Gamescom 2015-in ən yaxşı oyunları seçildi

10-08-2015 / 13:24

Bütün oyun sektorunun həyəcanla gözlədiyi oyun tədbiri Gamescom 2015-in ən yaxşı oyunları açıqlandı.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, E3 ilə birlikdə oyun dünyasının öndə olan konfranslarından olan Gamescom-da oyun həvəskarları üçün yeni oyunlar  təqdim olunub.

Microsoft, Electronic Arts, Ubisoft, Square Enix, Activision, Namco Bandai Blizzard kimi məşhur oyun firmalarının oyunlarını təqdim edən Gamescom tədbirində həm də xüsusi hazırlanmış oyunlar da təqdim olunub.

Dünyaca məşhur Mount & Blade-in yeni oyunu Bannerlod, Mafia 3, Worms WMD World of Warcraft-ın yeni paketi Region ilk dəfə Gamescom 2015-də təqdim olunub.

Bundan başqa Call of Duty: Black Ops 3, Star Wars: Battlefront, Assassin's Creed: Syndicate, Need for Speed, Final Fantasy XV, Metal Gear Solid V: The Phantom Pain, Quantum Brak  Xbox One-ın digər özəl oyunları tədbirdə təqdim olunub.

 Beynəlxalq Dijital Oyun təşkilatı tərəfindən verilən səslərə görə, Gamescom 2015 tədbirinin ən yaxşı oyunu Electronic Arts firmasının məhsulu Star Wars Battlefront seçilib.

Həm də tədbirin ən yaxşı ailə, idman, strategiya, kompüter, konsol kimi kateqoriyalara uyğun ən yaxşı oyunları da seçilib.

Gamescom 2015-in ən yaxşı oyunu:  Star Wars Battlefront ( Electronic Arts)

Ən yaxşı konsol oyunu: Star Wars Battlefront (Electronic Arts)

Ən yaxşı PlayStation 4 Oyunu: Star Wars Battlefront (Electronic Arts)

Ən yaxşı Xbox One Oyunu: Metal Gear Solid V: The Phantom Pain (Konami Digital Entertainment)

Ən yaxşı Nintendo Wii oyunu: Super Mario Maker (Nintendo)

Ən yaxşı RPG oyunu: Dark Souls 3 (Bandai Namco Entertainment)

Ən yaxşı yarış oyunu: Forza Motorsport 6 (Microsoft)

Ən yaxşı aksion oyunu: Metal Gear Solid V: The Phantom Pain (Konami Digital Entertainment)

Ən yaxşı simulyator oyunu: Forza Motorsport 6 (Microsoft)

Ən yaxşı idman oyunu: PES 2016 (Konami Digital Entertainment)

Ən yaxşı ailə oyunu: LEGO Dimensions (Warner Bros. Interactive Entertainment)

Ən yaxşı strategiya oyunu: Unravel (Electronic Arts)

Ən yaxşı kompüter oyunu: Star Wars Battlefront (Electronic Arts)

Ən yaxşı mobil oyun: Legend of Zelda: Tri Force Heroes (Nintendo)

Ən çox oynanılan oyun: Star Wars Battlefront (Electronic Arts)

Ən yaxşı xüsusi hazırlanmış oyun: Cuphead (Studio MDHR)

 

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə