Previous Next
Bağla

Nazirliyin innovativ yenilikləri Vyanada təqdim edilib

28-09-2016 11:23
Nazirliyin innovativ yenilikləri Vyanada təqdim edilib

Avropa Sosial Rifah Siyasəti və Araşdırma Mərkəzi tərəfindən Avstriyanın paytaxtı Vyana şəhərində  “Şərqi Avropada sosial təminat siyasəti sahəsində körpülərin yaradılması” adlı seminar və Mərkəzin Baş Assambleyasının iclası keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti seminar zamanı son illər ölkəmizdə sosial sferada gerçəkləşdirilən islahat tədbirləri, əhaliyə göstərilən xidmətlərin müasir əsaslarla təşkili, bu sahədə geniş şəkildə tətbiq olunan innovativ yeniliklər barədə tədbir iştirakçılarına dolğun məlumatlar verib. Bu islahatların müsbət nəticələrinin, o cümlədən avtomatlaşdırılmış pensiya təyinatı, VEMTAS, əmək müqavilələrinin elektron qeydiyyatı və s. sistemlərin mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyi vurğulanıb.

Qeyd olunub ki, islahat tədbirlərinin mühüm komponenti kimi əlillik təyinatı və reabilitasiya sisteminin də tam avtomatlaşdırılması təmin edilib: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində yaradılan Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) əlilliyin qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada müraciət etmək imkanı verib.  Artıq tibbi-sosial ekspertiza xidməti ilə bağlı aidiyyəti qurumlar arasında əlilliyə dair sənədlərin, göndəriş formalarının mübadiləsi elektron şəkildə həyata keçirilir. Bu da  əlilliyin müəyyən olunmasında şəffaflığın təmin olunmasına, məmur-vətəndaş münasibətlərinin minimallaşdırılmasına səbəb olub. Əlillik müyainəsi üçün edilmiş müraciətlər, keçirilmiş müayinələr, qəbul olunmuş qərarlar barədə məlumatlar elektron formada real vaxt rejimində sistemə ötürülür. Həmin qərarlar barədə eyni rejimdə məlumat əldə edilməsi üçün müayinə olunan şəxslərin, işəgötürənlərin və bu məlumatdan istifadə edən dövlət orqanlarının “Elektron hökumət” portalı vasitəsilə sistemə çıxışı da təmin edilib”.

Bildirilib ki, eyni zamanda TSERAS tərəfindən avtomatlaşdırılmış şəkildə əlillik müddəti başa çatmamış birinci dərəcə əlillik müddətsiz müəyyən olunmaqla, ikinci və üçüncü dərəcə əlilliklərin müddəti 5 ilə qədər uzadılıb: “Bununla da hər il təkrar müayinə edilməli olan 200 minə yaxın vətəndaşın bu prosedurdan keçməsinə artıq ehtiyac qalmayıb ki, bu da məmur-vətəndaş təmaslarının xeyli dərəcədə azalmasına səbəb olub. Ümumilikdə, hazırda nazirlik tərəfindən əhaliyə 29 adda elektron xidmət göstərilir. Həmin e-xidmətlər vətəndaşların əmək münasibətləri, pensiya, müavinət, sosial yardım, əlillik müayinəsi, sosial sığorta və s. sahələr üzrə  xidmətlərdən elektron şəkildə faydalanmalarına imkan yaradıb. Təkcə bu ilin 8 ayında vətəndaşlar bu e-xidmətlərdən 4 061 039 dəfə faydalanıb ki, bu da həmin dövrdə ölkəmizin "Elektron hökumət" portalına müraciətlərin 34 faizini təşkil edib”.

Tədbirdə ölkəmizdə İKT-nin inkişafı, əmək və sosial müdafiə sisteminin müasir texnologiyalar üzərində modernləşdirilməsi istiqamətində qarşıdakı dövrdə də görülməsi nəzərdə tutulan işlər barədə də məlumatlar verilib.

Ölkəmizin əmək və sosial müdafiə sahələrində avtomatlaşdırılmış şəffaf idarəetmə və xidmət sistemləri, o cümlədən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi barədə təqdim edilən məlumatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Azərbaycan nümayəndə heyəti tərəfindən tədbir iştirakçılarının sualları da dolğun şəkildə cavablandırılıb.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi elektron formada aparılacaq

15-09-2015

Nazirliyin e-xidmətlərinə 6 milyondan çox müraciət olub

20-09-2017

Sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sistemi təkmilləşdirilir

14-09-2015

Əlilliyi müəyyən edən sənədləri elektron qaydada qəbul edəcək yeni dövlət orqanı müəyyənləşib

09-06-2015

Əlillik dərəcəsi elektron qaydada necə qiymətləndirilir?

02-08-2017

Çağrı mərkəzləri-nə ən çox nə ilə bağlı müraciət edilir?

06-09-2017

Nazirlik 30-a qədər elektron xidmət göstərir

15-02-2017

Nazirliyin Çağrı mərkəzləri-nə daxil olan müraciətlərin sayı azalıb

02-09-2016

Əlillik verilməsi üzrə sənəd qəbulu elektron formada olacaq

02-05-2012

Nazirlik: Ötən il sosial sahə üzrə 400 min elektron arayış verilib

30-01-2025

e-sosial.az portalına 17,5 milyon, baxış olub

11-04-2020

On bir ayda sosial sahə üzrə 349 min elektron arayış verilib

21-12-2024

DOST mərkəzlərində əhaliyə proaktiv xidmətlər də göstəriləcək

03-12-2018

Sosial sahə üzrə son on ayda 307 min elektron arayış verilib

28-11-2024

Son iki ayda sosial sahə üzrə 113 min elektron arayış verilib

25-03-2025

Əlilliyi olan şəxslərin Elektron İnformasiya Bazası yaradılır

23-09-2019

Bu il ƏƏSMN 304 minədək e-arayış verib

19-07-2025

Nazirliyin Çağrı mərkəzləri 16 mindən çox müraciəti cavablandırıb

06-03-2018

Son beş ayda sosial sahə üzrə 260 min elektron arayış verilib

26-06-2025

Tibbi-sosial ekspertiza sistemi tam elektronlaşdırılır

31-08-2015

Nazirlik üzrə xidmətlərin elektronlaşma səviyyəsi 90 faizi ötüb

01-02-2023

Nazirliyin Çağrı mərkəzləri 21 mindən çox müraciətə cavab verib

05-12-2016

Azərbaycanda ilk dəfə sosial reyestri formalaşdıran portalın təqdimatı keçiriləcək

06-11-2018

Son bir ayda 50 minə yaxın e-arayış verilib

03-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə