Previous Next
Bağla

"NEQSOL Holding" L.E.A.P. adlı istedadların idarə edilməsi qlobal proqramına start verib

12-07-2023 13:22
"NEQSOL Holding" L.E.A.P. adlı istedadların idarə edilməsi qlobal proqramına start verib

"NEQSOL Holding" Leadership Excellence and Acceleration Program (L.E.A.P.) adlanan istedadların idarə edilməsi eksklüziv qlobal proqramına start verib. L.E.A.P. holdinqin gələcək inkişafını təmin edəcək yüksək ixtisaslı istedad fondu yaratmağı hədəfləyir.

L.E.A.P. fərdi və qrup ehtiyaclarını nəzərə alaraq dünyanın aparıcı universitetləri, biznes məktəbləri və peşəkar xidmət şirkətləri ilə əməkdaşlıq çərçivəsində hazırlanmış unikal inkişaf proqramıdır. Proqramın strateji təhsil tərəfdaşı – liderlik, idarəetmə təlimi və tədqiqat sahəsində təcrübəsi ilə tanınan nüfuzlu SDA Bocconi Menecment Məktəbidir.

SDA Bocconi Menecment Məktəbi ilə yanaşı, L.E.A.P. çərçivəsində aparıcı kouçinq texnologiyası təminatçısı olan SparkUs şirkəti, eləcə də idarəetmə və biznes təcrübələri sahəsində fəaliyyət göstərən MIT Sloan Management Review nüfuzlu akademik jurnalı və veb-saytı ilə əməkdaşlıq qurulub.

L.E.A.P. çərçivəsində 60 iştirakçı Bakı və Milan şəhərlərində kompleks inkişaf proqramlarına qatılaraq fərdi kouçinq və mentorluq, potensialın sürətli inkişafı, rotasiya və liderlik inkişafı təlimlərində iştirak edəcək.

SDA Bocconi Menecment Məktəbinin tərtib etdiyi bir illik İstedadların Sürətli İnkişaf Proqramı iştirakçılara bacarıqlarını, biliklərini və liderlik potensiallarını inkişaf etdirmək üçün geniş imkanlar verəcək.

İnkişaf proqramlarının başlanmasını qeyd etmək üçün "NEQSOL Holding", şirkətlər qrupunun müxtəlif bölmələrindən seçilmiş iştirakçıları bir araya gətirən açılış tədbiri təşkil edib. Tədbir, əməkdaşların L.E.A.P. strukturu və məqsədləri haqqında məlumat əldə etmək, əlaqələri gücləndirmək və iştirakçılar arasında əməkdaşlığı təşviq etmək üçün imkan yaradıb.

"NEQSOL Holding" 9 ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır

28-03-2024

NEQSOL Holding Brandon Hall Group Silver Award Mükafatına layiq görülüb

27-08-2021

NEQSOL Holding mükafata layiq görülüb

06-09-2022

"NEQSOL Holding" əməkdaşların kibertəhlükəsizlik biliklərini artırmaq üçün "Infosec IQ" ilə tərəfdaşlıq edir

03-10-2023

NEQSOL Holding qlobal təlim təchizatçısı O'Reilly ilə tərəfdaşlığa başlayır

25-05-2023

NEQSOL Holding, NEQSOL Academy və Liderlik İnkişaf Proqramlarına görə beynəlxalq mükafatlara layiq görülüb

10-08-2022

NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

14-04-2026

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə NEQSOL Holding arasında Anlaşma imzalanıb

29-11-2023

AzerTelecom şirkətinin rəhbərliyində yeni təyinat olub

07-12-2023

NEQSOL Holding-də yeni təyinatlar-Korporativ idarəetmə gücləndirilir

22-12-2022

NEQSOL Holding 2026 BEST Award mükafatına layiq görülüb

12-03-2026

NEQSOL Holding-in dəstəyi ilə AmCham konfrans təşkil edib

07-03-2023

Tanınmış top-menecer NEQSOL Holding-in telekommunikasiya sahəsinə rəhbərlik edəcək

20-09-2021

NEQSOL Holding Novruz Bayramı münasibətilə “YAŞAT” Fonduna 500 000 manat vəsait köçürüb

19-03-2022

NEQSOL Holding, Ukrayna sement istehsalçısının paylarını almaq niyyətini şərh edib

19-10-2021

NEQSOL Holding Atlantik Şurasının tədbirində iştirak edib

03-04-2025

NEQSOL Holding Azərbaycanda ən iri vergi ödəyiciləri sırasına daxil olub

06-03-2025

"NEQSOL Holding", "LinkedIn Learning" və "NEQSOL Academy" arasında əməkdaşlığı elan edir

06-10-2021

"NEQSOL Holding" və Təhsilin İnkişafı Fondu tələbə qızlar üçün təqaüd proqramı elan edir

06-10-2023

NEQSOL Holding Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Parla” təqaüd proqramı həyata keçirir

01-03-2024

NEQSOL Holding Teymur Tağıyevi Baş Əməliyyat Direktoru təyin edib

05-05-2026

NEQSOL Holding komplayensin yüksək səviyyədə olmasını təsdiq edərək ISO sertifikatını alıb

25-05-2021

“NEQSOL Holding” Həmrəylik Günü münasibətilə “YAŞAT” Fonduna ianə edib

30-12-2021

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

06-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə