N9 Nokianın son mobil smartfonu olacaq

27-06-2011 / 09:53
Nokia bir neçə gün əvvəl Nokia N9 markalı növbəti smartfonunu təqdim edib. Smartfon öz funksionallığı və görünüşü ilə diqqəti çəkib. Dünən isə nəhayət N9-un qiyməti açıqlanıb. İki konfiqurasiyada istehsal olunacaq telefonlardan 16QB-lıq versiya 660 dollardan, 64 QB-lıq versiya isə 750 dollardan satışa çıxarılacaq. Məlumatı Nokia-nın satış üzrə vitse-prezidenti Kolin Qiles açıqlayıb.
Telefonun hazırlanmasında metaldan istifadə olunmayıb. 3 rəng versiyasında təqdim olunub. Verilən məlumata görə N9 Nokianın MeeGo mobil smartfon əməliyyat sstemində son telefonu olacaq. Şirkət byndan sonra öz smartfonlarında Windows Phone 7 platformasından istifadə edəcək.

ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.