Previous Next
Bağla

"NEQSOL Holding", "LinkedIn Learning" və "NEQSOL Academy" arasında əməkdaşlığı elan edir

06-10-2021 16:46
"NEQSOL Holding", "LinkedIn Learning" və "NEQSOL Academy" arasında əməkdaşlığı elan edir

"NEQSOL Holding" öz rəqəmsal təlim və ünsiyyət platforması - "NEQSOL Academy" və dünyaca məşhur onlayn təlim kurslarının təminatçısı olan "LinkedIn Learning" arasında əməkdaşlığı elan edir.

Xeberler.az-ın məlumatına görə, əməkdaşlıq çərçivəsində "NEQSOL Holding" və tərkibindəki şirkətlərin işçiləri "NEQSOL Academy" platformasına tam inteqrasiya olunmuş, ekspertlərin video təlim kursları vasitəsilə biznes, texnologiya və kreativ sahələrdə peşəkarlıqlarını inkişaf etdirəcək. Əməkdaşlar, PMI, ISACA, ORACLE, SHRM, Six Sigma və digər qurumlar tərəfindən akkreditə olunmuş, sertifikatlaşdırma imtahanlarına peşəkar hazırlıq təlim kurslarının dəstəyi sayəsində müvafiq kvalifikasiyaları qazanmaq imkanını əldə edəcək.

Platformanın geniş və zəngin kitabxanası müxtəlif sahələrdə tanınmış ekspertlərin yaratdığı 16 000-dən çox "LinkedIn Learning" təlim kurslarını əhatə edir. Əməkdaşlıq "NEQSOL Holding"in öz işçiləri üçün karyera inkişafı imkanlarının gücləndirilməsinə xidmət edir və MDB məkanında "LinkedIn Learning"in əhəmiyyətli genişlənməsini əks etdirir.

"Harvard Business School", "MIT Sloan School" və digər təhsil müəssisələrinin yüksək səviyyəli təlim kurslarını təqdim edən "NEQSOL Academy" öz genişhəcmli bazasını "LinkedIn Learning" kursları sayəsində daha da zənginləşdirəcək. Əməkdaşlıq holdinqin davamçıların hazırlanması və karyera idarəetmə kateqoriyası üzrə bu yaxınlarda qazandığı nailiyyətlərin gücləndirilməsinə xidmət edir. "NEQSOL Holding" öz “Davamçıların Hazırlanması Proqramı”na görə həmin kateqoriya üzrə "Brandon Hall Group" və "Gold Stevie® Award" nüfuzlu beynəlxalq mükafatlarına layiq görülüb.

"NEQSOL Holding"in Baş İcraçı Direktoru Yusif Cabbarov bildirib:

“NEQSOL Holding" olaraq inanırıq ki, hər hansı şirkətin edə biləcəyi ən əhəmiyyətli sərmayə məhz işçilərə edilən sərmayədir. Davamlı öyrənmə və inkişaf imkanlarını təmin etmək üçün biz yeni yollar axtarırıq və "LinkedIn Learning"in MDB məkanında iştirakının genişlənməsində mühüm rol oynadığımız üçün məmnunuq”.

"NEQSOL Holding"in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç bildirib:

“Dəyərli işçilərimiz üçün daha çox peşəkar və karyera inkişafı imkanlarını genişləndirməkdən qürur duyuruq. Dünya rəqəmsal texnologiyalarla heç vaxt indiki kimi əlaqəli olmayıb və "LinkedIn Learning" ilə əməkdaşlığın qurulması rəqəmsal dövrdə işçilərimizin peşəkar ehtiyaclarını daha yaxşı qarşılamağa imkan verəcək”.

"LinkedIn"də Təlim və Bağlılıq Həlləri üzrə Vençur Bazarlarının Rəhbəri Tom Nyuman bildirib:

“NEQSOL Holding" ilə əməkdaşlığa başlamaqdan, MDB məkanında ən böyük "LinkedIn Learning" layihələrimizdən birinə və Azərbaycanda ilk layihəmizə töhfə verməkdən çox məmnunuq. İşçilərin inkişafına əlavə səylər göstərən şirkətlər, daha yüksək işçi bağlılığı, daha aşağı işçi axını və daha güclü işəgötürən brendi kimi nəticələrdən faydalanacaq. "NEQSOL Holding" bunu ən yaxşı şəkildə həyata keçirir və "NEQSOL Academy" və "LinkedIn Learning" arasında əməkdaşlıq ilə nümunə göstərəcək”.

"NEQSOL Holding"in fəaliyyətinin əsas istiqamətləri Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NEQSOL Academy gələcək inkişaf üçün oyunlaşdırma texnikasını təqdim edib

08-08-2022

NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır

28-03-2024

NEQSOL Holding, NEQSOL Academy və Liderlik İnkişaf Proqramlarına görə beynəlxalq mükafatlara layiq görülüb

10-08-2022

NEQSOL Holding qlobal təlim təchizatçısı O'Reilly ilə tərəfdaşlığa başlayır

25-05-2023

NEQSOL Holding mükafata layiq görülüb

06-09-2022

NEQSOL Holding Azərbaycanda ən iri vergi ödəyiciləri sırasına daxil olub

06-03-2025

NEQSOL Holding Brandon Hall Group Silver Award Mükafatına layiq görülüb

27-08-2021

NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

14-04-2026

NEQSOL Holding komplayensin yüksək səviyyədə olmasını təsdiq edərək ISO sertifikatını alıb

25-05-2021

Tanınmış top-menecer NEQSOL Holding-in telekommunikasiya sahəsinə rəhbərlik edəcək

20-09-2021

“NEQSOL Holding” Həmrəylik Günü münasibətilə “YAŞAT” Fonduna ianə edib

30-12-2021

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə NEQSOL Holding arasında Anlaşma imzalanıb

29-11-2023

"NEQSOL Holding" əməkdaşların kibertəhlükəsizlik biliklərini artırmaq üçün "Infosec IQ" ilə tərəfdaşlıq edir

03-10-2023

NEQSOL Holding Türkiyəyə humanitar yardım göstərməyə davam edir

15-03-2023

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

06-06-2025

NEQSOL Holding Novruz Bayramı münasibətilə “YAŞAT” Fonduna 500 000 manat vəsait köçürüb

19-03-2022

NEQSOL Holding-də yeni təyinatlar-Korporativ idarəetmə gücləndirilir

22-12-2022

NEQSOL Holding, Təhsilin İnkişafı Fondu ilə, "Parla" iştirakçıları üçün xüsusi tədbir keçirib

10-03-2025

NEQSOL Holding, Ukrayna sement istehsalçısının paylarını almaq niyyətini şərh edib

19-10-2021

"NEQSOL Holding" “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb

18-03-2023

“NEQSOL Holding” Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon ayırıb

02-10-2020

NEQSOL Holding Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Parla” təqaüd proqramı həyata keçirir

01-03-2024

AzerTelecom şirkətinin rəhbərliyində yeni təyinat olub

07-12-2023

“Neqsol Holdinq”in Ukrayna ofisinə yeni menecer təyin olunub

14-05-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə