Previous Next
Bağla

Nazirliyin əməkdaşı marafonda 4-cü oldu

20-09-2017 10:21
Nazirliyin əməkdaşı marafonda 4-cü oldu

Sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarları altında keçirilən “Gəncə Marafonu 2017”-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin əməkdaşı Türkay Zərgərli də iştirak edib.

Xeberler.az-ın məlumatına görə, Gəncə şəhəri Heydər Əliyev Park Kompleksindəki Zəfər Tağının önündən saat 10:00-da start götürən marafonun məsafəsi 17 kilometr təşkil edib.

11 mindən çox iştirakçının öz gücünü sınadığı bu yarışda qadınlar arasında birinci yeri Ukrayna vətəndaşı Valentina Poltavska, ikinci yeri Azərbaycan vətəndaşı Anna Yusipova, üçüncü yeri Böyük Britaniya vətəndaşı Nataşa Petersen qazanıb. Məlumat Hesablama Mərkəzinin əməkdaşı Türkay Zərgərli finişə çatan qadınlar arasında 4-cü olub.

Bu vaxtadək Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016-cı və 2017-ci illərdə paytaxt Bakıda “Küləyə qalib gəl!” şüarı altında “Bakı Marafonu” təşkil olunub. Ardıcıl olaraq keçirilən marafonlara ümumilikdə Azərbaycandan və digər ölkələrdən 20 mindən çox iştirakçı qoşulub. Marafon region sakinləri tərəfindən böyük maraqla qarşılandığından yarışın Gəncə şəhərində də keçirilməsinə qərar verilib.

Xatırladaq ki, "Sağlamlıq - 2016" rabitə işçilərinin respublika spartakiadasında atletika üzrə yarışın qalibi olmuş nazirliyin Məlumat Hesablama Mərkəzinin əməkdaşı Türkay Zərgərli cari il aprelin 30-da keçirilən “Bakı Marafonu 2017”-də 21 km məsafəni 110 dəqiqəyə qət edərək, finişə çatan qadınlar arasında 30-cu olmuşdur.

Onu da qeyd edək ki, bu cür marafonlar indiyədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil olunur.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in prezidenti marafonda yürüş edib

14-05-2018

Bakı Marafonu-2019-da Nazirliyin rəhbər şəxsləri və əməkdaşları fəal iştirak edib

06-05-2019

Qaçış marafonu bu dəfə qədim şəhərdə keçiriləcək

23-08-2017

“Azercell Telekom” “Bakı Marafonu-2023”ün eksklüziv tərəfdaşıdır

14-04-2023

Spartakiadanın sonuncu yarışı keçirilib

15-02-2019

“Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutacaq

05-04-2024

“Azercell Telekom” MMC “Bakı Marafonu -2022”-nin baş sponsorudur

20-04-2022

Azercell əməkdaşları Gəncə Marafonu-na qatıldı

18-09-2017

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu

07-05-2025

Spartakiadada şahmat yarışına yekun vurulub

07-02-2019

“Bakı Marafonu 2025” “Azercell”in eksklüziv tərəfdaşlığı ilə keçiriləcək

15-04-2025

Bakı Marafonunda Azercell minlərlə insanla həmrəy olacaq

04-05-2019

Azercell-in baş sponsorluğu ilə “Bakı Marafonu-2022” baş tutdu

17-05-2022

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2026” uğurla baş tutdu

06-05-2026

Azercell “Bakı Marafonu 2026”-nın eksklüziv tərəfdaşıdır

25-02-2026

Rabitəçilər arasında keçirilən atletika yarışının qalibləri məlum olub

06-10-2016

MHM-in əməkdaşı bilyard üzrə dünya ikincisi olub

16-08-2019

Robotların marafon yarışı

28-02-2011

Azercell müştəriləri arasında I Futbol Turniri elan edir

12-09-2017

NRYTN Heydər Əliyev Fondunun başladığı qanvermə aksiyasına qoşuldu

01-05-2020

Rabitə işçilərinin Respublika Spartakiadasında kəndirdartma üzrə yarışın qalibi məlum olub

24-01-2019

Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə bağlı təlim keçirib

08-02-2022

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019

Baku Open Cyber Cup turniri keçirildi

29-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə