Previous Next
Bağla

NMR dövlət qurumları İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulacaq

10-01-2023 12:49
NMR dövlət qurumları İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulacaq

Naxçıvan Muxtar Respublikasının dövlət qurumları “İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemi”nə inteqrasiya olunacaq.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yaydığı məlumata əsasən bununla bağlı qurumun əməkdaşları 5-7 yanvar 2023-cü il tarixlərində Naxçıvan Muxtar Respublikasında olublar.

“İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemi” (İESD) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 692 nömrəli Fərmanına uyğun Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin operatorluğu ilə yaradılıb.

Xidmət əməkdaşları Naxçıvan Muxtar Respublikasında olan zaman dövlət orqanlarında tətbiq olunan elektron sənəd dövriyyəsi sisteminin informasiya təhlükəsizliyinin cari vəziyyətini nəzərdən keçirilib, İESD və gücləndirilmiş elektron imza həllərinin Muxtar Respublikasının dövlət qurumlarında tətbiqi üçün infrastrukturu yerində qiymətləndirilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin sözügedən sistemlərə məsul mühəndis-proqramçı heyətinə İESD və gücləndirilmiş elektron imza həlləri barədə məlumat verilib, xidmətin operatoru olduğu həllərin təhlükəsizliyi, digər sistemlərlə inteqrasiya imkanları və təhlükəsiz istismarı mövzusunda seminar keçirilib.

Hazırda “İdarələrarası Elektron Sənəd Dövriyyəsi” informasiya sisteminə ümumilikdə 145 dövlət qurumu 1226 işçi yeri ilə qoşulub. 2022-ci il ərzində İESD sistemi vasitəsi ilə dövlət qurumları 25 min 619 sənəd göndərib, 25 min 606 sənəd qəbul edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət qurumları arasında elektron sənəd dövriyyəsi sisteminə start verilib

12-06-2023

Naxçıvanda bir sıra qurumlar Data, İnternet və “Voice” şəbəkələrinə qoşulub

06-02-2023

Naxçıvanda 16 dövlət qurumu “AzStateNet” şəbəkəsinə qoşulub

07-08-2023

Naxçıvanın daha bir dövlət qurumu “GOV.AZ” zonasına köçürülüb

17-02-2023

Naxçıvana aid informasiya ehtiyatları “GOV.AZ”-a köçürüləcək

10-12-2022

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti yaradıldı

01-08-2018

Naxçıvan Nazirlər Kabinetinin saytı "GOV.AZ" zonasına köçürülüb

13-01-2023

Dövlət qurumlarının “Rəqəmsal Sənəd Dövriyyəsi” altsisteminə qoşulması üçün yoxlamalar davam edir

22-08-2024

Naxçıvanda daha iki dövlət qurumunun saytları “gov.az” zonasına köçürülüb

27-01-2023

İnormasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə toplantısı keçirilir

23-12-2025

Naxçıvanın dövlət orqanları GOV.AZ domen zonasına köçürülür

29-12-2022

Naxçıvanda elektron sənəd dövriyyəsi sistemi tətbiq olunacaq

01-07-2011

Naxçıvanda 1297 yeni telefon nömrəsi istismara verilib

08-08-2017

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni vəzifələr tapşırılıb

01-08-2023

Dövlət qurumlarında təhlükəsizlik boşluqları aşkarlanmışdır

22-01-2024

Dövlət qurumları arasında sənəd mübadiləsi elektronlaşdırılır

01-08-2023

Prezidentlə razılaşdırmaqla elektron imza və Data Mərkəzindən istifadə ilə bağlı tariflər təsdiq ediləcək

04-09-2021

Naxçıvanda 9 ayda "Elektron imza" alanların 64 %-i dövlət qurumları olub

04-10-2023

Naxçıvanın 3 dövlət qurumunun elektron informasiya resursları “AzStateNet”ə köçürülüb

13-06-2023

Naxçıvanda bir sıra qurumların internet səhifələrinə giriş məhdudlaşdırılıb

11-03-2025

Elektron sənəd dövriyyəsi sistemi təqdim olundu

14-10-2015

Elektron məlumat bankının proqram təminatı təkmilləşdirilir

01-08-2019

Naxçıvanda bu il 300-dən artıq elektron imza sertifikatı verilib

04-09-2023

Naxçıvanda fiber-optik magistral şəbəkə Türkiyə ilə əlaqələndiriləcək

05-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə