ABŞ-ın Time jurnalı öz saytında bütün dövrlərin 50 ən mühüm cihazının siyahısını dərc edib.
Sözügedən siyahı adı çəkilən nəşrin kollektivi çərçivəsində aparılmış uzunmüddətli müzakirədən sonra tərtib edilib.
Məlumata görə, siyahıda yer almış qurğular həmişə kommersiya uğuru əldə etməyib, amma ümumilikdə sənayenin inkişafına təsir göstərib.
Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, ilk üçlükdə Apple iPhone (sensor ekranlı smartfonlar erasının əsasını qoyub), 1960-cı illərin Sony Trinitron adlı rəngli televizorları və insan və kompüter arasında qarşılıqlı əlaqə standartının əsasını qoymuş Apple Macintosh fərdi kompüteri qərarlaşıb.
Sony Walkman kaset pleyeri (ilk yığcam, sadə və hamı üçün əlçatan musiqi pleyeri), IBM Model 5150 kompüteri, Victrola adlı fonoqraf (evdə musiqi dinləmək erasına qədəm qoyulub),
Regency TR-1 adlı ilk kütləvi cib tranzistor radioqəbuledicisi, ucuz Kodak Brownie fotokamerası (şəkil çəkmək hamı üçün əlçatan olub), Apple iPod audiopleyeri (CD pleyer dövrünün sonunu yaxınlaşdırıb) və Hitachi Magic Wand qurğusu siyahıda 4-10-cu yerləri bölüşdürürlər.
Canon Pocketronic kalkulyatoru, Philips N1500 VCR video oxuducusu (televiziya verilişlərini yazmağa imkan verib), Atari 2600 oyun konsolu (oyun sənayesinin inkişafına güclü təsir göstərib), US Robotics Sportster 56K modemi (dial-up modemlər milyonlarla ailə üçün interneti əlçatan edib), Nintendo Entertainment System oyun konsolu (NES oyun sənayesində yaşanmış böhrandan sonra oyun bazarını canlandırıb), Nintendo Game Boy cib konsolu (müasir mobil oyunlar bazarının əsasını qoyub), IBM Selectric elektrik çap maşını (kompüter erasının başlanğıcı), Motorola Bravo peyceri (digər mobil rabitə qurğularının inkişafına imkan yaradıb), JVC VideoMovie videokamerası (1980-ci illərin ortalarında məişət videokamerası nümunəsi) və Motorola Droid (Android platforması ilə işləyən ilk uğurlu smartfon) 10-20-ci yerləri tutublar.
Top-50-də, həmçinin IBM Thinkpad 700C noutbuku, TomTom adlı GPS naviqator, Phonemate 400 avtocavablayıcısı, BlackBerry 6210 smartfonu, Apple iPad planşeti, Commodore 64 ev kompüteri, Polaroid fotoaparatı, Amazon Kindle elektron kitabı, TiVo televizor konsolu, Toshiba DVD pleyeri, Sony PlayStation və Nintendo Wii oyun konsolları, kabel televiziyası üçün Jerrold Cable Box konsolu, Nokia 3210 mobil telefonu, HP DeskJet printeri, Palm Pilot cib kompüteri, Motorola Dynatac 8000x mobil telefonu, Apple iBook noutbuku, Oculus Rift virtual reallıq şlemi, Sony Discman D-50 yığcam CD pleyeri, Roku Netflix Player televizor konsolu, Fitbit rəqəmsal addımölçəni, Osborne 1 yığcam kompüteri, Nest termostatı, Raspberry Pi kompüteri, DJI Phantom pilotsuz təyyarəsi, Yamaha Clavinova rəqəmsal pianosu, Segway skuteri, Makerbot Replicator məişət 3D printeri və Google Glass qarnituru yer alıb.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri