Previous Next
Bağla

Əmək müqaviləsi bildirişini elektron alanların sayı açıqlandı

27-10-2017 11:35
 Əmək müqaviləsi bildirişini elektron alanların sayı açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə 9 885 100 dəfə müraciət edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a verilə məlumata görə, ümumilikdə ötən dövrdə “Elektron hökumət” portalına ümumi müraciətlərin (56 463 000 müraciət) 17,5 faizi məhz həmin sistemin payına düşüb.

Yeri gəlmişkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən ümumilikdə 30-a yaxın e-xidməti əhalinin istifadəsindədir və cari ilin 9 ayı ərzində portala edilən müraciətlərin (17 555 749 müraciət) 40 faizə yaxını (7 006 756 müraciət) nazirliyin e-xidmətlərinə yönəlib.

Cari ildə portalda  e-xidmətlərindən ən çox istifadə olunan qurum da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub.

İndiyədək Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə müraciətlərin 7 957 200-ü Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə aid olub.

Geniş istifadə olunan e-xidmətlər sırasında olan bu e-xidmətə ötən dövrdə 1 219 300 müraciət qeydə alınıb.

Elektron arayış sisteminə daxil olan e-xidmətlər üzrə ümumi müraciətlərin demək olar ki, yarısı, yəni 708 600 müraciət məhz həmin e-xidmətə yönəlib.

Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi cari ilin iyun ayında BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “Çempion layihə” mükafatına layiq görülüb.

Bununla da həmin sistem 193 ölkəni, 700-ə yaxın texnoloji şirkəti əhatə edən BTİ tərəfindən İKT-nin tətbiqi üzrə Azərbaycana ilk mükafatı qazandırıb.

Günel

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu e-xidmətə 10 milyona yaxın müraciət olub

15-08-2017

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

08-09-2016

Əmək müqaviləsi bildirişləri üzrə e-sistemdən istifadə sayı açıqlanıb

10-11-2015

Nazirliyin e-xidmətlərindən istifadə sayı artıb

08-05-2015

Ən çox istifadə olunan e-xidmətlər

17-10-2017

Nazirliyin e-xidmətindən istifadə edənlərin sayı artıb

12-10-2015

Nazirliyin e-xidmətlərindən 170 min istifadə qeydə alınıb

10-06-2015

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

10-06-2016

Əmək müqaviləsi bildirişləri üzrə e-müraciətlər 5,3 faiz artıb

26-12-2016

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

11-08-2015

Nazirliyin e- xidmətlərinə 4 milyondan çox müraciət olub

02-06-2017

Bu e-xidmətə 1 ayda 59 mindən çox müraciət olunub

13-06-2018

Elektron xidmətlər üçün ən çox müraciət edilən qrum bəlli olub

08-06-2018

Elektron xidmətlərdən 2,5 milyon dəfə istifadə olunub

24-01-2015

Nazirliyin e-xidmətlərinə 6 milyon 550 min dəfə müraciət olunub

26-01-2017

Əmək müqaviləsi ilə bağlı xidmətdən istifadənin statistikası açıqlandı

04-08-2015

Nazirliyin e-xidmətlərinə 5,2 milyona yaxın müraciət olub

05-07-2017

Nazirliyin e-xidmətlərindən 3,6 milyon istifadə qeydə alınıb

05-08-2016

Azərbaycan beynəlxalq İKT müsabiqədə qalib olub

14-06-2017

Əmək müqaviləsi bildirişi elektron imza vasitəsilə daxil ediləcək

08-06-2015

Nazirliyin e-xidmətlərinə 6 milyona yaxın müraciət olub

07-08-2017

Nazirliyin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

03-05-2016

Əmək müqaviləsi bildirişi ilə bağlı e-xidmətdən istifadə sayı hesablanıb

07-10-2015

Elektron informasiya sistemində 1 milyondan artıq müraciət qeydə alınıb

12-07-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə