Previous Next
Bağla

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022 13:39
Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

Son illər dövlət sektorunda informasiya təhlükəsizliyinin qorunması və kibertəhdidlərə qarşı mübarizə istiqamətində xeyli müsbət addımlar atılıb. Elə 44 günlük Vətən müharibəsi zamanı da bunun şahidi olmuşuq.

Xeberler.az məlumat verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib.

Ekspertin sözlərinə görə MİDA-da baş verənlər onu göstərir ki, dövlət sektorunda təhlükəsizliklə bağlı görüləcək işlər də hələ çoxdur.

“Bir il bundan öncə, 17 aprel 2021-ci il tarixdə Prezident “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” fərman imzalayıb.

Bu fərmanla kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi DTX və Xüsusi Rabitə və İnformasiya Təhlükəsziliyi Dövlət Xidmətinə tapşırılıb.

Adı çəkilən fərmana görə dövlətin, cəmiyyətin və vətəndaşların maraqları baxımından vacib hesab edilən məsələlərin həlli məqsədilə yaradılan dövlət resurslarının siyahısı müəyyən olunmalı və onlara qarşı təhlükəsizliklə bağlı sərt tələblər hazırlanmalıydı.”

Osman Gündüz bildirir ki, adı çəkilən qurumlar 3 ay müddətində kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı təklifərini hökumətə təqdim etməliydi. Amma hələlik bununla bağlı hüquqi sənədlər ortada yoxdur.

“Yəni kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Qaydalar, bu Qaydalar əsasında hansı dövlət qurumlarının kritik qurumlar hesab olunacağı ilə bağlı parametrlər, auditi məcburi olacaq kritik qurumların təsdiq olunan siyahıları və s. hələlik müəyyənləşməyib.

Düşünürəm ki, bir il müddətində bu cür əhəmiyyətli sənədlərin təsdiqlənməməsi də doğru bir hal deyil.

Dövlət qurumalrın infromasiya təhlükəsizliyi ilə bağlı baş verənlər, kibertəhdidlərin artması, regionda baş verən hadisələr dövlət sektorunda informasiya təhlükəsizliyinin daha da gücləndirilməsini tələb edir.

Maraqlıdır ki, XDMX ləğv edildikdən sonra onun bazasında yaradılan qurumlardan ən vacibi olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin uzun müddətdən sonra Əsasnaməsi təsdiqlənsə də rəhbəri ilə bağlı məsələ indiyədək də açıq qalıb.

Qurumun yaydığı məlumatlarda quruma rəhbərlik edən general Mürsəl Vəliyevin vəzifəsi “Xidmətin rəisi vəzifəsini müvəqqəti icra edən ” olaraq qeyd olunur.

Xatırladıram ki, Prezident fərmanı əsasında 2018-ci ildə yaradılan İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasına rəhbərlik də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə həvalə olunub.

Komissiyanın tərkibinə XRİTDX, RİNN, DİN, DTX, Xarici Kəşfiyyat, MN, AMEA, VXSİ Dövlət Agentliyi və s. üzvlər daxildir.

Kordinasiya Komissiyasının 3 il bundan öncə RİNN ilə birgə hazırlamalı olduğu "Kibertəhlükəsizlik və İnformasiya Təhlükəsizliyi üzrə Milli Strategiya"nın hazırlanıb başa çatdırıldığı bildirilsə də hələ də təsdiqlənməyib.

Düşünürəm ki, dövlət sektorunda informasiya təhlükəsizliyi və kibertəhdidlərə qarşı mübarizə sahəsində zəruri addımların zamanında atılması, hüquqi sənədlərin tez bir zamanda hazırlanması daha çevik və effektiv fəaliyyətə imkan yaradardı."

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023

Dövlət resursları ilə bağlı problem həll olundu - Daha çökməyəcək

19-04-2021

Bu qurumların strukturu niyə təsdiqlənmir?

06-01-2021

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

21-07-2025

Ekspert: Nə üçün Kibertəhlükəsizlik sektorunda təşkilati-hüquqi tədbirlər başa çatdırılmır ?

07-07-2021

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

16-01-2026

Azərbaycanda "Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı" təsdiq ediləcək

26-10-2023

İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

30-01-2025

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı ilkin qiymətləndirmə aparılıb

26-09-2025

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni vəzifələr tapşırılıb

01-08-2023

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023

Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu təsdiqlənib

20-07-2023

Ekspert kibertəhlükəsizlik strategiyasından danışdı

11-03-2019

Kritik informasiyaların təhlükəsizliyi necə təmin ediləcək?-ŞƏRH

20-07-2023

İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

03-02-2023

İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

13-05-2015

DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

23-04-2022

“AzstateNet” dövlət şəbəkəsində bu ilin 3 rübü ərzində 709 milyondan çox zərərli keçid bloklanıb

18-10-2023

Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

10-12-2024

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Parlamentdə keçirilmişdir

07-05-2024

Osman Gündüz : Azərbaycanda informasiya təhlükəsizliyinin qorunması ilə bağlı ciddi problemlər var

14-01-2015

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə