WhatsApp bu cihazlarda işləməyəcək

03-12-2016 / 11:00

Bu həftə 7-ci yaşını qeyd edən WhatsApp  bəzi köhnə telefon və əməliyyat sistemləri üçün dəstəyini çəkməyə hazırlaşır.

Beləliklə, WhatsApp-ın rəsmi bloqundakı  açıqlaması ilə birlikdə BlackBerry və Nokia modellərinin dəstəyinin nə zaman dayandıracağı də müəyyən olundu.

Ötən aylarda WhatsApp açıqlaması ilə Android, iPhone və Windows Phone modellərini  2016-cı ilin sonuna qədər dəstəkləyəcəyini elan etdi.

Xeberler.az məlumat verir ki, Blackberry və Nokia üçün fərqli bir siyasət başladacaq.

Yarandığı 2009-ci ildə telefon satışlarının 70 faizini BlackBerry və Nokia əməliyyat sisteminə sahib ağıllı telefonların meydana gətirdiyini deyən WhatsApp gələn ilin iyunundan BlackBerry OS, BlackBerry 10, Nokia S40 və Nokia Symbian S60 modellərinə dəstəyi  dayandıracaq.

Android 2.1 Eclair və 2.2 Froyo əməliyyat sistemlərini istifadə edən cihazların dəstəyini də dayandıracaq olan WhatsApp Windows tərəfində Windows Phone 7 əməliyyat sistemini istifadə edən qurğulara dəstək verməyəcək.

WhatsApp iPhone 3GS və iOS 6 üçün də dəstəyini dayandıracaq.

 

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.