Previous Next
Bağla
REKLAM YERİ

NASA Marsda həyatın mövcudluğuna dair dəlil tapıb

22-04-2026 08:46
NASA Marsda həyatın mövcudluğuna dair dəlil tapıb

NASA-nın “Curiosity” robotu Marsda alimlər tərəfindən bu planetdə nə vaxtsa həyatın mövcud ola biləcəyinə dair ən inandırıcı sübutlardan biri kimi qiymətləndirilən üzvi molekullar aşkar edib.

Xeberler.az bildirir ki, bu barədə “Mirror” nəşri yazıb.

Aşkarlanan molekullar arasında Yer üzündə həyatın yaranmasının əsasını təşkil edən birləşmələr, o cümlədən DNT-nin ilkin formalarına bənzəyən azot tərkibli molekul da var. Lakin əlavə tədqiqatlar təhlükə altına düşüb. Belə ki, Marsdan nümunələrin Yerə gətirilməsini nəzərdə tutan “Mars Sample Return” proqramı maliyyə çatışmazlığı səbəbindən yanvarda dayandırılıb. Əvvəllər də NASA-nın büdcəsini azaltmağa cəhd etmiş Ağ Ev administrasiyası indi büdcənin daha 23 faiz ixtisar olunmasını təklif edir. Planetoloq alimlər bunu “dərin məyusedici qərar” adlandırıblar.

Florida Universitetinin professoru Emi Uilyams bildirib ki, mümkün həyat izlərinin qəti təsdiqi üçün Mars süxurlarının nümunələri Yerə gətirilməlidir. Onun sözlərinə görə, aşkar edilən birləşmələr Marsda 3,5 milyard ilə qədər qorunub saxlanıla bilər.

Professor qeyd edib ki, artıq alimlər Mars torpağının üst qatlarında iri və mürəkkəb üzvi birləşmələrin qorunub qaldığını bilirlər. Bu isə həyatın göstəricisi ola biləcək belə maddələrin saxlanması baxımından böyük imkanlar açır.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Marsda rekord uzunluqda üzvi molekullar aşkarlanıb

25-03-2025

Alimlər Marsda qədim həyatın izlərini aşkar ediblər

11-09-2025

NASA-nın aparatı Marsa eniş edib

19-02-2021

7 yeni planet tapılıb-Video

23-02-2017

İnsanların Ayı çirkləndirməyə başladığı məlum olub

08-01-2026

“MAVEN” zondu Mars ətrafında 1000 dəfə dövrə vurub

10-04-2015

NASA robot yarışması keçirir

19-11-2015

NASA Marsın tədqiqi üçün robot-arılar hazırlayır

06-04-2018

Google NASA-nın uğurunu belə dəyərləndirdi-Foto

23-02-2017

Marsda ilk evlər 3D printerdə çap ediləcək

23-02-2017

ABŞ 2030-cu illərdə Marsa astronavt göndərəcək

06-05-2015

NASA-nın yeni tədqiqatı Marsda həyat əlamətlərinin ola biləcəyini iddia edir

21-10-2024

ABŞ NASA-ya 19 milyard büdcə ayırır

13-03-2017

NASA Ayda su aşkar edib

14-11-2009

Planetdənkənar həyatın axtarışı üçün proqram istifadəyə verilib

22-04-2015

NASА Marsa planer göndərəcək

01-07-2015

NASA süni intellekt vasitəsilə yeni krater kəşf edib

04-02-2025

NASA-nın kosmonavtları Yerə vaxtından əvvəl qaytarılacaq

09-01-2026

NASA-nın elm büdcəsi kəskin dərəcədə azaldıla bilər

15-04-2025

NASA Marsın səthinin quruluşu ilə bağlı yeni detalları təqdim edib

29-08-2025

Son 1 ildə Yerə bənzəyən 300 planet kəşf edilib

18-02-2009

NASA Ay və Marsın tədqiqi planlarına dair sənədlər paketini yeniləyib

15-12-2024

Mars və Yer bir-birinə maksimal yaxınlaşacaq

13-01-2025

NASA internetdə GIF kanalını yaradıb

13-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə