Nokia 6208c Çində rəsmi olaraq təqdim olundu

06-01-2009 / 13:08

2008-ci ilin son günündə Nokia şirkəti Çində yeni Nokia 6208c telefonunu təqdim etdi. Yeni telefon Series 40 platforması bazasında sensor idarəetmə ilə Çin heroqlifləri əsasında hazırlanıb.

GSM şəbəkələri üçün olan model iki diodlu işıqlanma ilə 3,2 Mp kamera, 320 х 240 ölçülü sensor 2,4 düymlük ekranla,  8 Gb yaddaşa qədər microSD kartları yerləşdirmək imkanına malikdir.
Ölçüsü 109,8 x 49,3 x 13,3 mm, çəkisi 120 qramdır. Korpusda paslanmayan poladdan istifadə edilib ki, bu da telefona premium-cihaz görünüşü verir.

Satış 2009-un birinci yarısında başlanılmalıdır. Yəgin ki, yeni model Asiya-Sakit okean regionunun sərhədlərini aşmayacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə