Previous Next
Bağla

Nazirliyin milyonlarla vəsait hesabına aldığı proqramların özü təhlükəliymiş-ŞƏRH

15-03-2023 16:01
Nazirliyin milyonlarla vəsait hesabına aldığı proqramların özü təhlükəliymiş-ŞƏRH

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə bir tenderi reallaşdırıb və “B2B Group” şirkəti ilə təxminən 1.2 milyon manat məbləğində müqavilə imzalanıb. Dərhal qeyd edim ki, bizi məbləğ və ildə az qala yüzlərlə tender qalibi olan “B2B Group” deyil, belə bir tenderin mahiyyətcə həm qanunvericiliyə və Prezident fərmanlarına və ümumiyyətlə məntiqə zidd olması diqqətimiz cəlb etmişdi”.

Xeberler.az məlumat verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz paylaşım edib.

O, bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsusi elektron poçt sistemi qurması, məxsusi serverlər yaratması və özəl antivirus proqramları alması (zərərverici proqram təminatlarına qarşı müdafiə sistemi) ilə bağlı tender elanını ağılasığmaz adlandırıb:

“Ona görə ağlasığmaz qeyd edirəm ki, bunlar açıq-aşkar başqa dövlət qurumlarının səlahiyyətlərinə daxil olan, həm də birbaşa təhlükəsizliklə bağlı məsələlərdir.Məlumdur ki, ölkədə dövlət qurumlarının informasiya təhlükəsizliyi, e-poçt xidmətlərinin təşkili Xüsusi Rabitə və İnformasiya Təhlükəszilyi Dövlət Xidmətinin, məlumat bazalarının saxlanılması isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) AzİnTelecom qurumunun səlahiyyətindədir. Məxsusi olaraq, dövlət qurumların e-poçt sistemlərinin təhlükəsziliyi ilə bağlı Prezidnetin 19 iyun 2012-ci il traixli fərmanı da var. Məlumdur ki, XRİTDX bütün dövlət qurumlarına təhlükəsizlik sınaqlarından keçmiş e-poçt xidmətləri təqdim edir . Hətta bu qurum ötən ay "Dövlət qurumlarının İT zirvə toplantısında " açıqlamışdı ki, may ayından etibarən Azərbaycanın bütün dövlət qurumları yeni poçt sisteminə köçürüləcək. Yəni, bütün bunlar məxfi informasiyalar deyil, bu haqda açıq sistemlərdə də məlumatlar var”.

Osman Gündüz xatırladıb ki, XRİTDX-nin ödənişli olan bəzi İT xidmətlərinin tariflərini də ötən il Tarif Şurası təsdiqləmişdi.

Eyni zamanda XRİTDX təhlükəsizlik baxımından sınaqlardan keçən antivirus proqramlarını də dövlət qurumlarına təqdim edir:

“Ən maraqlısı və qəribəsi odur ki, ƏƏSMN-in informasiya təhlükəsizliyini qorumaq üçün aldığı XDR lisenziyaları, təhlükəsziliyə cavabdeh olan XRİTDX –nin təqdim etdiyi resurslar siyahısında deyil, yəni, bu qurumun sınaqlarından keçməyib. Eyni zamanda, xatırladıram ki, Prezident fərmanına əsasən, optimallaşma , təhlükəsizlik və səmərəlilik baxımından ölkədə “Hökumət Buludu” formalaşdırılıb və dövlət qurumlarına tapşırılıb ki, parallel strukturlar yaratmaq yolverilməzdir. Buna baxmayaraq görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin öz daxilində yeni bir e-poçt serveri formalaşdırır. Maraqlı məqam həm də odur ki, bütün bunlar açıq-aşkar, iki dövlət qurumunun səlahiyyətlərini mənimsəməklə, təhlükəsizliyə cavabdeh dövlət qurumunun rəy vermədiyi təhülkəsizlik sistemlərindən istifadə etməklə, Prezidentin müvafiq fərmanlarını pozmaqla Antiinhisar Dövlət Xidmətinin razılığı ilə edilir. Diqqət çəkən məqam həm də odur ki, adı çəkilən Nazirliyin açıq-aşkar qanun pozuntusu və səlahiyyətlərin mənimsənilməsi ilə reallaşan bu "özəl təhlükəsizlik, özəl epoçt və özəl data mərkəzləri" haqqında XRİTDX və RİNN də susublar".

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dövlət qurumlarının 902 informasiya resursunda boşluqlar aşkarlanıb

Dövlət qurumlarının 902 informasiya resursunda boşluqlar aşkarlanıb

03-07-2025
Elektron sənəd dövriyyəsi rəqəmsal transformasiyanı sürətləndirəcək-RƏY

Elektron sənəd dövriyyəsi rəqəmsal transformasiyanı sürətləndirəcək-RƏY

02-08-2023
Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024
Dövlət qurumları üçün yaradılmış poçt xidmətlərinin 2 milyondan çoxu zərərli tərkibli olub

Dövlət qurumları üçün yaradılmış poçt xidmətlərinin 2 milyondan çoxu zərərli tərkibli olub

20-02-2025
XRİTDX kiberhücumlar barədə məlumat yayıb

XRİTDX kiberhücumlar barədə məlumat yayıb

21-05-2025
 İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

03-02-2023
Ötən il dövlət qurumlarına yüzlərlə kiberhücumun qarşısı alınıb

Ötən il dövlət qurumlarına yüzlərlə kiberhücumun qarşısı alınıb

07-02-2023
Dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələri yaradılacaq

Dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələri yaradılacaq

28-08-2023
Mərkəzləşdirilmiş Antivirus Sistemi 2,8 milyon zərərverici virusu bloklayıb

Mərkəzləşdirilmiş Antivirus Sistemi 2,8 milyon zərərverici virusu bloklayıb

23-09-2023
Ötən il 3800-ə qədər istifadəçi hakerlərin qurbanına çevrilib

Ötən il 3800-ə qədər istifadəçi hakerlərin qurbanına çevrilib

07-01-2025
“AzstateNet” dövlət şəbəkəsində bu ilin 3 rübü ərzində 709 milyondan çox zərərli keçid bloklanıb

“AzstateNet” dövlət şəbəkəsində bu ilin 3 rübü ərzində 709 milyondan çox zərərli keçid bloklanıb

18-10-2023
Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

23-04-2022
Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022
Dövlət qurumlarına olan bir çox kiberhücumlar elektron poçt vasitəsilə həyata keçirilir

Dövlət qurumlarına olan bir çox kiberhücumlar elektron poçt vasitəsilə həyata keçirilir

07-02-2023
XRİTDX: 1 milyondan çox kibertəhdid zərərsizləşdirilib

XRİTDX: 1 milyondan çox kibertəhdid zərərsizləşdirilib

07-04-2026
"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023
Avqustda 46 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb

Avqustda 46 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb

04-09-2025
Avqust ayında 30 milyondan çox zərərli keçid qeydə alınıb

Avqust ayında 30 milyondan çox zərərli keçid qeydə alınıb

03-09-2025
DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

23-04-2022
Təhlükəsizlik boşluqları aşkarlanmış informasiya resurslarının sayı artıb

Təhlükəsizlik boşluqları aşkarlanmış informasiya resurslarının sayı artıb

05-08-2025
Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı artıb

Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı artıb

06-10-2025
Dövlət qurumlarına göndərilən 2 milyondan çox zərərli elektron poçt blok edilib

Dövlət qurumlarına göndərilən 2 milyondan çox zərərli elektron poçt blok edilib

31-10-2023
Təhlükəsizlik boşluqları aşkarlanan informasiya resurslarının sayı artıb

Təhlükəsizlik boşluqları aşkarlanan informasiya resurslarının sayı artıb

03-12-2025
Təhlükəsizlik boşluqları aşkarlanan dövlət informasiya resurslarının sayı azalıb

Təhlükəsizlik boşluqları aşkarlanan dövlət informasiya resurslarının sayı azalıb

02-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə