Uzun müddət netbuk bazarına laqeyd yanaşan, ancaq sonradan yeniliyi ilə hamını təəccübləndirən Sony şirkəti bu dəfə yeni planşetlərlə yenidən hər kəsi heyran edib. Sony şirkəti Tokioda keçirilən tədbirdə S1 və S2 adlı ilk planşetlərini rəsmən təqdim edib. Yaponiya şirkətinin bu planşetləri hazırlaması ilə bağlı ilk məlumatlar isə fevralda yayılmışdı.
Gözlənildiyi kimi, cihazlardan biri formaca bükülmüş jurnalı xatırladır. İkinci planşet isə iki ekrandan ibarət kiçik noutbuk formasındadır. Cihazlar iki kameradan və Wi-Fi moduldan ibarətdir, hər ikisi PlayStation sertifikatı alıb, 3G və 4G şəbəkələri ilə uyğunlaşdırılıb.
Yeni planşetlərin qiyməti və satışa çıxarılacağı vaxt barədə hələlik məlumat verilmir. Ancaq onların bu il ərzində satışa çıxarılması vəd edilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri