Previous Next
Bağla

Azercell müştəriləri arasında I Futbol Turniri elan edir

12-09-2017 15:56
Azercell müştəriləri arasında I Futbol Turniri elan edir

Azercell Telekom tərəfindən ölkəmizdə idmanın inkişafına, eləcə də, sağlam həyat tərzinin təbliğinə dair çoxlu sayda müxtəlif layihələrin keçirilməsi hamıya məlumdur. Bu dəfə isə, şirkət öz korporativ abunəçiləri üçün maraqlı və faydalı bir təşəbbüslə çıxış edib.

Xeberler.az-ın məlumatına görə, lider mobil operator Azercell Kuboku uğrunda Korporativ Müştərilər arasında I Futbol Turnirinə başlayıb. Sentyabrın 8-də çempionatda iştirak edəcək komandaların nümayəndələrinin də iştirak etdiyi mərasimdə Turnirinin püşkatma mərasimi keçirilib və turnirin reqlamenti açıqlanıb. Beləliklə, 12 komandadan ibarət çempionat qrup mərhələsindən (yəni 5 oyundan), 1\4 final, yarımfinal və final oyunlarından ibarət olacaq.

Oyunlar 11 sentyabrdan etibarən bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və cümə günləri saat 19.00-da Azercell Telekomun baş ofisinin futbol meydançasında keçiriləcək. Gündə 3 oyunun keçirilməsi planlaşdırılan turnir 1 ay ərzində davam edəcək.  Turnirdə Kapital Bank, North West Construction, Xəzər Media, Unibank, Sumqayıt Texnologiyalar Parkı, Gilan Holding, TOPAZ, Azərtexnolayn, Azeri M-İ, AA Services, Coca-Cola kimi nüfuzlu şirkətlərin nümayəndələri iştirak edir.

Qeyd edək ki, Azercell fəaliyyəti boyunca həm cəmiyyətimizin müxtəlif yaş, peşə və sağlamlıq kateqoriyalarından olan insanlar, həm də öz əməkdaşları arasında dəfələrlə bu cür sosial təşəbbüslərə imza atıb. Şirkət əməkdaşları bir çox hallarda müxtəlif rəsmi və biznes strukturların təşkil etdiyi futbol yarışmalarında qalib olub. Təsadüfi deyil ki, ölkəmizdə idmanın inkişafına, sağlam həyat tərzinə yönəlik layihələrin hər zaman yanında olan şirkət sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Gəncə Marafonu - 2017” layihəsinin də eksklüziv tərəfdaşıdır. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in Futbol Turnirinin qalibi-Foto

12-10-2017

Azercell əməkdaşları Gəncə Marafonu-na qatıldı

18-09-2017

Azercell “Ən yaxşı idman dəstəkçisi” nominasiyasında mükafatlandırılıb

27-12-2025

“Azercell Telekom” “Bakı Marafonu-2023”ün eksklüziv tərəfdaşıdır

14-04-2023

Azercell “Bakı Marafonu 2026”-nın eksklüziv tərəfdaşıdır

25-02-2026

“Bakı Marafonu 2025” “Azercell”in eksklüziv tərəfdaşlığı ilə keçiriləcək

15-04-2025

Huawei Bakıda futbol turniri təşkil edir

01-09-2017

Azercell-in prezidenti marafonda yürüş edib

14-05-2018

“Azercell Telekom” MMC “Bakı Marafonu -2022”-nin baş sponsorudur

20-04-2022

“Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutacaq

05-04-2024

ABB “Qarabağ” Futbol Klubunun rəsmi tərəfdaşı oldu!

30-07-2025

Bakı Marafonunda Azercell minlərlə insanla həmrəy olacaq

04-05-2019

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2026” uğurla baş tutdu

06-05-2026

Azercell “iPhone 16”nı təqdim edir

07-10-2024

Yelo Bank əməkdaşları arasında futbol turniri keçirildi  

02-08-2022

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu

07-05-2025

Azercell və Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir

10-04-2025

Azercell Eksklüziv indi Goranboyda

30-08-2019

Azercell Gəncədə 4G xidməti istifadəyə verdi

15-09-2017

Azercell növbəti karyera yarmarkasında

04-05-2015

Robo Futbol turniri təşkil olunacaq

22-10-2018

Azercell dünya işgüzar aləmində ən nüfuzlu mükafatlardan birinə layiq görülüb

25-08-2023

Azercell COP29-un telekommunikasiya tərəfdaşıdır

04-11-2024

Azercell-in sosial layihə müsabiqəsinin final turu baş tutdu

07-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə