Nokianın fərqli əməliyyat sistemli telefonu-N900

28-08-2009 / 20:23

Nokia firması telefon bazarında ardı-arası kəsilməyən yeniliklər etməkdədir. Bu dəfəki istehsalı daha çox diqqəti özünə çəkməyi bacardı. Görünüşcə N97-ə bənzəyir.Yeni model N900 touch ekranlıdır və ən əsası digər modellərdən fərqli bir əməliyyat sistemini istifadə edir. Yeni mobil telefon həmişə olduğu kimi Symbian əməliyyat sistemində deyil, yeni Maemo 5 OS sistemi üzərində qurulub. N900 Linux əməliyyat sistemlidir.

Nokia N900-də QWERTY klaviatura yandan açılır. 32 GB-lıq Mass Memory kartı var. Bura 7000 mp3 və ya 40 saatlıq yüksək keyfiyyətlə çəkilmiş video yerləşdirmək olar. Nokia N900-ün 2009-cu ilin sonunda təxminən 550 Avroya bazara çıxarılacağını qeyd edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə