Previous Next
Bağla

Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə bağlı təlim keçirib

08-02-2022 18:31
Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə bağlı  təlim keçirib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar ümumtəhsil müəssisələrinin müəllimləri üçün internetdən təhlükəsiz istifadə mövzusunda təlim təşkil edib.

Xeberler.az bildirir ki, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi, eləcə də qurumun regional bölmələrində keçirilən təlimdə Bakı şəhəri, həmçinin Şamaxı, Qəbələ, Şəki, Gəncə, Mingəçevir və Zaqataladan olan 100-dək informatika müəllimi iştirak edib.

Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Aysel Hadiyeva çıxışında uşaqların üzləşə biləcəyi kibertəhlükələr, onlarla mübarizə üsulları, əsas kibergigiyena qaydalarından bəhs edib.

Təlimdə iştirak edən müəllimlər sonrakı bir həftə ərzində şagirdlərin internetdən təhlükəsiz istifadə üzrə maarifləndirilməsi məqsədilə açıq dərslər təşkil edəcək və nəticələri barədə Elektron Təhlükəsizlik Xidmətinə məlumat verəcəklər.

Təhsil Nazirliyinin də dəstəklədiyi təlim maraqla qarşılanıb. İştirakçıların müxtəlif sualları cavablandırılıb və müvafiq tövsiyələr verilib.

İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin əməkdaşı Zakir İbrahimov çıxışında Mərkəzdə keçirilən təlimlərdən söz açıb.

Qeyd edək ki, Beynəlxalq Təhlükəsiz İnternet Günü Avropa Komissiyasının təşəbbüsü ilə 2004-cü ildən başlayaraq hər il fevral ayının ikinci çərşənbə axşamı günü qeyd olunur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Informatika müəllimləri üçün təlim keçirilib

18-01-2020

Ümumtəhsil məktəblərində təhlükəsiz internet mövzusunda açıq dərslər keçirilib

30-03-2022

Azərbaycan məktəblərində Təhlükəsiz İnternet günü ilə əlaqədar açıq dərslər keçirilib

13-02-2020

Azercell Təhlükəsiz internet təlimin keçirilməsinə dəstək oldu

21-01-2020

“Kiber Smart Ol” layihəsi çərçivəsində təlimlərə start verildi

21-06-2022

Elektron Təhlükəsizlik Xidməti məktəblərdə təlimlər təşkil edib

02-12-2022

1200 müəllim və şagirdə internetdən təhlükəsiz istifadə təlimi keçirilib

10-02-2021

Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

07-02-2017

Azercell Kibertəhlükəsizlik Həftəsinə qoşulub

12-03-2019

Azercell VI Regional İnternet İdarəçilik Forumunda iştirak edib

14-03-2019

Elektron Təhlükəsizlik Xidməti orta məktəb müəllimləri üçün vebinar keçirib

17-09-2020

Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

19-10-2018

Bakcell məktəbliləri İnternetdən təhlükəsiz istifadə ilə tanış edir

07-01-2019

Azercell-in dəstəyi ilə Quba məktəbliləri üçün təlim keçirilib

22-05-2019

Nazirlik internetdən təhlükəsiz istifadə ilə bağlı treninq keçirib

09-02-2016

Azercell “Təhlükəsiz internet” mövzusunda təlimlərini davam etdirir

18-01-2025

"Aviasiya Akademiya"sının tələbələri üçün maarifləndirici təlim keçirilib

04-05-2026

Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

11-06-2019

Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub

13-05-2019

Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

06-02-2018

AzMİU əməkdaşları kibertəhlükəsizlik üzrə maarifləndirilib

13-12-2024

ETX məktəblilərin maarifləndirilməsini davam etdirir

31-03-2026

Bakcell və ENGİNET Təhlükəsiz İnternet günü ilə bağlı təlimlər keçirib

14-02-2019

“Kiber Təhlükənin Fərqindəyəm” şüarı ilə silsilə tədbirlər keçiriləcək

07-10-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə