Növbəti “DigiGirlz” konfransı keçiriləcək

29-05-2015 / 20:35

İyunun 4-də Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkında Microsoft Azerbaijan şirkətinin təşkilatçılığı ilə qadınların informasiya texnologiyaları sahəsində roluna həsr olunmuş DigiGirlz konfransı keçiriləcək.

Xəbərlər-in məlumatına görə, Bakıda keçirilən DigiGirlz konfransının əsas məqsədi də məhz Azərbaycanda texnologiya sahəsində fəaliyyət göstərən qadınlara dəstək olmaq, onların inkişafına təkan verməkdir.
 
Tədbirdə stereotipləri qırmış və qadın üçün qeyri-ənənəvi sayılan texnologiya sahəsində karyera qurmuş mütəxəssis xanımlar iştirak edəcəklər. Həmçinin, tədbirdə mobil tətbiqlər üzrə texniki seminar da keçiriləcək.
 
Microsoft korporasiyasi dünya üzrə qadınları dəstəkləyir və onlara potensiallarını həyata keçirməyə yardım edir.

Konfrans yalnız xanımlar üçün nəzərdə tutulub. 

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə