4 may tarixində www.navigator.az məlumat-axtarış saytı xakerlərin DDoS hücumuna məruz qalıb. Sayt bazar ertəsi saat 18:50-dən 19:55-dək istifadəçilər üçün bağlı olub.
Texniki xidmətin verdiyi məlumata əsasən, hücum zamanı saytda saxlanılan məlumtlara zərər dəyməyib. Məlumatda həmçinin bildirilir ki, bu “Navigator.az” saytı üçün bu ilk belə hadisədir.
"Siteman" veb-studiyasının əməkdaşlarının və onların amerikalı həmkarlarının düzgün və operativ addımları sayəsində hücum neytrallaşdırılıb və www.navigator.az saytı artıq bir saat sonra öz əvvəlki rejimində işləməyə başlayıb.
DDoS-hücumu – “Distributed Denial of Service Attack” ifadəsinin ixtisarıdır. Sözügedən kompüter cinayətinin xüsusiyyəti ondan ibarətdir ki, xakerlər öz qarşılarında müdafiə olunan kompüter şəbəkəsinə icazəsiz daxil olub, oradan məlumat oğurlamaq və ya onu məhv etmək məqsədini qoymurlar. Hücumun məqsədi – minlərlə viruslu kompüterin yardımılə hücuma məruz qalan veb-saytın fəaliyyətinə əngəl olmaqdır. Eyni zamanda həmin kompüterlərdən hədəf seçilən sayta arası kəsilmədən sorğular göndərilir ki, bu da serverin həddindən artıq yüklənməsinə gətirir və nəticə kimi adi istifadəçilər sayta daxil ola bilmir.
Ola bilsin ki, hücum üçün istifadə olunan kompüterlərin sahibləri belə, onların kompüterlərinin xakerlər tərəfindən belə bir niyyətlə istifadə etdiklərindən xəbərlərsizdirlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri