Nintendo DS, Sony PlayStation 2-dən daha məşhur imiş

13-03-2009 / 18:38

6 mart 2009-cu ildə Nintendo DS konsolunun dünya üzrə satış həcmi 100 mln. nüsxəyə çatıb. Söhbət Nintendo DS-in: DS, DS Lite və DSi modellərinin ümumi satış həcmindən gedir. Nintendo DS ilk dəfə 2004-cü ilin noyabr ayında satışa çıxarılıb.

 5 il ərzində kompaniya çalışıb ki oyun konsolu hər ailədə bir ədəd yox, hər ailə üzvündə bir ədəd olsun. Nintendo DSi isə 2008-ci ilin noyabrında Yaponiya bazarına satışa çıxarılıb. Apparat 3 mp kamera, SD kart üçün slot, 512 Mb daxili yaddaş, və genişləndirilmiş musiqi imkanları ilə təchiz edilib.

Konsolun qiyməti təxminən 180 dollardır. DS-in populyarlığı Sony PS2-ni keçib. Belə ki sonuncuya 100 mln. satış göstəricisinə çatmaq üçün 5 il 9 ay lazım olmuşdur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə