Previous Next
Bağla

ƏMDK üzrə göstərilən xidmətlər elektronlaşdırmaqda davam edir

10-09-2019 11:28
ƏMDK üzrə göstərilən xidmətlər elektronlaşdırmaqda davam edir

Xeberler.az bildirir ki, müasir dövrün əsas tələblərindən olan elektronlaşma hazırda bütün sahələri əhatə etməkdədir. Yeniliyə daima açıq olan Əmlak Məsələləri Dövlət Komitəsi də fəaliyyət sahəsi üzrə göstərilən xidmətləri elektronlaşdırmaqda davam edir.

Artıq vətəndaşların məlumatları axtarmaq və əldə etmək üçün çox vaxt sərf etmələrinə ehtiyac qalmır. Bununla da xidmətlər operativ və şəffaf formada göstərilir, daha əlçatan olur, vətəndaş-məmur münasibəti minimuma enir, o cümlədən vətəndaş məmnunluğu təmin edilir. Komitənin təqdim etdiyi 3 SMS, 41 elektron xidmət, o cümlədən 3 onlayn xidmət birbaşa olaraq vətəndaş rahatlığının
artırılmasına yönəlib.

Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin Elektron Xidmətlər Portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Komitənin fəaliyyət sahələri üzrə təşkil edilmiş elektron və onlayn xidmətlər vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 2019-ci ilin 8 ayı ərzində 200 mindən çox elektron xidmət göstərilib.

Ümumilikdə isə vətəndaşlar, fiziki və hüquqi şəxslər müxtəlif fəaliyyət istiqamətləri
üzrə 1 milyon 200 minə yaxın elektron xidmətdən istifadə edib. Aparılmış təhlillərdən bəlli olur ki, istifadəçilərin böyük əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərə müraciət edir. Belə ki, cari ilin 8 ayı ərazində daşınmaz əmlakın qeydiyyatı üzrə 26 elektron xidmətdən istifadə edənlərin sayı 22 min 300-ə yaxındır.

Ümumilikdə isə bu rəqəm 180 minə yaxındır. Komitənin Elektron Xidmətlər Portalı (www.e-emdk.gov.az) üzərindən ən çox istifadə olunan elektron xidmətləri ipoteka əməliyyatlarının dövlət qeydiyyatı və ləğvi ilə bağlı xidmətlər təşkil edir. Bu xidmətlərdən istifadə edənlərin sayı bütövlükdə 156 minə yaxındır. Cari il ərzində komitənin göstərdiyi elektron xidmətlərə müraciətlərin böyük hissəsi, 188 minə yaxını daşınmaz əmlakın hüquqi vəziyyəti ilə bağlı arayışların - “Forma-1”in alınmasına aiddir.

Qeyd edilməlidir ki, komitənin təqdim etdiyi elektron xidmətlərdən 26-sı daşınmaz
əmlakın qeydiyyatı, 10-u dövlət əmlakının özəlləşdirilməsi, 3-ü dövlət əmlakının idarə edilməsi və icarəsi, 2-si isə kadastr ilə bağlıdır. Bu xidmətlərin 38-i interaktiv, 3-ü isə informativ xidmətlərdir.

Daşınmaz əmlakın qeydiyyatı sahəsi ilə yanaşı, özəlləşmə sahəsində də səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərin, yarımçıq tikililərin, nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair hərraclarda iştirak üçün sifarişlərin elektron qəbulu kimi xidmətlər mövcuddur. Bundan başqa qeydiyyatdan keçmədən də hərracları onlayn izləmək mümkündür. Həmçinin bu ilin 8 ayı ərzində 20-ə yaxın Elektron hərrac baş tutub.

Komitənin elektron xidmətləri daha çox praktiki olmaqla fərqlənir. Belə ki, daşınmaz əmlakın qeydiyyatı və kadastrla bağlı göstərilən fəaliyyət üçün tələb olunan dövlət rüsumunu və xidmət haqqını əvvəlcədən hesablamağa imkan verən “Əmlak kalkulyatoru” və “Kadastr kalkulyatoru” vətəndaşların istifadəsindədir. Bundan başqa mənzillərin ünvanı, tikildiyi tarixi, sahəsi üzrə bazar qiymətini onlayn öyrənmək mümkünüdür.

Eyni zamanda əhali çoxmərtəbəli yaşayış binalarında mənzil alarkən, onlara çıxarışın verilməsinin mümkünlüyünü onlayn rejimdə əvvəlcədən öyrənə bilir. Həmçinin vətəndaşlar elektron çıxarışların həqiqiliyini yoxlamaq üçün “Elektron çıxarışın yoxlanması” elektron xidmətindən istifadə edir. Mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqını və müraciətin icra vəziyyətini, habelə dövlət əmlakının icarə haqqı borcunu öyrənmək də mümkündür.

Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin əsas hədəflərindən biri göstərdiyi xidmətləri tam elektronlaşdırmaqdır. Komitə sosial faktorlar və vətəndaş amilinin gücləndirilməsi prinsiplərini nəzərə alaraq xidmətlərin maksimum sadələşdirilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində işlərini davam etdirəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu qurumun e- xidmətlərindən 650 minə yaxın istifadə edilib

25-01-2018

Komitə 500 mindən çox e-xidmət göstərib

09-08-2017

Vətəndaşlara 95 mindən çox elektron xidmət göstərilib

07-09-2015

Komitənin rəsmi saytı yeniləndi

11-01-2018

Komitənin elektron xidmətlərindən istifadə edənlərin sayı 900 mini ötüb

14-03-2019

Özəlləşdirmə prosesində elektron hərracların tətbiqi genişləndirilir

26-07-2015

Daşınmaz əmlakla bağlı SMS xidmətləri istifadəyə verilib

10-03-2015

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

23-01-2019

Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

11-09-2019

Komitənin elektron xidmətlərindən istifadə sayı açıqlandı

10-08-2016

Elektron hərracda bütün növ əmlaklar özəlləşdiriləcək

20-06-2017

Bu e-xidmətlərdən 600 minə yaxın istifadə edilib

19-10-2017

SMS-lə əmlakın icarə borcunu öyrənin

28-03-2018

“Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron, 3 onlayn xidmət istifadəyə verilib”

23-09-2015

Daşınmaz əmlakın lizinqinin qeydiyyatı - belə həyata keçirilir

03-04-2019

Vətəndaşlar kadastrla bağlı xidmət haqqını və dövlət rüsumunu Kadastr kalkulyatoru ilə öyrənə bilər

30-01-2019

Uzufruktun dövlət qeydiyyatına alınması və ləğvi necə aparılır?

01-04-2019

Azərbaycanda ipotekanın dövlət qeydiyyatına alınması və ləğvi proseduru elektronlaşdırılıb

26-04-2019

Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

20-06-2019

Üç ay ərzində “Elektron xidmət növlərinin siyahısı”na əmlaka dair daha 7 e-xidmət əlavə edilib

24-04-2014

Bu e- xidmətdən 45 mindən çox istifadə edilib

16-03-2018

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yeni elektron xidmət

13-01-2017

Kadastr kalkulyatoru yaradılıb

04-09-2018

Elektron hərrac və onlayn sifariş investorların marağını artırır

07-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə