Previous Next
Bağla

Daşınmaz əmlakın lizinqinin qeydiyyatı - belə həyata keçirilir

03-04-2019 13:00
Daşınmaz əmlakın lizinqinin qeydiyyatı - belə həyata keçirilir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlərə daşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatına alınması və bu qeydiyyatın ləğvi də aiddir. Bu xidmətlər daşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatına alınması və qeydiyyatın ləğvi üçün müraciətlərin qəbulu, işin icra tarixi barədə bildirişlərin verilməsi, işin icrasından imtina edildiyi hallarda bu barədə xidmət istifadəçilərinin məlumatlandırılması kimi məsələləri əhatə edir.

Xeberler.az  bildirir ki, daşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatına alınması və ləğvi xidmətləri Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumlarında (Əmlak Xidmətləri Məkanı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin və ya rayon şöbələrinin inzibati binaları) və ya elektron formada göstərilir.

Bu xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərə şəxsiyyəti təsdiq edən sənəd, xidmət haqqı və dövlət rüsumunun ödənilməsi barədə sənəd, ərizə, müqavilə tərəfinin adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə aiddir. Lizinqin dövlət qeydiyyatına alınması zamanı əlavə olaraq notariat qaydasında təsdiq edilmiş üçtərəfli müqavilə və lizinq müqaviləsi kimi sənədlər də tələb olunur. Bu xidmətlərdən elektron formada istifadə etmək istəyən müəssisə və ya təşkilat öncədən öz səlahiyyətli nümayəndəsi haqqında məlumatları və şəxsiyyət vəsiqəsinin sürətini DƏDRX-ə göndərməlidir. Xidmət istifadəçisi ərizə formasını Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalındakı (e-emdk.gov.az) “bildirişlər” bölməsindən yükləyə bilər.

Daşınmaz əmlak lizinqinin dövlət qeydiyyatına alınması və ləğvi elektron xidmətlərindən istifadə imkanına malik səlahiyyətli şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalındakı (e-emdk.gov.az) 21-ci və ya 22-ci bölmələrə daxil olmalıdır. Açılan pəncərədə müvafiq məlumatları doldurduqdan sonra tələb olunan sənədlər skan olunmuş formada yüklənməlidir. Qeyd edək ki, xidmətlər 3 iş günü ərzində həyata keçirilir.

Daşınmaz əmlak lizinqinin dövlət qeydiyyatına alınması üçün 20 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tələb olunur. Xidmətin nəticəsi olaraq lizinqin dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış hüquq sahibinə təqdim edilir və ya elektron imza ilə təsdiqlənməklə "Elektron hökümət" portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla əldə etməsi imkanı təmin olunur. Daşınmaz əmlak lizinqinin dövlət qeydiyyatının ləğvi üçün isə 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı tələb olunur. Göstərilən xidmətin nəticəsində daşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatının ləğvi barədə arayış ərizəçiyə təqdim edilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ipotekanın dövlət qeydiyyatına alınması və ləğvi proseduru elektronlaşdırılıb

Azərbaycanda ipotekanın dövlət qeydiyyatına alınması və ləğvi proseduru elektronlaşdırılıb

26-04-2019
Uzufruktun dövlət qeydiyyatına alınması və ləğvi necə aparılır?

Uzufruktun dövlət qeydiyyatına alınması və ləğvi necə aparılır?

01-04-2019
Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi necə aparılır?

Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi necə aparılır?

11-04-2019
Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

20-06-2019
Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

23-01-2019
Özgəsinin daşınmaz əmlakından məhdud istifadə necə həyata keçirilir?

Özgəsinin daşınmaz əmlakından məhdud istifadə necə həyata keçirilir?

14-03-2019
"Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" elektron xidməti istifadəyə verilib

"Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" elektron xidməti istifadəyə verilib

02-06-2021
Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

11-09-2019
Daşınmaz əmlakla bağlı SMS xidmətləri istifadəyə verilib

Daşınmaz əmlakla bağlı SMS xidmətləri istifadəyə verilib

10-03-2015
Nazirlər Kabineti "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərar qəbul edib

Nazirlər Kabineti "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərar qəbul edib

21-04-2014
Daşınmaz əmlakla bağlı məlumatın verilməsi necə həyata keçirilir?

Daşınmaz əmlakla bağlı məlumatın verilməsi necə həyata keçirilir?

15-03-2019
Əmlakların təkrar qeydiyyatında mühüm yenilik

Əmlakların təkrar qeydiyyatında mühüm yenilik

16-11-2018
Daşınmaz əmlakın onlayn rəsmiləşdirilməsinə başlanıb

Daşınmaz əmlakın onlayn rəsmiləşdirilməsinə başlanıb

17-11-2015
Üç ay ərzində “Elektron xidmət növlərinin siyahısı”na əmlaka dair daha 7 e-xidmət əlavə edilib

Üç ay ərzində “Elektron xidmət növlərinin siyahısı”na əmlaka dair daha 7 e-xidmət əlavə edilib

24-04-2014
 “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron, 3 onlayn xidmət istifadəyə verilib”

“Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron, 3 onlayn xidmət istifadəyə verilib”

23-09-2015
Daşınmaz əmlakla bağlı qaydalar ləğv edildi

Daşınmaz əmlakla bağlı qaydalar ləğv edildi

03-10-2015
Səyyar Asan xidmət Pirşağıda

Səyyar Asan xidmət Pirşağıda

06-10-2015
Səyyar ASAN xidmət Ucarda

Səyyar ASAN xidmət Ucarda

12-10-2015
Vətəndaşlara 95 mindən çox elektron xidmət göstərilib

Vətəndaşlara 95 mindən çox elektron xidmət göstərilib

07-09-2015
Səyyar ASAN xidmət Zərdab və Ucarda

Səyyar ASAN xidmət Zərdab və Ucarda

06-11-2015
Səyyar ASAN xidmət Qobuda

Səyyar ASAN xidmət Qobuda

13-11-2015
Əmlak Məsələləri Dövlət Xidməti yeni elektron xidmətlərini istifadəyə verib

Əmlak Məsələləri Dövlət Xidməti yeni elektron xidmətlərini istifadəyə verib

17-02-2026
Səyyar ASAN xidmət Masallı, Quba və Qəbələdə

Səyyar ASAN xidmət Masallı, Quba və Qəbələdə

28-10-2015
Bu qurumun e- xidmətlərindən 650 minə yaxın istifadə edilib

Bu qurumun e- xidmətlərindən 650 minə yaxın istifadə edilib

25-01-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə