Previous Next
Bağla

Azercell-in baş sponsorluğu ilə “Bakı Marafonu-2022” baş tutdu

17-05-2022 13:08
Azercell-in baş sponsorluğu ilə “Bakı Marafonu-2022” baş tutdu

May ayının 15-i Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə “Bakı Marafonu – 2022” baş tutdu. Minlərlə idmansevər Bakı Bulvarında toplaşaraq “Küləyə qalib gəl” şüarı altında həyata keçən bu yarışa qatıldı.

Xeberler.az bildirir ki, ölkəmizin idman təqvimində mühüm yer alan “Bakı Marafonu”nun 5 illik yubileyi bir sıra yeniliklər ilə yadda qaldı. Belə ki, yarışçılar üçün yeni marşrut tətbiq edilərək start və finiş nöqtəsi eyni məkanda yerləşdirildi. İştirakçılar Dövlət Bayrağı meydanında toplaşaraq 21 kilometrlik məsafəni qət edib yenidən bu nöqtəyə qayıtdılar. Bu yenilik xüsusi hazırlığı olmayan iştirakçılara ehtiyac yarandığı halda başlanğıc nöqtəsinə qayıdaraq qalibləri qarşılamaq imkanı yaratdı.

2017-ci ildən etibarən tədbirə tərəfdaşlıq edən Azercell növbəti dəfə abunəçilərini sağlam həyat tərzi sürməyə səslədi. Ənənəvi olaraq bu il də təşkil edilən marafona “Azercell Telekom” MMC-nin prezidenti və rəhbər heyəti, eləcə də şirkət əməkdaşları və Azercell-in korporativ abunəçiləri qatıldı.

Yarışın rəqəmsal tərəfdaşının dəstəyilə iştirakçıların qaçış nömrələrinin üzərinə xüsusi cihaz – çip yerləşdirildi. Bu texnoloji həll mobil operatorun “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” kimi səslənən strateji məqsədinin tələblərinə də tam cavab verdi.   Belə ki, marafonda iştirak edən hər kəsin marşrut boyu göstəricilərini detallı şəkildə görmək, finiş xəttini keçərkən göstərdiyi nəticəni izləmək imkanı yaradıldı.

Qaliblər Azercell tərəfindən xüsusi hədiyyələr ilə mükafatlandırıldı. Finiş xəttini keçən ilk üç qadın və ilk üç kişi iştirakçıya lider mobil operator xüsusi hədiyyələr, 010 prefiksli prestijli nömrə və “Sərbəst 15” tarif paketinə 6 aylıq abunəlik hədiyyə etdi. Azercell “Bakı Marafonu”nda iştirak edən tələbələri də diqqət mərkəzində saxladı. Tələbələr arasında birinci yeri tutan xanım və kişi iştirakçıya xüsusi hədiyyələr, 010 prefiksli prestijli nömrə və 6 aylıq pulsuz istifadə müddəti olan “GəncOL9” tarif paketi təqdim edildi.

Yarışçılara dəstək olmaq üçün tədbirə qatılanlar da asudə vaxtlarını yüksək dəyərləndirdilər. Musiqi ilə müşayiət edilən tədbirdə atletlər zonasında pilates məşqləri təşkil edildi, uşaqlar üçün əyləncə zonasında isə marafonun kiçik qonaqları xüsusi proqram ilə qarşılandı. Marafon məşhur mügənnilərin konsert proqramı ilə yekunlaşdı.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Azercell Telekom” MMC “Bakı Marafonu -2022”-nin baş sponsorudur

“Azercell Telekom” MMC “Bakı Marafonu -2022”-nin baş sponsorudur

20-04-2022
“Azercell Telekom” “Bakı Marafonu-2023”ün eksklüziv tərəfdaşıdır

“Azercell Telekom” “Bakı Marafonu-2023”ün eksklüziv tərəfdaşıdır

14-04-2023
Azercell “Bakı Marafonu 2026”-nın eksklüziv tərəfdaşıdır

Azercell “Bakı Marafonu 2026”-nın eksklüziv tərəfdaşıdır

25-02-2026
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu

07-05-2025
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2026” uğurla baş tutdu

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2026” uğurla baş tutdu

06-05-2026
“Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutacaq

“Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutacaq

05-04-2024
“Bakı Marafonu 2025” “Azercell”in eksklüziv tərəfdaşlığı ilə keçiriləcək

“Bakı Marafonu 2025” “Azercell”in eksklüziv tərəfdaşlığı ilə keçiriləcək

15-04-2025
Bakı Marafonunda Azercell minlərlə insanla həmrəy olacaq

Bakı Marafonunda Azercell minlərlə insanla həmrəy olacaq

04-05-2019
Bakı Marafonu-2019-da Nazirliyin rəhbər şəxsləri və əməkdaşları fəal iştirak edib

Bakı Marafonu-2019-da Nazirliyin rəhbər şəxsləri və əməkdaşları fəal iştirak edib

06-05-2019
Azercell-in prezidenti marafonda yürüş edib

Azercell-in prezidenti marafonda yürüş edib

14-05-2018
Qaçış marafonu bu dəfə qədim şəhərdə keçiriləcək

Qaçış marafonu bu dəfə qədim şəhərdə keçiriləcək

23-08-2017
Bölgələrə daha yaxın!

Bölgələrə daha yaxın!

15-07-2022
Azercell əməkdaşları Gəncə Marafonu-na qatıldı

Azercell əməkdaşları Gəncə Marafonu-na qatıldı

18-09-2017
Nazirliyin əməkdaşı marafonda 4-cü oldu

Nazirliyin əməkdaşı marafonda 4-cü oldu

20-09-2017
Azercell-dən super prizlər və sürpriz hədiyyələr qazan

Azercell-dən super prizlər və sürpriz hədiyyələr qazan

14-12-2019
Azercell-dən Qarabağda təhsil alan universitet tələbələri üçün xüsusi kampaniya

Azercell-dən Qarabağda təhsil alan universitet tələbələri üçün xüsusi kampaniya

25-09-2024
İlk Novruz hədiyyəniz Azercell-dən olsun

İlk Novruz hədiyyəniz Azercell-dən olsun

25-02-2020
2 gün yuxusuz qalan developerlər arasında qaliblər seçilib

2 gün yuxusuz qalan developerlər arasında qaliblər seçilib

14-05-2018
Azercell-dən özəl Ramazan kampaniyasında 2GB hədiyyə!

Azercell-dən özəl Ramazan kampaniyasında 2GB hədiyyə!

11-04-2022
Azercell və Bakı Dövlət Universiteti əməkdaşlıq memorandumu imzalayıb

Azercell və Bakı Dövlət Universiteti əməkdaşlıq memorandumu imzalayıb

21-10-2015
Azercell yeni Wi-Fi cihazını təqdim edir

Azercell yeni Wi-Fi cihazını təqdim edir

10-09-2024
Azercell-dən 010 seriyalı gözəl nömrələr!

Azercell-dən 010 seriyalı gözəl nömrələr!

28-04-2022
Azercell-dən Zəfər Gününə özəl təklif

Azercell-dən Zəfər Gününə özəl təklif

07-11-2024
Azercell məhsulları artıq Azərpoçt məntəqələrində!

Azercell məhsulları artıq Azərpoçt məntəqələrində!

20-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə