Notebook üçün Bluetoothlu siçan satışa çıxdı

08-05-2009 / 17:03

Tayvanın tanınmış irkətlərindən olan Genius Bluetooth xüsusiyyətli yenilikçi dizüstü kompüter siçanı – Navigator 905BT istehsal edib.

 Dizaynına görə idman avtomobilini xatırladır. Bu siçan ilə dizüstü kompüter istifadəçiləri üçün çox rahatdır. Cihaz Bluetooth 2.0 interfeysilə kompüterə bağlanır və 10 metr sahədə kabelsiz kompüterlə əlaqə yaradır.

Navigator 905BT \"Flying Scroll\" sürətli sürüşdürmə texnologiyası ilə internet səhifələri və ya sənədlər içində səkkiz istiqamətə sürüşə bilir. Ofis yığıncaqlarında Navigator 905BT-i aktiv etmək üçün \"Stick-N-Go\" aparatını dizüstü kompüterə taxmaq lazımdır.

Model 2 yaqut və gümüşü rənglərdə satışa çıxarılıb. Navigator 905BT kompüterləri viruslara qarşı qoruyan dünya tərəfindən məşhur Norton Symantec Antivirus proqramı ilə birlikdə satılır. Beləcə istifadəçilərin 60 günlük kompüterlərini viruslara qarşı qoruma imkanı olur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə