NASA robot yarışması keçirir

19-11-2015 / 16:27

Məlumat verdiyimiz kimi, NASA bir müddətdir Marsa insan göndərmək üçün hazırlaşır.

Bu hədəfini qısa müddətdə reallaşdırmağı düşünən şirkət  bu vəzifə üçün  sadəcə insandan istifadə etməyəcək.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, NASA Marsda astronavtlara kömək etməsi üçün bir robot hazırlamaq istəyir.

NASA Marsda istifadə etməyi düşündüyü bu robot indidən hazırlanmış formada olsa da,  Mars üçün hələlik tam hazır deyil.

Məlumatda qeyd edilir ki, bu məqsədlə NASA robot yarışması keçirir.  Belə ki, NASA-ın iki fərqli universitetdə təşkil etdiyi yarışmadakı iştirakçılar Valkyrie adlı robotu Mars üçün uyğun hala gətirməyə çalışacaqlar.

Qalib araşdırma qrupuna NASA külli miqdarda pul mükafatı veriləcəyini bildirib.  Mükafatın miqdarı isə açıqlanmayıb. 

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə