Previous Next
Bağla

NEQSOL Holdinq Vodafone Ukraynanın alışını elan edir

05-12-2019 15:31
NEQSOL Holdinq Vodafone Ukraynanın alışını elan edir

Xeberler.az bildirir ki, NEQSOL Holdinq Vodafone Ukrayna şirkətinin alışının yekunlaşmasını elan edir. Şirkətin alışının maliyyələşdirilməsi J.P. Morgan Securities Plc və Raiffeisen Bank International A.G.-nin rəhbərliyi ilə beynəlxalq fond və maliyyə qurumları qrupu tərəfindən təmin edilib.

Daha əvvəl NEQSOL Holdinq şirkətlər qrupu MTS ilə onun Ukraynada telekommunikasiya biznesinin 734 mln ABŞ dolları, o cümlədən 84 mln ABŞ dolları nəticə üzrə ödəmə müqabilində alınması barədə müqavilə imzalamışdır.

J.P. Morgan Securities Plc şirkəti NEQSOL Holdinq şirkəti üçün maliyyə məsləhətçisi qismində çıxış edib. J.P. Morgan Securities Plc və Raiffeisen Bank International A.G. müvafiq maliyyə vəsaitini təşkil edib. Maliyyələşmə prosesi beynəlxalq banklardan və institusional investorlardan ibarət qrupun iştirakı ilə təmin edilib.

NEQSOL Holding-in investisiya komandası DLA Piper, PwC, Deloitte və Detecon şirkətlərinin iştirakı ilə ümumi M&A prosesinə rəhbərlik edib.

“Biz Ukraynanın ən uğurlu şirkətlərindən birini əldə etməklə beynəlxalq genişlənmə strategiyamızı həyata keçiririk. Bu razılaşmanın ərsəyə gəlməsində əməyi olan bütün tərəflərə təşəkkür edirəm.

Strateji investor olaraq bizim uzunmüddətli hədəflərimiz var və şirkətin gələcək inkişafı üçün öz töhfəmizi verəcəyik - NEQSOL Holding şirkətlər qrupunun təsisçisi və sahibi Nəsib Həsənov bildirib.

“NEQSOL Holding müxtəlif ölkələrdə və sahələrdə beynəlxalq təcrübəyə və uğurlara malikdir, ən yüksək beynəlxalq maliyyə və komplayens standartlarına uyğun fəaliyyət göstərir. Bunun sayəsində biz nüfuzlu beynəlxalq maliyyə qurumlarından böyük maliyyə vəsaiti cəlb edə bildik. Ukraynanın ikinci böyük telekommunikasiya şirkəti Vodafone Ukraynanın alışını uğurla tamamladıq. Bu, bizim beynəlxalq genişlənmə və yeni bazarlara çıxış strategiyamızda növbəti mühüm mərhələdir. J.P. Morgan, Raiffeisen Bank International, DLA Piper, Linklaters, Deloitte, PwC və Detecon kimi maliyyə vəsaitinin təşkilatçıları və məsləhətçiləri ilə sıx əməkdaşlıq sayəsində layihə rekord qısa müddətdə həyata keçirilib. Strategiyamıza əsaslanaraq, telekommunikasiya sahəsində qabaqcıl texnologiyalara və innovasiyalara davamlı investisiya yatırırıq" - NEQSOL Holding-in Baş İcraçı Direktoru Yusif Cabbarov deyib.

"Biz regional telekom sektoruna əhəmiyyətli xarici sərmayə gətirən, Ukraynada möhtəşəm satınalmada iştirak etməkdən məmnunuq" - J.P. Morgan Securities plc də CEEMEA Kredit Maliyyələşməsi üzrə rəhbəri Puja Turner bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NEQSOL Holding-ə daxil şirkət ilk dəfə ən aşağı faizlə 500 milyon ABŞ dolları məbləğində istiqrazlar yerləşdirib

07-02-2020

NEQSOL Holding, Ukrayna sement istehsalçısının paylarını almaq niyyətini şərh edib

19-10-2021

NEQSOL Holding-də yeni təyinatlar-Korporativ idarəetmə gücləndirilir

22-12-2022

“Neqsol Holdinq”in Ukrayna ofisinə yeni menecer təyin olunub

14-05-2021

“NEQSOL Holding” Həmrəylik Günü münasibətilə “YAŞAT” Fonduna ianə edib

30-12-2021

Tanınmış top-menecer NEQSOL Holding-in telekommunikasiya sahəsinə rəhbərlik edəcək

20-09-2021

NEQSOL Holding Atlantik Şurasının tədbirində iştirak edib

03-04-2025

NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

14-04-2026

NEQSOL Holding Azərbaycanda ən iri vergi ödəyiciləri sırasına daxil olub

06-03-2025

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04-06-2025

“NEQSOL Holding” Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon ayırıb

02-10-2020

Vodafone Ukrayna avrobondlar üzrə 12,4 milyon dollar növbəti ödəniş edib

01-03-2023

NEQSOL Holding komplayensin yüksək səviyyədə olmasını təsdiq edərək ISO sertifikatını alıb

25-05-2021

AzerTelecom şirkətinin rəhbərliyində yeni təyinat olub

07-12-2023

NEQSOL Holding qlobal təlim təchizatçısı O'Reilly ilə tərəfdaşlığa başlayır

25-05-2023

“Bakcell”in Direktorlar Şurasında dəyişiklik edilib

21-02-2022

"Vodafone Ukrayna" şirkəti 2022-ci ildə yüksək nəticələr göstərib

11-05-2023

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə NEQSOL Holding arasında Anlaşma imzalanıb

29-11-2023

"NEQSOL Holding", "LinkedIn Learning" və "NEQSOL Academy" arasında əməkdaşlığı elan edir

06-10-2021

Yusif Cabbarov: Kardesa layihəsi regionda innovativ və iqtisadi inkişafa töhfə verəcək

22-10-2025

NEQSOL Holding-in dəstəyi ilə AmCham konfrans təşkil edib

07-03-2023

NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edib

30-04-2026

NEQSOL Holding Novruz Bayramı münasibətilə “YAŞAT” Fonduna 500 000 manat vəsait köçürüb

19-03-2022

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

06-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə