Previous Next
Bağla

NEQSOL Holding-ə daxil şirkət ilk dəfə ən aşağı faizlə 500 milyon ABŞ dolları məbləğində istiqrazlar yerləşdirib

07-02-2020 18:33
NEQSOL Holding-ə daxil şirkət ilk dəfə ən aşağı faizlə 500 milyon ABŞ dolları  məbləğində istiqrazlar yerləşdirib

NEQSOL Holding-ə daxil olan Ukraynada ikinci böyük mobil rabitə operatoru “Vodafone Ukrayna” beynəlxalq kapital bazarlarında 6,2% dərəcəsi ilə 500 milyon ABŞ dolları məbləğində 5 illik müddətə avroistiqrazlarının yerləşdirməsini uğurla həyata keçirib.

Xeberler.az bildirir ki, yerləşdirmə 500 milyon ABŞ dolları məbləğində nəzərdə tutulsa da, beynəlxalq kapital bazarı iştirakçıları tərəfindən yüksək etimadın göstəricisi olaraq 3 milyard ABŞ dollarına yaxın məbləğdə istiqrazlara tələb olub. “Vodafone Ukrayna” şirkətinin korporativ reytinqlərinə uyğun olaraq istiqrazlara “S&P” tərəfindən “B” və “Fitch” tərəfindən “B” reytinqlərinin veriləcəyi gözlənilir.

İstiqrazların 6.2% illik dərəcəsi Ukraynadan olan korporativ emitentlər arasında ABŞ dollarında ən aşağı faiz dərəcəsini əks etdirir. Emissiya məbləği Ukraynadan olan korporativ emitentlər arasında ən iri debüt yerləşdirmə məbləğinə bərabərdir.

İstiqrazların yerləşdirilməsi NEQSOL Holding-in və Vodafone Ukrayna şirkətinin inkişaf strategiyasına uyğundur.

Yerləşdirilmə zamanı Ukraynadan olan korporativ emitentlər arasında ən aşağı qiymətə nail olmuşuq. Mən bütün komanda üzvlərini və tərəfdaşları bu mühüm nailiyyətlə təbrik edirəm,” deyərək NEQSOL Holding-in Baş Direktoru Yusif Cabbarov bildirib.

“Ən aşağı qiymətlə böyük məbləğdə istiqrazların yerləşdirilməsini NEQSOL Holding-in yüksək beynəlxalq maliyyə, komplayens və şəffaflıq standartlarına uyğun fəaliyyətinin göstəricisi hesab edirik. Bunu fəaliyyətimizə artan inamın və marağın pozitiv göstəricisi kimi qəbul edirik. Düşünürəm ki, bu Azərbaycan və Ukrayna şirkətlərinin beynəlxalq kapital bazarlarında nüfuzunun artması baxımından böyük uğurdur,” deyərək Yusif Cabbarov əlavə edib.

“İstiqrazların yerləşdirilməsi münasib şərtlərlə 5-illik müddətə planlanıb. İstiqrazların qiymətini və məbləğini bizim güclü mövqeyimizi təsdiqləyən göstərici hesab edirik. Bu yalnız Vodafone Ukrayna şirkəti üçün deyil, bütün Ukrayna bazarı üçün mühüm nailiyyətdir,” Vodafone Ukrayna şirkətinin Baş Direktoru Olqa Ustinova bildirib.

“Vodafone Ukrayna” şirkətinin maliyyələşdirilməsi məqsədi ilə qiymətli kağızların emitenti qismində VFU Funding PLC çıxış edib. Avroistiqrazlar İrlandiya Fond Birjasında Euronext Dublin kotirovka siyahısına daxil ediləcək. Vodafone Ukrayna şirkəti əldə edilən vəsaiti daha əvvəlki kreditin ödənişi, qalan hissəsini isə digər ümumi korporativ məqsədlərə istifadə edəcək.

J.P. Morgan, yeganə qlobal koordinator və yerləşdirmənin birgə təşkilatçısı, Raiffeisen Bank İnternational yerləşdirmənin birgə lead-meneceri və birgə təşkilatçısı, və Dragon Capital və ICBC Standard Bank yerləşdirmənin birgə lead-menecerləri qismində çıxış ediblər. NEQSOL Holdinq müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərir. Holdinqin əsas fəaliyyət istiqamətlərinə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi aiddir. Holdinqə daxil şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Qazaxıstan, BƏƏ və digər ölkələri əhatə edir. NEQSOL Holding fəaliyyətində beynəlxalq maliyyə və komplayens standartlarını əsas tutur və beynəlxalq səviyyədə əldə etdiyi müxtəlif uğurlar bunu əks etdirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Vodafone Ukrayna avrobondlar üzrə 12,4 milyon dollar növbəti ödəniş edib

Vodafone Ukrayna avrobondlar üzrə 12,4 milyon dollar növbəti ödəniş edib

01-03-2023
NEQSOL Holdinq Vodafone Ukraynanın alışını elan edir

NEQSOL Holdinq Vodafone Ukraynanın alışını elan edir

05-12-2019
“Neqsol Holdinq”in Ukrayna ofisinə yeni menecer təyin olunub

“Neqsol Holdinq”in Ukrayna ofisinə yeni menecer təyin olunub

14-05-2021
"Vodafone Ukrayna" şirkəti 2022-ci ildə yüksək nəticələr göstərib

"Vodafone Ukrayna" şirkəti 2022-ci ildə yüksək nəticələr göstərib

11-05-2023
NEQSOL Holding-də yeni təyinatlar-Korporativ idarəetmə gücləndirilir

NEQSOL Holding-də yeni təyinatlar-Korporativ idarəetmə gücləndirilir

22-12-2022
NEQSOL Holding, Ukrayna sement istehsalçısının paylarını almaq niyyətini şərh edib

NEQSOL Holding, Ukrayna sement istehsalçısının paylarını almaq niyyətini şərh edib

19-10-2021
NEQSOL Holding komplayensin yüksək səviyyədə olmasını təsdiq edərək ISO sertifikatını alıb

NEQSOL Holding komplayensin yüksək səviyyədə olmasını təsdiq edərək ISO sertifikatını alıb

25-05-2021
Tanınmış top-menecer NEQSOL Holding-in telekommunikasiya sahəsinə rəhbərlik edəcək

Tanınmış top-menecer NEQSOL Holding-in telekommunikasiya sahəsinə rəhbərlik edəcək

20-09-2021
NEQSOL Holding Azərbaycanda ən iri vergi ödəyiciləri sırasına daxil olub

NEQSOL Holding Azərbaycanda ən iri vergi ödəyiciləri sırasına daxil olub

06-03-2025
Zelenski Bakcell-dən danışdı

Zelenski Bakcell-dən danışdı

19-12-2019
Yusif Cabbarov: Kardesa layihəsi regionda innovativ və iqtisadi inkişafa töhfə verəcək

Yusif Cabbarov: Kardesa layihəsi regionda innovativ və iqtisadi inkişafa töhfə verəcək

22-10-2025
“Bakcell”in Direktorlar Şurasında dəyişiklik edilib

“Bakcell”in Direktorlar Şurasında dəyişiklik edilib

21-02-2022
“NEQSOL Holding” Həmrəylik Günü münasibətilə “YAŞAT” Fonduna ianə edib

“NEQSOL Holding” Həmrəylik Günü münasibətilə “YAŞAT” Fonduna ianə edib

30-12-2021
NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

14-04-2026
“NEQSOL Holding” Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon ayırıb

“NEQSOL Holding” Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon ayırıb

02-10-2020
NEQSOL Holding Türkiyəyə humanitar yardım göstərməyə davam edir

NEQSOL Holding Türkiyəyə humanitar yardım göstərməyə davam edir

15-03-2023
NEQSOL Holding, NEQSOL Academy və Liderlik İnkişaf Proqramlarına görə beynəlxalq mükafatlara layiq görülüb

NEQSOL Holding, NEQSOL Academy və Liderlik İnkişaf Proqramlarına görə beynəlxalq mükafatlara layiq görülüb

10-08-2022
"NEQSOL Holding", "LinkedIn Learning" və "NEQSOL Academy" arasında əməkdaşlığı elan edir

"NEQSOL Holding", "LinkedIn Learning" və "NEQSOL Academy" arasında əməkdaşlığı elan edir

06-10-2021
NEQSOL Holding Atlantik Şurasının tədbirində iştirak edib

NEQSOL Holding Atlantik Şurasının tədbirində iştirak edib

03-04-2025
NEQSOL Holding Novruz Bayramı münasibətilə “YAŞAT” Fonduna 500 000 manat vəsait köçürüb

NEQSOL Holding Novruz Bayramı münasibətilə “YAŞAT” Fonduna 500 000 manat vəsait köçürüb

19-03-2022
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə NEQSOL Holding arasında  Anlaşma  imzalanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə NEQSOL Holding arasında Anlaşma imzalanıb

29-11-2023
"NEQSOL Holding" “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb

"NEQSOL Holding" “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb

18-03-2023
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edib

NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edib

30-04-2026
NEQSOL Holding-dən Türkiyəyə 14 milyon TL məbləğində yardım

NEQSOL Holding-dən Türkiyəyə 14 milyon TL məbləğində yardım

10-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə