Previous Next
Bağla

NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edib - FOTO

14-09-2023 15:45
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edib - FOTO

NEQSOL Holding Vüqar Səmədlinin Enerji Biznesinin rəhbəri, Kadri Özenin Kommunikasiyalar və Dayanıqlılıq üzrə Baş direktoru, Teymur Tağıyevin isə Aparat rəhbəri təyin edildiyi bəyan edir. Onlar NEQSOL Holding-in Baş direktoru Yusif Cabbarovun rəhbərlik etdiyi idarəetmə komandasına qoşulublar.

Vüqar Səmədli enerji sektorunda 20 illik liderlik təcrübəsinə malikdir. NEQSOL Holding-in Enerji Biznesinin rəhbəri kimi o, holdinq və onun enerji qrupları, Nobel Energy və Nobel Upstream, həmçinin yeni enerji investisiyaları arasında koordinasiyaya nəzarət edəcək. Bununla yanaşı, cənab Səmədli Nobel Energy şirkətinin Baş icraçı direktoru vəzifəsində də fəaliyyətinə davam edəcək.

Kadri Özen NEQSOL Holding-ə qoşulmazdan öncə Niderlandda “Unilever”in çay biznesinin Kommunikasiyalar üzrə Baş direktoru vəzifəsində çalışıb. NEQSOL Holding-in Kommunikasiyalar və Dayanıqlılıq üzrə Baş direktoru kimi cənab Özen qrupun qlobal mövqeləndirməsini və nüfuzunu dəstəkləmək üçün korporativ kommunikasiyalara, dayanıqlılıq strategiyalarına və xarici maraqlı tərəflərlə əlaqələrə rəhbərlik edəcək.

Teymur Tağıyev NEQSOL Holding-in Baş Direktor ofisinə rəhbərlik edəcək. O, transformasiya və rəqəmsallaşma təşəbbüslərini koordinasiya etməklə yanaşı, korporativ dözümlülüyün idarə edilməsinə nəzarət edəcək. Cənab Tağıyev, həmçinin holdinqdə Layihələrin İdarəedilməsi funksiyasına rəhbərlik etməyə davam edəcək.

“Bu təyinatlar bizim strateji mükəmməlliyə və innovasiyaya sadiqliyimizi əks etdirir. Vüqar Səmədlinin təsdiqlənmiş liderliyi və təcrübəsi, Kadri Özenin qlobal kommunikasiya və dayanıqlılıq sahəsində geniş təcrübəsi, Teymur Tağıyevin əməliyyat səmərəliliyi, transformasiya və dayanıqlığın idarə olunmasında çoxşaxəli təcrübəsi bizim davamlı və dayanıqlı inkişafımız üçün təməlimizi gücləndirəcək”, - NEQSOL Holding-in Baş direktoru Yusif Cabbarov bildirib.

NEQSOL Holding-in rəhbər təyinatları haqqında əlavə məlumat:

NEQSOL Holding-in Enerji Biznesinin rəhbəri Vüqar Səmədli enerji sektorunda 20 illik liderlik təcrübəsinə malikdir. Cənab Səmədli peşəkar karyerasına 2003-cü ildə “BP”də başlayıb. O, 2013-cü ildə Nobel Energy-yə qoşulub və 2017-ci ildə şirkətin Baş icraçı direktoru təyin olunub.

Cənab Səmədli yeni vəzifəsində holdinq və onun enerji qrupları, Nobel Energy və Nobel Upstream, eləcə də yeni enerji investisiyaları arasında koordinasiyanı gücləndirəcək. Cənab Səmədli Nobel Energy şirkətinin Baş icraçı direktoru vəzifəsində də fəaliyyətinə davam edəcək.

Cənab Səmədli mexanika mühəndisliyi ixtisası üzrə Orta Doğu Teknik Universitetində (ODTÜ) bakalavr, ABŞ-nin Florida Universitetində magistr təhsili alıb və həmçinin Böyük Britaniyada MBA proqramını bitirib. Cənab Səmədli 2019-cu ildə ölkənin neft və qaz sənayesinə verdiyi töhfələrə görə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

Kommunikasiyalar və Dayanıqlılıq üzrə Baş Direktor Kadri Özen ictimaiyyətlə əlaqələr, kommunikasiyalar və dayanıqlılıq strategiyaları sahələrində geniş beynəlxalq liderlik təcrübəsinə malikdir. O, NEQSOL Holding-ə qoşulmazdan əvvəl Niderlandda, qlobal miqyasda ən böyük çay biznesi olan və bu yaxınlarda “Unilever” tərəfindən “CVC Capital Partners”ə satılan “LIPTON Tea and Infusions” şirkətinin Kommunikasiyalar üzrə Baş direktoru vəzifəsində çalışıb.

K.Özen Türkiyə, ABŞ, Böyük Britaniya, Almaniya, BƏƏ və Niderlandda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), “Coca-Cola”, “Merck Pharmaceuticals” və “Unilever” şirkətlərində yüksək rəhbər vəzifələrdə çalışıb. Cənab Özen karyerasının ilk illərində TRT, CNN World Report, BBC World Service və SHOW TV-də beynəlxalq xəbər müxbiri və aparıcı kimi çalışıb.

Kadri Özen tibb üzrə təhsil alıb, eyni zamanda ABŞ-nin Emory Universitetində MBA dərəcəsini bitirib.

NEQSOL Holding-in Aparat rəhbəri Teymur Tağıyev strategiyanın hazırlanması və həyata keçirilməsi, biznesin inkişafı, layihələrin və risklərin idarə edilməsi, komplayens və korporativ məsələlər üzrə 20 ildən çox təcrübəyə malikdir. Cənab Tağıyev Baş direktorun ofisinə rəhbərlik etməklə, transformasiya və rəqəmsallaşma təşəbbüslərini koordinasiya edəcək, korporativ dözümlülüyün idarə edilməsinə nəzarəti həyata keçirəcək.

Teymur Tağıyev Layihələrin İdarəedilməsi ofisinə rəhbərlik etməyə də davam edəcək. Cənab Tağıyev NEQSOL Holding-də 2018-ci ildən çalışır, buna qədər isə bir sıra böyük korporasiyalarda strategiya və layihələrin idarəedilməsi departamentlərinə rəhbərlik edib. O, beynəlxalq hüquq dərəcəsini Bakı Dövlət Universitetində, MBA dərəcəsini isə London City Universitetinin Cass Biznes Məktəbində alıb.

NEQSOL Holding enerji, telekommunikasiya, yüksək texnologiya və tikinti sənayeləri üzrə əməliyyatlarda 12 000-dən çox əməkdaşı olan və 10-dan çox ölkədə fəaliyyət göstərən çoxşaxəli beynəlxalq şirkətlər qrupudur. Holdinqin Niderlandda Amsterdam, Azərbaycanda Bakı, Ukraynada Kiyev şəhərlərində 3 ofisi fəaliyyət göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NEQSOL Holding Teymur Tağıyevi Baş Əməliyyat Direktoru təyin edib

05-05-2026

Tanınmış top-menecer NEQSOL Holding-in telekommunikasiya sahəsinə rəhbərlik edəcək

20-09-2021

NEQSOL Holding-də yeni təyinatlar-Korporativ idarəetmə gücləndirilir

22-12-2022

NEQSOL Holding Azərbaycanda ən iri vergi ödəyiciləri sırasına daxil olub

06-03-2025

NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

14-04-2026

"Bakcell"in rəhbərliyində yeni təyinatlar olub - FOTO

22-02-2023

“Bakcell”in Direktorlar Şurasında dəyişiklik edilib

21-02-2022

AzerTelecom şirkətinin rəhbərliyində yeni təyinat olub

07-12-2023

Bakcell şirkətinin Direktorlar Şurasına yeni təyinat

11-04-2023

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə NEQSOL Holding arasında Anlaşma imzalanıb

29-11-2023

NEQSOL Holding komplayensin yüksək səviyyədə olmasını təsdiq edərək ISO sertifikatını alıb

25-05-2021

“Neqsol Holdinq”in Ukrayna ofisinə yeni menecer təyin olunub

14-05-2021

NEQSOL Holding Atlantik Şurasının tədbirində iştirak edib

03-04-2025

NEQSOL Holding, Ukrayna sement istehsalçısının paylarını almaq niyyətini şərh edib

19-10-2021

“NEQSOL Holding” Həmrəylik Günü münasibətilə “YAŞAT” Fonduna ianə edib

30-12-2021

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

06-06-2025

NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edib

30-04-2026

NEQSOL Holding Türkiyəyə humanitar yardım göstərməyə davam edir

15-03-2023

"NEQSOL Holding" “YAŞAT” Fondu ilə şəhid və qazi ailələrinə dəstəyini davam etdirir

21-04-2023

"NEQSOL Holding" “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb

18-03-2023

NEQSOL Holding-in dəstəyi ilə AmCham konfrans təşkil edib

07-03-2023

NEQSOL Holding Qarabağa 200 mln manatadək sərmayə yatıracaq

06-02-2024

NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır

28-03-2024

"NEQSOL Holding" L.E.A.P. adlı istedadların idarə edilməsi qlobal proqramına start verib

12-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə