Previous Next
Bağla

Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimlər başladı

07-11-2017 11:58
Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimlər başladı

Dünəndən etibarən “Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimləri” layihəsinə başlanıb

Bu barədə Xeberler.az-a layihənin rəhbəri Turanə Qasımova məlumat verib.

Turanə Qasımova bildirib ki, layihənin məqsədi nitq və eşitmə imkanları məhdud şəxslərə İKT sahəsində təlimlərin keçirilməsi, bu sahədə gələcəkdə peşakar səviyyədə çalışmaq istəyən şəxslərə dəstə  və onların cəmiyyətə inteqrasiyasına nail olmaqdır.

Onun sözlərinə görə, layihədə nitq və eşitmə imkanları məhdud 16-30 yaş arası İKT sahəsinə marağı  olan 20 gənc xanım iştirak edir:

“2 təlimdən ibarət olacaq layihədə gənclərə kompüter bilikləri haqqında ümumi məlumat, ofis proqramları, qrafik dizayn, kodlaşdırma, kibertəhlükəsizlik, robot texnologiyası, e-hökumət və s. təlimlər keçiriləcək”.

Turanə Qasımova qeyd edib ki, layihənin sonunda tədris proqramını uğurla bitirən gənclər sertifikatla təltif olunacaq:

“Eyni zamanda, təlimlər bitdikdən sonra müəyyən tapşırıqlar əsasında iştirakçıların qiymətləndirilməsi aparılacaq və ən yaxşı nəticə göstərən qızlar müxtəlif şirkətlər tərəfindən iki aylıq təcrübə proqramına cəlb olunacaq”.

Layihəyə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllülər” Təşkilatı, E-hökumət Təlim-Tədris Mərkəzi, STEP IT Academy Azerbaijan və Femmes Digitales - Azərbaycan Qadınlarının İKT klubu təşkilatı dəstək verir.

 

 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar fiziki məhdudiyyətli şəxslər üçün layihəyə başlayıb-Foto

24-10-2016

Nar-ın “Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatıb

19-01-2017

“Nar” eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri layihəsinə yenidən start verdi

28-06-2022

Nar-dan eşitmə və nitq məhdudiyyətli insanlara növbəti dəstək

29-11-2018

“Nar” 2023-cü ildə də sosialyönümlü peşə təlimlərinə davam edir

18-01-2023

Nar-dan eşitmə və nitq məhdudiyyətli şəxslər üçün pulsuz video zənglər

03-12-2018

Nar-ın dəstəyilə eşitmə məhdudiyyətli insanlar artıq peşə sahibləridir

27-09-2019

Nar eşitmə məhdudiyyətli insanlara dəstək olur

31-05-2019

“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib

04-08-2020

“Hər kəs üçün ASAN” layihəsi reallaşdırılır

29-04-2026

“Nar” eşitmə məhdudiyyətli insanlar üçün yeni iş imkanları yaradır

14-04-2023

Nar-ın Təlim Məktəbi layihəsi başa çatıb

26-07-2019

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub

27-01-2025

“Femmes Digitales” məktəbli qızların İKT sahəsinə marağını artırmaq üçün təbliğata başlayır

15-04-2015

Nar eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimlərinə başlayır

30-04-2019

Nar korporativ sosial məsuliyyət layihələrini davam etdirir

26-10-2018

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün yeni peşə təliminə başladı

17-04-2025

Nar rabitə cihazları ilə bağlı növbəti kurslara başladı

02-02-2017

"Nar"ın eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinin ilk mərhələsi başa çatdı

18-10-2022

Nar-ın eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimləri davam edir

25-06-2019

Onlayn surdotərcümə xidməti istifadəyə verilib

29-07-2025

Qadınların İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər keçiriləcək

09-07-2019

“Nar” ölkədə jest dilinin inkişafına töhfə verməyə davam edir                     

23-09-2022

“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görülüb

19-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə