Previous Next
Bağla

Elektron sənəd dövriyyəsi rəqəmsal transformasiyanı sürətləndirəcək-RƏY

02-08-2023 09:10
Elektron sənəd dövriyyəsi rəqəmsal transformasiyanı sürətləndirəcək-RƏY

Bir müddət öncə RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi dövlət qurumları arasında elektron sənəd dövriyyəsinin daha effektiv və çevik olan, biznesə və vətəndaşa inteqrasiyası olan yeni modelini təklif etmişdi.

İRİA bu modeli Prezidentin 27 oktyabr 2018-ci il tarixli fərmanının icrası istiqamətində hazırladığını bildirmişdi.

Bundan dərhal sonra isə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti belə bir sənəd dövriyyəsi sisteminin mövcud olması və yenilənməsi haqqında açıqlama vermişdi.

Qurum bunu Prezidentin 4 sentyabr 2012-ci il tarixli Fərmanına əsaslanmaqla açıqlamışdı.

Xatırladıram ki, indiyədək dövlət sektorunda ESD işlərini XRİTDX reallaşdırırdı.

O zaman biz, təklif olunan yeni modelin daha effektiv, cəlbedici və müasir olmasını qeyd etməklə , mövcud reallıqlar baxımından ilk öncə bu paralelçiliyin aradan qaldırılmasının vacibliyini, Prezident Administrasiyası səviyyəsində bunun çözülməsinin vacibliyini vurğulamışdıq.

Bu gün Prezidentin imzaladığı fərman əsasında İRİA-nın təklif etdiyi model dövlət qurumları arasında elektron sənəd dövriyyəsi sistemi olaraq qəbul edulib.

Fərmana görə bu sahədə səlahiyyətlər RİNN-ə verilib.

RİNN qısa müddətdə dövlət qurumlarının qoşulması üçün Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi yaratmalıdır.

Bütün dövlət qurumları özlərinin sənəd sistemlərini bir il müddətində RSD sisteminə inteqrasiya etməlidir.

XRİTDX isə RSD prosesində təhlükəsizlik və məlumatların təhlükəsiz ötürülməsi məsələlərinə cavabdeh olacaq. Bununla bağlı qurumlara rəy verəcək.

Bildiyim qədər, məxfi məlumatların da dövriyyəsinin təşkili XRİTDX-nin səlahiyyətində qalıb.

Beləliklə, düşünürəm ki, Prezidentin yeni fərmanı dövlət sektorunda rəqəmsal transformasiyanı xeyli sürətləndirəcək.

Bütün dövlət qurumlarının daxili təsərrüfat və sənəd sistemi tam olaraq rəqəmsallaşacaq.

Tender siyahılarına baxanda görmək olar ki qurumların dəftərxana xərclərinə, kağız sənəd dövriyyəsinə də yetərincə vəsaitlər ayrılır. Gözləmək olar ki, bu fərmanın icrası ilə ən azı "kağız" əməliyyatlarına son qoyulacaq, dövlət sektorunda rəqəmsal idarəçilik oturuşacaq, xərclərə və vaxta xeyli qənaət olacaq.

İRİA-nın təklif etdiyi model biznes sektorunun da bu proseslərə cəlb edilməsini nəzərdə tutur ki, bu sektorda da rəqabətli bir biznes mühitinin yaradılmasını gözləmək olar .

Xatırlayıram ki, bundan öncə təklif olunan həllər əsasən bir şirkətin RSD həllərinə söykənirdi.

Düşünürəm ki, fərmanın icrası ilə nəinki dövlət qurumları arasında, eyni zamanda dövlət, biznes və vətəndaş cəmiyyəti arasında münasibətlərin daha effektiv qurulmasıma da ciddi təkan veriləcək.

Osman Gündüz,

Azərbaycan İnternet Forumunun Prezidenti

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bütün məhkəmələr Rəqəmsal Sənəd Dövriyyəsinə inteqrasiya edilib

07-11-2024

Dövlət qurumlarının “Rəqəmsal Sənəd Dövriyyəsi” altsisteminə qoşulması üçün yoxlamalar davam edir

22-08-2024

Rəqəmsal Sənəd Dövriyyəsi BMT-nin beynəlxalq mükafatında ölkəmizi təmsil edib

25-09-2024

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni vəzifələr tapşırılıb

01-08-2023

NMR dövlət qurumları İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulacaq

10-01-2023

Dövlət qurumları arasında sənəd mübadiləsi elektronlaşdırılır

01-08-2023

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

17-03-2026

Dövlət qurumları arasında elektron sənəd dövriyyəsi sisteminə start verilib

12-06-2023

Nazir müavini: Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə 1700-dən çox qurum inteqrasiya olunub

17-09-2024

Dövlət qurumlarında təhlükəsizlik boşluqları aşkarlanmışdır

22-01-2024

Elektron sənəd dövriyyəsi sistemi təqdim olundu

14-10-2015

Azərbaycanda yeni Super Portal istifadəyə veriləcək

21-07-2023

AMEA-da elektron sənəd dövriyyəsinə keçid prosesi başa çatdırılıb

27-12-2024

Nazirliyin milyonlarla vəsait hesabına aldığı proqramların özü təhlükəliymiş-ŞƏRH

15-03-2023

Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

13-04-2022

Monitoring.az portalı fəaliyyətə başlayıb

06-12-2019

Prezidentlə razılaşdırmaqla elektron imza və Data Mərkəzindən istifadə ilə bağlı tariflər təsdiq ediləcək

04-09-2021

İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

03-02-2023

"Kağızsız Hökumət"ə keçid çərçivəsində yeni həll təqdim edilib

10-06-2023

“Kağızsız hökumət” hökumətə necə yardım edəcək?

13-06-2023

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022

AMEA-da elektron sənəd mübadiləsi sisteminin strukturu və fəaliyyətinin təşkili ilə bağlı qərar qəbul edilib

12-09-2023

Samir Məmmədov: "KOB-ların rəqəmsallaşması EGDI hesabatında Azərbaycanın reytinqini artıracaq"

30-09-2024

İnarə Vəliyeva: Rəqəmsal Sənəd Dövriyyəsinin məqsədi ətraf mühitə və ekoloji dayanıqlılığa müsbət təsirləri artırmaqdır

04-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə