Previous Next
Bağla

NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edib

30-04-2026 10:43
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edib

“NEQSOL Holding” Yusif Cabbarovun CEO vəzifəsindən İdarəetmə Şurasının sədri vəzifəsinə keçdiyini və Kirill Rubinskinin yeni baş icraçı direktor (CEO) təyin olunduğunu elan edib.

Xeberler.az məlumat verir ki, Rubinski biznes və maliyyə dairələrində geniş əlaqələr şəbəkəsinə malik, investisiya bankçılığı və özəl kapital sahəsində təcrübəli və beynəlxalq səviyyəli rəhbərdir.

Onun 30 ildən çox peşəkar təcrübəsi var. O, “Marsh & McLennan” və “Crédit Lyonnais” kimi qurumlarda rəhbər vəzifələrdə, eləcə də “East One Group”da baş icraçı direktor və prezident vəzifələrində çalışıb. O, həmçinin özəl investisiyalar və vençur kapitalı sahəsində idarəedici tərəfdaş kimi fəaliyyət göstərib, Avropa və ABŞ-də infrastruktur, enerji, texnologiya, media və sənaye sahələrində investisiyalar üzrə məsləhətlər verib və investisiya layihələrinə rəhbərlik edib.

Kirill Rubinski 2025-ci ildə “NEQSOL Holding”ə səhmdarın baş müşaviri və holdinqin Məsləhət Şurasının üzvü kimi qoşulub.

Yeni CEO-nun mandatı dörd əsas prioritet üzərində qurulub - holdinqin biznes vahidləri arasında daha sıx inteqrasiya, rəqəmsal transformasiyanın sürətləndirilməsi, korporativ idarəetmə çərçivələrinin gücləndirilməsi və beynəlxalq bazarlarda yeni imkanların reallaşdırılması.

“Qrup güclü və dayanıqlı platforma formalaşdırıb. Bu platforma peşəkar komandalar və aydın uzunmüddətli baxış üzərində qurulub. Prioritetimiz bu təməl üzərində inkişafı davam etdirmək, bizneslərimiz arasında daha güclü əlaqələndirmə yaratmaq və “NEQSOL Holding”i qlobal, institusional idarəetmə modelinə malik təşkilat kimi mövqeləndirməkdir,” – Kirill Rubinski bildirib.

Yusif Cabbarovun rəhbərliyi altında şirkətlər qrupu Avropa, Asiya və Amerikanı əhatə edən 11 ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar, tikinti və mədən sənayesi sahələrində çoxşaxəli fəaliyyəti olan “NEQSOL Holding”ə çevrilmişdir. Yusif Cabbarov bildirib ki, Kirill Rubinskinin təşkilatı növbəti inkişaf mərhələsinə çıxarmaq bacarığına əmindir.

“Kirill “NEQSOL Holding”i yeni inkişaf mərhələsindən uğurla keçirmək üçün sahibkarlıq baxışına, icraedici liderlik keyfiyyətlərinə və zəruri geniş əlaqələr şəbəkəsinə malik güclü və bacarıqlı liderdir,” - “NEQSOL Holding”in İdarəetmə Şurasının sədri Yusif Cabbarov qeyd edib.

Bu təyinat iri özəl qruplarda geniş yayılmış bir yanaşmanı əks etdirir, belə ki əməliyyatlar daha mürəkkəb və coğrafi baxımdan daha geniş yayıldıqca strateji nəzarətin icraedici idarəetmədən ayrılması baş verir.

 

 

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NEQSOL Holding-də yeni təyinatlar-Korporativ idarəetmə gücləndirilir

22-12-2022

NEQSOL Holding Teymur Tağıyevi Baş Əməliyyat Direktoru təyin edib

05-05-2026

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə NEQSOL Holding arasında Anlaşma imzalanıb

29-11-2023

NEQSOL Holding Azərbaycanda ən iri vergi ödəyiciləri sırasına daxil olub

06-03-2025

Tanınmış top-menecer NEQSOL Holding-in telekommunikasiya sahəsinə rəhbərlik edəcək

20-09-2021

NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

14-04-2026

NEQSOL Holding Atlantik Şurasının tədbirində iştirak edib

03-04-2025

“Bakcell”in Direktorlar Şurasında dəyişiklik edilib

21-02-2022

AzerTelecom şirkətinin rəhbərliyində yeni təyinat olub

07-12-2023

“NEQSOL Holding” Həmrəylik Günü münasibətilə “YAŞAT” Fonduna ianə edib

30-12-2021

NEQSOL Holding, Ukrayna sement istehsalçısının paylarını almaq niyyətini şərh edib

19-10-2021

NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edib - FOTO

14-09-2023

NEQSOL Holding komplayensin yüksək səviyyədə olmasını təsdiq edərək ISO sertifikatını alıb

25-05-2021

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04-06-2025

"NEQSOL Holding", "LinkedIn Learning" və "NEQSOL Academy" arasında əməkdaşlığı elan edir

06-10-2021

NEQSOL Holding Brandon Hall Group Silver Award Mükafatına layiq görülüb

27-08-2021

"NEQSOL Holding" L.E.A.P. adlı istedadların idarə edilməsi qlobal proqramına start verib

12-07-2023

NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır

28-03-2024

"Bakcell"in rəhbərliyində yeni təyinatlar olub - FOTO

22-02-2023

NEQSOL Holding qlobal təlim təchizatçısı O'Reilly ilə tərəfdaşlığa başlayır

25-05-2023

NEQSOL Holdinq Vodafone Ukraynanın alışını elan edir

05-12-2019

NEQSOL Holding, NEQSOL Academy və Liderlik İnkişaf Proqramlarına görə beynəlxalq mükafatlara layiq görülüb

10-08-2022

Bakcell şirkətinin Direktorlar Şurasına yeni təyinat

11-04-2023

Yusif Cabbarov: Kardesa layihəsi regionda innovativ və iqtisadi inkişafa töhfə verəcək

22-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə