Previous Next
Bağla

DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

23-04-2022 21:02
DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

“Ötən gün Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının -AKTA-nın təqdimatında diqqətimi cəlb edən bəzi məqamlar oldu.”

Xeberler.az məlumat verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz facebook statusunda qeyd edib.

“İlk diqqət çəkən məqam DTX-in rəis müavini İlqar Musayevin çıxışında səslənən fikirlər oldu. DTX rəsmisi bu qurumda yeni fəaliyyət istiqaməti haqqında anons verdi.

Əvvəllər DTX əsasən kibercinayətkarlıqla mübarizə istiqamətində fəaliyyətə üstünlük verirdi. İndi görünür ki, DTX kiber mühitdəki fəaliyyətini genişləndirəcək. Yəni, yalnız kibercinayətkarlıqla deyil, kritik infrastruktura daxil olan dövlət və özəl sektorun kibertəhlükəsizlik məsələlərinə də nəzarət edəcək. Xatırladıram ki, ötən il bununla bağlı Prezidentin müvafiq fərmanı da olub.

Əvvəllər dövlət sektorunda kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ilə bağlı məsələlər daha çox Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin kurasiyasında olub. Bu qurum həm də Prezident fərmanı ilə yaradılan İnformasiya Təhlükəsizliyi üzrə Kordinasiya Komissiyasının fəaliyyətini də istiqamətləndirir. Maraqlıdır ki, sektorda əsas qurum hesab olunan XRİT Dövlət Xidməti rəsmilərinin təqdimat mərasimində hər hansı çıxışı olmadı.

Eyni zamanda kibercinayətkarlıq sahəsində fəaliyyət göstərən daha bir dövlət qurumu, DİN rəsmiləri də təqdimatda gözə dəymirdi.

Yeri gəmişkən, qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyinə cavabdeh olan RİNN-in Elektron Təhlükəsizlik Xidməti də bütövlükdə CERT-lərin koordinasiyasına cavabdehlik daşıyır. Lakin qurum hələlik bu ekosistemdə aktivlik göstərə bilmir.

Beləliklə, düşünmək olar ki, bundan sonra dövlət tərəfindən kibertəhlükəsizliklə bağlı əsas resurslar DTX-ya yönəldiləcək və hər iki sektorda kibertəhlükəsizliklə bağlı məsələlərdə DTX-nin rolu xeyli artacaq.

İkinci diqqət çəkən məqam ondan ibarət idi ki, tədbirdə bir neçə nazir, dövlət agentlikləri və xidmətlərinin rəhbərləri, xüsusilə də DTX rəhbəri Əli Nağıyev, bütün əlaqəli dövlət və özəl sektor rəhbərəri iştirak edirdi.

Buradan belə qənaətə gəlmək olar ki, artan və artması proqnozlaşdırılan kiber təhdidlərlə bağlı, kibertəhlükəsizliklə bağlı məsələ, ən yüksək səviyyədə, dövlət başçısı səviyyəsində nəzarətə götürülüb və bu sahə ilə bağlı fəaliyyətin kurasiyası DTX-ya tapşırılıb.

Düşünmək olar ki, hökumət kibertəhlükəsizlik sahəsini dövlət təhlükəsizliyinin əsas prioriteti olaraq qəbul edir və qarşıdakı illərdə bu sektorda ciddi problemlərin ola biləcəyini proqnozlaşdırıb.

Maraqlı məqam həm də odur ki, DTX rəsmisi İlqar Musayev öz çıxışında bütün maraqlı tərəfləri AKTA ictimai qurumu ətrafında birləşməyə çağırdı.

Güman etmək olar ki, DTX ölkənin kibertəhlükəsizlik sahəsində çalışanların bir arada toplanmasında, onların resurslarından dövlətin təhlükəsizliyinin möhkəmləndirilməsi üçün istifadə edilməsində maraqlıdır və bu məqsədlə də AKTA qurumunun yaradılması təşəbbüsünü irəli sürüb.

Əgər kritik infrastrukturun kibertəhlükəsizliyi də DTX-da olacaqsa , qurumun peşəkar kadrlara ciddi ehtiyacı olacaq. Güman etmək olar ki, bu məqsədlə qurum AKTA-nın resurslarından istifadəni və peşəkar kadrlar yetişdirməyi nəzərdə tutur.

Yekun olaraq, bir daha vurğulamaq istərdim ki, AKTA təşəbbüsü yetərincə faydalıdır.

Elə dünən bununla bağlı bir paylaşım etmişdim. Əgər təhlükəsıziliyə cavabdeh qurumların məlumatları da hansısa bir qurumun informasiya sisteminə kiiber hücumla ələ keçirilib internetdə açıqlanırsa, demək sabah daha ciddi kiber təhdidlər, kiber cinayətlər baş verə bilər. Ümid edirəm aidiyyatı qurumlar baş verənlərin fərqindədir.

Bu sahədə bizdə problemlər çoxdur. Qanunvericilik təkmilləşməlidir. Kritik resursların ciddi İT auditi keçirilməlidir. İstifadə olunan avadanlıqlara və proqram təminatlarına qarşı vahid standartlar olmalıdır. Milli resursların və milli kadrların hazırlanmasına üstünlük verilməlidir.

Bu baxımdan peşəkarlardan ibarət Assosiasiyanın formalaşdırılması təşəbbüsü təqdirəlayiqdir. Assosiasiyadan gözlənilərimiz çoxdur.

Əlbəttə, burada ictimai və biznes maraqlarını, xüsusilə də milli maraqları bir araya gətirmək asan olmayacaq.

Biznesin öz biznes maraqları da var. AKTA isə ictimai qurumdur, necə deyərlər QHT-dir. Təcrübə isə göstərir ki, ictimi sektorda çalışmaq, vuruşmaq böyük enerji və prinsipiallıq, böyük də resurslar tələb edir.

Ümid edirəm və inanıram ki, AKTA ölkəmizin kiber ekosisteminin inkişafı və dayanıqlığı istiqamətində ciddi töhfələr verəcək.”

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
DTX yeni səlahiyyətlər əldə edib

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022
DTX kiber sektorda  biznes və vətəndaş üçün daha əlçatan olub

DTX kiber sektorda biznes və vətəndaş üçün daha əlçatan olub

05-06-2024
Kiberhücumlara qarşı yeni qurum yaradılıb

Kiberhücumlara qarşı yeni qurum yaradılıb

23-04-2022
DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb

DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb

04-06-2026
Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023
Kritik informasiyaların təhlükəsizliyi necə təmin ediləcək?-ŞƏRH

Kritik informasiyaların təhlükəsizliyi necə təmin ediləcək?-ŞƏRH

20-07-2023
Ekspert: İT sahəsində kadrlara ehtiyac kəskin artıb

Ekspert: İT sahəsində kadrlara ehtiyac kəskin artıb

12-09-2022
Hansı sektor daha güclü müdafiə olunur :dövlət, yoxsa özəl ?

Hansı sektor daha güclü müdafiə olunur :dövlət, yoxsa özəl ?

30-10-2023
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

04-06-2023
"İnformasiya Təhlükəsizliyində "Paqonlu" idarəetmə dövrü başa çatdı"

"İnformasiya Təhlükəsizliyində "Paqonlu" idarəetmə dövrü başa çatdı"

13-05-2025
Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

23-04-2022
Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022
Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

10-12-2024
Kibercinayətkarlığa kim cavabdehdir?

Kibercinayətkarlığa kim cavabdehdir?

21-06-2019
"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

06-06-2026
Ekspert:Kritik qurumların kibertəhlükəsizliyi necə təmin olunacaq?

Ekspert:Kritik qurumların kibertəhlükəsizliyi necə təmin olunacaq?

07-05-2022
Dövlət Təhlükəsizliyi Xidmətinin saytı istifadəyə verilib

Dövlət Təhlükəsizliyi Xidmətinin saytı istifadəyə verilib

08-04-2016
Azərbaycanda kibertəhlükəsizlik indeksinin tərtib olunması təklif edilir

Azərbaycanda kibertəhlükəsizlik indeksinin tərtib olunması təklif edilir

26-04-2023
DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

03-03-2020
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

21-07-2025
AKTA il ərzində 8 mindədək mütəxəssisi bir araya gətirib

AKTA il ərzində 8 mindədək mütəxəssisi bir araya gətirib

18-12-2025
Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə mövqeyini daha da yaxşılaşdırıb

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə mövqeyini daha da yaxşılaşdırıb

15-04-2024
Ekspert: Nə üçün Kibertəhlükəsizlik sektorunda təşkilati-hüquqi tədbirlər başa çatdırılmır ?

Ekspert: Nə üçün Kibertəhlükəsizlik sektorunda təşkilati-hüquqi tədbirlər başa çatdırılmır ?

07-07-2021
Müdafiə Nazirliyində kiber məsələlərə ciddi önəm veriləcək-Ekspert

Müdafiə Nazirliyində kiber məsələlərə ciddi önəm veriləcək-Ekspert

17-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə