türkiyə üçün yardım kampaniyasına qoşulub

Yüksək Texnologiyalar Parkı Türkiyə üçün yardım kampaniyasına qoşulub

16-02-2023
Zəlzələ məlumatları necə emal olunur?

Zəlzələ məlumatları necə emal olunur?

13-03-2024
"Google" Türkiyədəki zəlzələ barədə insanları dəqiq xəbərdar edə bilməyib

"Google" Türkiyədəki zəlzələ barədə insanları dəqiq xəbərdar edə bilməyib

28-07-2025
“Google” şirkəti ən geniş zəlzələ xəbərdarlığı şəbəkəsini yaratmaq niyyətindədir

“Google” şirkəti ən geniş zəlzələ xəbərdarlığı şəbəkəsini yaratmaq niyyətindədir

12-08-2020
Zəlzələdən zərərçəkənlərə ABB mobile-la yardım imkanı

Zəlzələdən zərərçəkənlərə ABB mobile-la yardım imkanı

08-02-2023
Türkiyədə zəlzələdən zərərçəkənlərə edilən elektron ödənişlərdən vergi tutulmur-RƏSMİ

Türkiyədə zəlzələdən zərərçəkənlərə edilən elektron ödənişlərdən vergi tutulmur-RƏSMİ

08-02-2023
“Teknofest İzmir” zəlzələ səbəbindən ertələnib

“Teknofest İzmir” zəlzələ səbəbindən ertələnib

17-02-2023
Nepalda zəlzələdən sonra rabitə sıradan çıxıb

Nepalda zəlzələdən sonra rabitə sıradan çıxıb

29-04-2015
İlham Əliyev Selçuk Bayraktarı qəbul edib

İlham Əliyev Selçuk Bayraktarı qəbul edib

03-04-2023
Xarici onlayn saytlardan paltar alışına vergi tətbiq edilməsi ilə bağlı açıqlama

Xarici onlayn saytlardan paltar alışına vergi tətbiq edilməsi ilə bağlı açıqlama

07-06-2022
FHN xilasediciləri dağıntılar altından 17 yaşlı oğlanı və 12 yaşlı qızı xilas edib-VİDEO

FHN xilasediciləri dağıntılar altından 17 yaşlı oğlanı və 12 yaşlı qızı xilas edib-VİDEO

10-02-2023
Smartfonlar zəlzələ vaxtı köməyimizə çatacaq

Smartfonlar zəlzələ vaxtı köməyimizə çatacaq

03-03-2015
"Türkiyənin yerli elektromobil istehsalı Azərbaycan üçün də yeni imkanlar açacaq"

"Türkiyənin yerli elektromobil istehsalı Azərbaycan üçün də yeni imkanlar açacaq"

05-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə