Previous Next
Bağla

Nazirliyin elektron xidmətindən istifadə edənlər artıb

01-09-2015 11:20
Nazirliyin elektron xidmətindən istifadə edənlər artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet saytında (www.mlspp.gov.az) keçirilən növbəti interaktiv sorğunun nəticələri əhalinin nazirliyin elektron xidmətlərindən istifadəyə böyük maraq göstərdiyini təsdiq edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a verilən məlumata görə, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi elektron xidmətlərdən istifadə edirsinizmi?” sualını cavablandıran 2975 nəfərdən 2777 nəfəri, yəni 93,3%-i bu sualı müsbət cavablandırıb.

Son illərdə ölkəmizdə əmək və sosial müdafiə sistemlərinin  avtomatlaşdırılması yönündə aparılan məqsədyönlü işlər bu sahələr üzrə əhaliyə yeni e-xidmətlərin yaradılaraq əhalinin istifadəsinə verilməsi ilə müşahidə olunub.

Hazırda bu e-xidmətlərdən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “İş yerinə dair arayış” e-xidmətləri vətəndaşların ən çox faydalandığı e-xidmətlər sırasındadır. Ümumilikdə, təkcə bu ilin yanvar-iyul aylarında ƏƏSMN-nin bütün elektron xidmətlərindən 1 mln. 272 min 164 dəfə istifadə olunub ki, bu da qeyd olunan dövrdə “E-hökumət” portalı üzrə ümumi istifadə sayının 17%-i deməkdir.

Hazırda nazirliyin fəaliyyət sahələrindən biri olan ünvanlı dövlət sosial yardımı sistemi də elektron əsaslar üzərində qurulmaqdadır. Həmin sistemin tam avtomatlaşdırılması ünvanlı dövlət sosial yardımının alınması üçün elektron şəkildə müraciət edilməsinə imkan verən yeni e-xidmətin istifadəyə  verilməsinə səbəb olacaq. Bununla yanaşı, dövlət məşğulluq xidmətləri üzrə e-xidmətlərin artırılması sahəsində də işlər aparılır.

Xatırladaq ki, 142-“Çağrı mərkəzi”nə zəng edərək, 5 düyməsini basmaqla nazirliyin elektron xidmətlərindən istifadə ilə bağlı ətraflı izahat almaq olar.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nazirliyin e-xidmətlərindən 170 min istifadə qeydə alınıb

Nazirliyin e-xidmətlərindən 170 min istifadə qeydə alınıb

10-06-2015
ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

11-08-2015
Nazirliyin  e-xidmətlərindən istifadə sayı artıb

Nazirliyin e-xidmətlərindən istifadə sayı artıb

08-05-2015
Elektron xidmətlərdən 2,5 milyon dəfə istifadə olunub

Elektron xidmətlərdən 2,5 milyon dəfə istifadə olunub

24-01-2015
Nazirliyin e-xidmətindən istifadə edənlərin sayı artıb

Nazirliyin e-xidmətindən istifadə edənlərin sayı artıb

12-10-2015
Nazirlik ən çox istifadə olunan e-xidmətləri açıqladı

Nazirlik ən çox istifadə olunan e-xidmətləri açıqladı

14-04-2015
Əmək müqaviləsi bildirişləri üzrə e-sistemdən istifadə sayı açıqlanıb

Əmək müqaviləsi bildirişləri üzrə e-sistemdən istifadə sayı açıqlanıb

10-11-2015
Nazirliyin e-xidmətlərindən 3,6 milyon istifadə qeydə alınıb

Nazirliyin e-xidmətlərindən 3,6 milyon istifadə qeydə alınıb

05-08-2016
ƏƏSMN-in e-xidmətlərinin statistikası açıqlanıb

ƏƏSMN-in e-xidmətlərinin statistikası açıqlanıb

10-07-2015
ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

15-07-2015
Nazirliyin e-xidmətlərinə 6 milyon 550 min dəfə müraciət olunub

Nazirliyin e-xidmətlərinə 6 milyon 550 min dəfə müraciət olunub

26-01-2017
Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 5,4 milyon müraciət olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 5,4 milyon müraciət olub

15-07-2019
Elektron xidmətlər üçün ən çox müraciət edilən qrum bəlli olub

Elektron xidmətlər üçün ən çox müraciət edilən qrum bəlli olub

08-06-2018
ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

20-05-2015
Nazirliyin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

Nazirliyin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

03-05-2016
 Əmək müqaviləsi bildirişini elektron alanların sayı açıqlandı

Əmək müqaviləsi bildirişini elektron alanların sayı açıqlandı

27-10-2017
Ən çox istifadə olunan e-xidmətlər

Ən çox istifadə olunan e-xidmətlər

17-10-2017
Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

10-06-2016
Nazirliyin e-xidmətlərinə 5,2 milyona yaxın müraciət olub

Nazirliyin e-xidmətlərinə 5,2 milyona yaxın müraciət olub

05-07-2017
Əmək müqaviləsi bildirişləri üzrə e-müraciətlər 5,3 faiz artıb

Əmək müqaviləsi bildirişləri üzrə e-müraciətlər 5,3 faiz artıb

26-12-2016
Ən çox istifadə olunan e-xidmətlərin SİYAHISI

Ən çox istifadə olunan e-xidmətlərin SİYAHISI

10-08-2015
Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

04-10-2016
Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

05-12-2016
Azərbaycanda ən çox istifadə olunan elektron xidmət hansıdır?

Azərbaycanda ən çox istifadə olunan elektron xidmət hansıdır?

14-01-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə