Previous Next
Bağla

Nazirlik 30-a qədər elektron xidmət göstərir

15-02-2017 15:21
Nazirlik 30-a qədər elektron xidmət  göstərir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində İKT-nin tətbiqi üzrə təcrübəni öyrənmək məqsədilə Moldova Respublikasının Milli Sosial Sığorta Kassasının  sədri Laura Qrekunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti üçün nazirliyin  avtomatlaşdırılmış sistemlərinə dair təqdimat tədbiri keçirilib.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov bildirib ki, sosial-iqtisadi sistemlərin müasir və  şəffaf idarəetmə mexanizmləri əsasında qurulması ölkəmizin ümumi inkişaf modelinin mühüm tərkib hissəsidir.

 İlham Əliyevin tapşırığına əsasən, son illərdə əmək və sosial müdafiə sahələrində də informasiya kommunikasiya texnologiyalarının geniş şəkildə tətbiqi  nəticəsində avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri yaradılıb:

“Nazirliyin Əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya Sistemi, Pensiyaların avtomatlaşdırılmış təyinatı sistemi, Fərdi uçot sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi müvafqi sahələr üzrə əhaliyə xidmətlərin elektron müstəvidə və tam şəffaf şəkildə təşkil edilməsinə səbəb olub. Hazırda əmək və sosial müdafiə sahələri üzrə 30-a qədər elektron xidmət əhalinin istifadəsindədir. Onlar “Elektron Hökumət” portalında vətəndaşların ən çox faydalandığı  e-xidmətlər sırasındadırlar. Təkcə 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 6 milyon 550 min dəfə  müraciət olunub”.

E.Məcidov qeyd edib ki, hazırda Azərbaycanın əmək və sosial müdafiə sahələrində elektron əsaslar üzərində qurulan şəffaf idarəetmə və xidmət sistemləri mötəbər beynəlxalq təşkilatlar tərəfindən dünyanın qabaqcıl təcrübələri kimi dəyərləndirilir.

BMT-nin “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portalında yerləşdirilərək təbliğ olunan bu sistemlərə maraq göstərən təşkilatların və ölkələrin sayı artır:

 “Bu günlərdə isə  Dünya Bankının ekspert qrupunun müraciəti nəzərə alınmaqla, həmin təşkilatın Vaşinqton şəhərindəki (ABŞ) mərkəzi ofisi üçün nazirliyin  ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) videokonfrans vasitəsilə geniş təqdimatı da keçirilib”.

L.Qreku Moldovada da İKT-nin fəaliyyət sahələrində tətbiqi proseslərinin genişləndirilməsi işlərinin aparıldığını, eyni zamanda Milli Sosial Sığorta Kassasının iş mexanizmlərinin elektron müstəvidə qurulmasının diqqətdə saxlandığını bildirib.

O, bu sahədə Azərbaycanın uğurlu təcrübəsindən faydalanmağa xüsusi önəm verdiklərini vurğulayıb, bunun üçün belə bir təqdimat tədbirinin təşkilinə görə təşəkkürünü ifadə edib.

Təqdimat zamanı nazirliyin avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri, onların funksional strukturu, xidmətlərin elektron müstəvidə həyata keçirilməsinin  texniki prosedurları və s. barədə nümayəndə heyətinə ətraflı məlumatlar verilib, onların sualları cavablandırılıb.

Tədbir İKT-nin müvafiq iş sahələrində tətbiqi məsələlərinə dair müzakirələrlə davam edib.

Günel

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ötən ay sosial sahə üzrə 626 min elektron müraciət daxil olub

25-02-2026

Nazirliyin bu e-xidmətinə 7 milyondan çox müraciət olub

01-05-2017

Nazirliyin e-xidmətinə 3 milyondan çox müraciət olub

04-05-2017

Nazirliyin innovativ yenilikləri Vyanada təqdim edilib

28-09-2016

Nazirlik elektron formada necə xidmət göstərir?

13-04-2017

Nazirlik: On bir ayda elektron xidmət üzrə 25 milyon müraciət daxil olub

22-12-2025

Elektron xidmətlərdən 2,5 milyon dəfə istifadə olunub

24-01-2015

Nazirliyin elektron xidmətindən istifadə edənlər artıb

01-09-2015

Nazirliyin e-xidməti beynəlxalq müsabiqədə uğur qazanıb

17-05-2017

Ötən il sosial sahə üzrə elektron xidmətlərə 27 milyon müraciət edilib

23-01-2026

I yarımildə sosial sahə üzrə 12,4 milyon elektron müraciət olunub

23-07-2025

Nazirliyin e-xidmətlərinə 6 milyondan çox müraciət olub

20-09-2017

Son 4 ayda sosial sahə üzrə 8 milyon 546 min elektron müraciət daxil olub

20-05-2025

Elektron xidmətlər üçün ən çox müraciət edilən qrum bəlli olub

08-06-2018

Ünvanlı dövlət sosial yardımı sistemi avtomatlaşdırılıb

22-10-2015

9 ayda sosial sahə üzrə 19 milyon 300 min elektron müraciət olunub

20-10-2025

Əmək müqaviləsi bildirişini elektron alanların sayı açıqlandı

27-10-2017

Səkkiz ayda sosial sahə üzrə 16,7 milyon müraciət edilib

22-09-2025

Sosial sahədəki elektron xidmətlərə 34 milyondan çox müraciət edilib

16-12-2024

Sosial sahə üzrə e-xidmətlərə müraciət edənlərin sayı açıqlanıb

21-01-2025

Nazirliyin e-xidmətlərinə 21,7 milyon müraciət qeydə alınıb

19-09-2024

Nazirlik: Ötən il sosial sahə üzrə 400 min elektron arayış verilib

30-01-2025

11 mindən çox əmək müqaviləsi elektron qeydiyyatdan keçib

07-12-2015

Nazirliyin e-xidmətlərinə 5,2 milyona yaxın müraciət olub

05-07-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə