Previous Next
Bağla

Nazirlik elektron formada necə xidmət göstərir?

13-04-2017 11:27
Nazirlik elektron formada necə xidmət göstərir?

Yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən 2 milyon 606 min 638 dəfə istifadə qeydə alınıb.

Bu dövrdə “Elektron hökumət” portalına müraciətlərin yarıdan çoxu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə aid olub.

Bu barədə Xeberler.az-a nazirlikdən məlumat  verilib.

Qeyd edilib ki, hazırda nazirliyin əhali üçün aktual olan iş sahələrində 30-a yaxın e-xidmət vətəndaşların istifadəsindədir. Geniş istifadəçi kontingenti ilə seçilən bu e-xidmətlərdən vətəndaşlar təkcə cari ilin yanvar-mart aylarında 2 milyon 606 min 638 dəfə faydalanıblar.

Mütərəqqi innovasiyalar əsasında əmək və sosial müdafiə sahələrində idarəetmə sisteminin səmərəli təşkili təmin olunmaqla bərabər, avtomatlaşdırılmış infrastruktur üzərində təqdim olunan e-xidmətlər həmin sahələrlə bağlı xidmətlərin vətəndaşlar üçün rahatlığına və əlçatanlığına, əhalinin bu xidmətlərdən online rejimdə tam şəffaf şəraitdə faydalanmasına imkan verib.

Azərbaycanın əmək və sosial müdafiə sahələrində elektron nailiyyətləri BMT, Dünya Bankı, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Sosial Təminat Assosiasiyası və digər mötəbər beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilib. Bu sahədə ölkəmizlə təcrübə mübadiləsi aparmağa maraq göstərən ölkələrin sayı getdikcə artır.  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərindən vətəndaşlara online rejimdə, rahat və şəffaf şəraitdə istifadə imkanlarının yaradılması işlərinin davamı kimi, bu günlərdə növbəti yenilik olaraq fərdi uçot əsaslı vahid rüblük hesabat alt sistemi də işə salınıb. Bu yeni sistem sığortaedənlərin təqdim etdiyi hesabat formalarının ümumi sayının azaldılaraq vahid rüblük hesabatla əvəz edilməsinə, hesabatların təqdim olunması prosesinin daha da sadələşdirilməsinə imkan verib.

Sığortaedənlər rüblük hesabatlarını Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanına kağız formasında və elektron sənəd formasında təqdim edə bilərlər. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununa əsasən elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəddir.

 Rüblük hesabatların sığortaedənlər tərəfindən elektron sənəd formasında elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza (E-imza və Asan İmza) ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə həyata keçirilir. 

 Bununla yanaşı, çoxsaylı müraciətləri nəzərə alaraq işəgötürən qismində çıxış etməyən, yəni işçisi olmayan sığortaedənlərə ilkin mərhələdə rüblük hesabatların təqdim edilməsi üçün Elektron hökumət portalının istifadəçi adı və şifrədən istifadə etmək imkanları verilib. 

Əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlər ölkədə “Elektron hökumət” portalının əhatə dairəsinin də əhəmiyyətli şəkildə genişlənməsinə səbəb olub. Cari ilin birinci rübü ərzində portala müraciətlərin (4 milyon 949 min 911 müraciət) yarıdan çoxu və ya 52,6 faizi məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinin payına düşüb.

 Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nazirliyin bu e-xidmətinə 7 milyondan çox müraciət olub

Nazirliyin bu e-xidmətinə 7 milyondan çox müraciət olub

01-05-2017
 Sığorta hesabatlarını elektron formada necə göndərməli?

Sığorta hesabatlarını elektron formada necə göndərməli?

17-04-2017
Bu ilin dörd ayında sosial sahədə e-xidmətlərə 2,8 milyon müraciət edilib

Bu ilin dörd ayında sosial sahədə e-xidmətlərə 2,8 milyon müraciət edilib

21-05-2026
 Əmək müqaviləsi bildirişini elektron alanların sayı açıqlandı

Əmək müqaviləsi bildirişini elektron alanların sayı açıqlandı

27-10-2017
Ən çox istifadə olunan e-xidmətlər

Ən çox istifadə olunan e-xidmətlər

17-10-2017
Nazirliyin e-xidmətlərinə 6 milyona yaxın müraciət  olub

Nazirliyin e-xidmətlərinə 6 milyona yaxın müraciət olub

07-08-2017
Ötən ay sosial sahə üzrə 626 min elektron müraciət daxil olub

Ötən ay sosial sahə üzrə 626 min elektron müraciət daxil olub

25-02-2026
ƏMAS-da e-qaydada 1 milyon 745 minədək əmək müqaviləsi imzalanıb

ƏMAS-da e-qaydada 1 milyon 745 minədək əmək müqaviləsi imzalanıb

29-07-2025
Nazirliyin e- xidmətlərinə 4 milyondan çox müraciət olub

Nazirliyin e- xidmətlərinə 4 milyondan çox müraciət olub

02-06-2017
Nazirliyin e-xidmətlərinə 6 milyondan çox müraciət olub

Nazirliyin e-xidmətlərinə 6 milyondan çox müraciət olub

20-09-2017
“E-sosial” mobil tətbiqi vasitəsilə 14,2 min əmək müqaviləsi imzalanıb

“E-sosial” mobil tətbiqi vasitəsilə 14,2 min əmək müqaviləsi imzalanıb

07-05-2025
Nazirliyin e-xidmətinə 3 milyondan çox müraciət olub

Nazirliyin e-xidmətinə 3 milyondan çox müraciət olub

04-05-2017
“E-sosial” vasitəsilə 23 mindən çox əmək müqaviləsi imzalanıb

“E-sosial” vasitəsilə 23 mindən çox əmək müqaviləsi imzalanıb

24-05-2025
Elektron xidmətlər üçün ən çox müraciət edilən qrum bəlli olub

Elektron xidmətlər üçün ən çox müraciət edilən qrum bəlli olub

08-06-2018
İş yeri üçün elektron arayış alanların sayı artıb

İş yeri üçün elektron arayış alanların sayı artıb

10-10-2016
Nazirliyin e-xidmətlərindən 3,6 milyon istifadə qeydə alınıb

Nazirliyin e-xidmətlərindən 3,6 milyon istifadə qeydə alınıb

05-08-2016
Elektron xidmətlərdən 2,5 milyon dəfə istifadə olunub

Elektron xidmətlərdən 2,5 milyon dəfə istifadə olunub

24-01-2015
Əmək müqaviləsi bildirişi elektron imza vasitəsilə daxil ediləcək

Əmək müqaviləsi bildirişi elektron imza vasitəsilə daxil ediləcək

08-06-2015
Nazirliyin e-xidmətlərinə 5,2 milyona yaxın müraciət olub

Nazirliyin e-xidmətlərinə 5,2 milyona yaxın müraciət olub

05-07-2017
Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək

Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək

01-05-2025
Nazirlik 30-a qədər elektron xidmət  göstərir

Nazirlik 30-a qədər elektron xidmət göstərir

15-02-2017
Mayın 1-dən “e-bülleten” sisteminə keçid ediləcək

Mayın 1-dən “e-bülleten” sisteminə keçid ediləcək

21-04-2025
Nazirliyin e-xidmətlərinə 6 milyon 550 min dəfə müraciət olunub

Nazirliyin e-xidmətlərinə 6 milyon 550 min dəfə müraciət olunub

26-01-2017
Nazirliyin elektron xidmətindən istifadə edənlər artıb

Nazirliyin elektron xidmətindən istifadə edənlər artıb

01-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə