Nokia-dan yeni telefon

10-08-2009 / 12:10

Nokia Şirkəti daha bir yeni telefon satışa çıxaracaq. Nokia 5530 XpressMusic adlı yeni cihaz, uğur qazanmış 5800 XpressMusic-i nümunə kimi əsas götürür və açıq Symbian OS S60 5th Edition platformasını dəstəkləyir. Telefonun 4 GB yaddaş kartı, 3.2 MP kamerası və xüsusi bir stereo qulaqlıq dəsti var.

Əsas ekranda dəyişikliklər edilib, ən sıx istifadə etdiyiniz 20 adama və Facebook və ya MySpace kimi xidmətlərə müraciət təmin edilə bilir. 5530, 5800 distributivi ilə müqayisə edildiyində UMTS və ya HSDPA-dən imtina edir və EDGE və ya WLAN üzərindən internet daxilolma təqdim edir.

Nokia 5530 XpressMusic adlı mobil telefon bu ilin sonlarına yaxın 5 rəngli dizaynda bazara çıxarılacaq. Qiyməti isə müqaviləsiz təxminən 240 Avro olacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə