Məlumat verdiyimiz ki, Twitter-in İdarə heyəti üzvləri şirkətin bundan sonra necə davam edəcəyinə qərar vermə mərhələsində idi.
Şirkətin satılması da rəsmi müzakirəyə çıxarılmışdı.
Qeyd edilir ki, Twitter əsas hissələrini yox, hissə qiymətini təsir etməyən işlərini satmağı düşünür. Bununla şirkət çalışanların işdən çıxardılma hallarını da azalda bilər.
Xarici mediada yayımlanan yeni məlumatlara görə, Twitter satış prosesini idarə olunması mövzusunda ABŞ-ın öndə gələn maliyyə qurumlarından Goldman Sachs və Allen & Co.ilə razılaşma əldə edib.
Twitter-in talibləri də yavaş yavaş ortaya çıxmağa başlayıb.
Twitter-i satın alacağı danışılan firmalardan biri internetin nəhəng axtarış sistemi Google-dur.
Amma bununla bağlı Google cəbhəsindən rəsmi məlumat verilməyib.
Mövzuya yaxın başqa qaynaqlar isə rəsmi təklif etməmiş olsa da, Salesforce-un Twitter ilə ciddi olaraq maraqlandığını və satınalma ilə bağlı təklif təqdim edəcəyini deyir.
Twitter ilə maraqlanan bir digər firma isə Disney olub. Disney-in bu sahədə Twitter ilə belə ciddi maraqlanmasının səbəbi isə Twitter-in qurucu ortağı Jack Dorsey-in hazırda Walt Disney Company-nin idarə heyəti üzvlərindən olmasıdır. Bu da Disney-in Twitter-i alması mövzusunda daxildə güclü bir dəstəyin olduğunu göstərir.
Yəqin ki, Twitter-ə hələ çox talib çıxa bilər. Twitter-in yaxın zamanda satış xəbərini də sizlərlə paylaşacağı da görünür.
Twitter-in bazar dəyəri bu gün təxminən 14 milyard dollardır.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri