Nazirlər Kabineti 5 iyun tarixli 218 saylı qərarı ilə «elektron özəlləşmə»ni elektron dövlət xidmətləri reyestrinə daxil edib.
Xəbərlər-in verdiyi məlumata görə, Nazirlər Kabineti elektron özəlləşməni 31 iyul 2014-cü il tarixli qərarı ilə tətbiq edib. Bu, başa çatmamış tikinti obyektlərinin özəlləşməsi, dövlətin tikdiyi yaşayış binalarında qeyri-yaşayış sahələri əldə etmək, kiçik müəssisələrin özəlləşdirilməsi, daşınmaz əmlaka qeydiyyat hüququ sənədi almaq üçün elektron ərizə verməyə şərait yaradıb.
Dövlət əmlakının elektron özəlləşdirilməsi tam həcmdə 3 dekabr 2014-cü ildə işə düşüb. O vaxt onun tətbiqi Əmlak Məsələləri Dövlət Komitəsinin reqlamenti ilə təsdiq edilib. Reqlament həmçinin texniki sənədi olmayan obyektlərin dövlət reyestrinə daxil ediiməsini nəzərdə tutub.
Əmlak Məsələləri Dövlət Komitəsi 2012-ci ildən elektron xidmətlər göstərir. Hazırda xidmət sayı 29-dur. Bunun 25-i interaktivdir. Elektron xidmətlər üzrə xüsusi portal yaradılıb (www.e-emdk.gov.az). Bütün elektron xidmətlər elektron hökumət portalına inteqrasiya olunub.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri