Previous Next
Bağla

Nazirliyə daxil olan e-müraciətlərin sayı açıqlandı

07-12-2017 15:35
Nazirliyə daxil olan e-müraciətlərin sayı açıqlandı

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə vəVətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin noyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Nazirlikdən Xeberler.az-a bildirilib ki, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 14 060 müraciət daxil olub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 10 829 zəng qəbul edilib.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 231 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 557 sənəd (750 məktub, 589 ərizə, 218 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), maaşların verilməsi, tətbiq olunan həvəsləndirmə tədbirləri üzrə vəsaitlərin ödənilməsi, şagirdlərin bir məktəbdən digərinə köçürülməsi və dərs saatlarının verilməsi ilə bağlı məsələləri əhatə edib.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə (2 593 müraciət) və bazar ertəsi (2 166 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:30-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə (712 müraciət) və bazar ertəsi (687 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 15:00-dək müraciət edilib.

Xeberler.az

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirliyə daxil olan e- müraciətlərin sayı açıqlanıb

02-03-2017

Nazirliyə daxil olan e-müraciətlərin sayı açıqlanıb

02-05-2017

Nazirliyə daxil olan e-müraciətlərin sayı açıqlanıb

06-02-2018

Nazirliyin Telefon Məlumat Mərkəzinə nə qədər müraciət olur?

04-08-2017

Nazirliyə daxil olan e- müraciətlərin sayı açıqlanıb

01-02-2017

Nazirliyə daxil olan e-müraciətlərin sayı açıqlanıb

05-04-2017

Nazirliyə daxil olan e- müraciətlərin sayı açıqlanıb

05-10-2017

Nazirliyə daxil olan e- müraciətlərin sayı açıqlanıb

03-04-2018

Nazirliyə daxil olan müraciətlərin sayı açıqlandı

03-03-2016

Nazirlik: Telefon Məlumat Mərkəzinə 20 mindən çox zəng olub

06-09-2017

Nazirliyin Telefon Məlumat Mərkəzinə 9582 müraciət daxil olub

04-04-2016

Nazirliyə ən çox diplom tanınması ilə bağlı müraciət edilib

01-12-2015

Nazirliyə daxil olan e-müraciətlərin sayı açıqlanıb

05-06-2017

Nazirliyin Telefon Məlumat Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

02-11-2015

568 nəfər elektron qaydada qəbula yazılıb

02-03-2015

Nazirliyin Qaynar xəttinə daxil olan şikayətlərin statistikası açıqlanıb

02-10-2015

Nazirliyin Telefon Məlumat Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

04-07-2016

Nazirliyə 15 min 985 müraciət daxil olub

05-02-2016

Təhsil Nazirliyinə daxil olan müraciətlərlə bağlı statistika açıqlanıb

02-07-2015

Nazirliyə 14 mindən çox e-müraciət olub

10-01-2018

Nazirliyin Telefon Məlumat Mərkəzinə daxil olan müraciətlər artıb

03-05-2016

Nazirliyin Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlanıb

06-01-2017

Təhsil ilə bağlı e-müraciət sayı açıqlandı

02-03-2018

Bu Telefon Məlumat Mərkəzi 1000-dən zəng qəbul edib

01-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə