Previous Next
Bağla

Şamaxıda Kod saatı layihəsi təqdim edilib

28-12-2018 11:20
Şamaxıda Kod saatı layihəsi təqdim edilib

Şamaxı məktəblilərinə ilk dəfə “Kod saatı” (“Hour of Code”) layihəsi təqdim edilib. Layihə Heydər Əliyev Fondunun dəstəyi, Şamaxı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Microsoft Azerbaijan” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Xeberler.az  bildirir ki, sözügedən layihənin əsas məqsədi şagirdləri proqramlaşdırmanın maraqlı, asan və əlçatan olması barədə məlumatlandırmaqdır. Tədbir çərçivəsində Şamaxı məktəbliləri və ilk dəfə olaraq layihəyə cəlb olunmuş riyaziyyat və informatika fənlərini tədris edən müəllimlər ilə görüş keçirilib. Onlara sürətlə inkişaf edən texnologiya sahəsində fəaliyyətə başlamalarına və cəlbedici texnoloji innovasiyalarla tanış olmaq imkanı yaradan bu cür tədbirlərin əhəmiyyəti barədə məlumat verilib.

İnnovasiya yönümlü təlimlər və kodlaşma dərsləri keçirilib. Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov Azərbaycanda İKT sahəsində ən proqressiv texnologiyaların tətbiq edildiyini diqqətə çatdırıb.

R.Əzizov daha sonra qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkəmizin innovativ inkişafı üçün ciddi addımlar atır. Texnoparklar, biznes inkubasiya mərkəzləri yaradılır, startap hərəkatı ildən-ilə genişlənir. Tədbirdə çıxış edən “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov bildirib ki, hazırda şagirdlərin əksəriyyəti karyeralarını informasiya texnologiyaları sahəsində qurmağı planlaşdırır. Bu gün Azərbaycanda sürətli templərlə inkişaf edən informasiya texnologiyaları sahəsi kadr çatışmazlığı ilə üzləşir. “Kod saatı” təşəbbüsü məhz informasiya texnologiyaları sahəsinə gənclərin marağının artırılmasına yönəldilib.

Qeyd edək ki, “Kod saatı” məktəblilərin diqqətini iqtisadiyyatın perspektiv sahələrindən biri sayılan informasiya texnologiyalarına cəlb etmək üçün effektli bir vasitədir və “Code.org” publik qeyri-kommersiya təşkilatı tərəfindən dünyanın 180-dən çox ölkəsində milyonlarla tələbə və məktəblini qlobal bir hərəkatda birləşdirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Microsoft məktəblilərə proqramlaşdırma öyrədir-Foto

Microsoft məktəblilərə proqramlaşdırma öyrədir-Foto

23-06-2017
Şamaxıda ilk dəfə DigiGirlz konfransı keçirilib

Şamaxıda ilk dəfə DigiGirlz konfransı keçirilib

28-12-2018
Microsoft Gəncədə ilk dəfə qızlar üçün konfrans keçirib- Foto

Microsoft Gəncədə ilk dəfə qızlar üçün konfrans keçirib- Foto

17-05-2017
Şamaxıda Praktiki mühəndislik və liderlik dərnəkləri təşkil edilib

Şamaxıda Praktiki mühəndislik və liderlik dərnəkləri təşkil edilib

24-01-2019
İKT qadınlara həsr olunmuş “DigiGirlz” konfransı keçirilib-Fotolar

İKT qadınlara həsr olunmuş “DigiGirlz” konfransı keçirilib-Fotolar

04-06-2015
Azərbaycanda İKT-də qızlar gününə dair tədbir keçirilib

Azərbaycanda İKT-də qızlar gününə dair tədbir keçirilib

26-04-2019
Daha üç uğurlu startap ideyası qalib oldu

Daha üç uğurlu startap ideyası qalib oldu

01-06-2018
İnnocamp innovasiya yay düşərgəsi başa çatıb

İnnocamp innovasiya yay düşərgəsi başa çatıb

01-09-2019
Gənc qızların texnologiya sahəsi üzrə maarifləndirilməsinə dair müzakirələr aparılıb

Gənc qızların texnologiya sahəsi üzrə maarifləndirilməsinə dair müzakirələr aparılıb

24-04-2021
Nazir blokchain-in tətbiqi mexanizmlərndən danışdı

Nazir blokchain-in tətbiqi mexanizmlərndən danışdı

13-12-2018
Rəqəmsal bacarıqlar pilot layihəsi uğurla davam etdirilir

Rəqəmsal bacarıqlar pilot layihəsi uğurla davam etdirilir

04-10-2018
“Rəqəmsal gələcəyə addım” müsabiqəsi keçirilib

“Rəqəmsal gələcəyə addım” müsabiqəsi keçirilib

27-12-2023
Azərbaycanda ilk dəfə beynəlxalq İnnovasiyalar həftəsi keçiriləcək

Azərbaycanda ilk dəfə beynəlxalq İnnovasiyalar həftəsi keçiriləcək

26-09-2018
Kodlaşdırmanı öyrənmək istəyənlər üçün ödənişsiz təlim

Kodlaşdırmanı öyrənmək istəyənlər üçün ödənişsiz təlim

10-12-2015
“Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu təşkil edilib

“Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu təşkil edilib

17-12-2020
Azərbaycanda 20 min məktəbli kod yazmaq üçün yarışdı

Azərbaycanda 20 min məktəbli kod yazmaq üçün yarışdı

26-12-2022
Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib

Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib

28-02-2019
Nazirlikdə iki şöbə birləşdirildi-Yeni təyinat

Nazirlikdə iki şöbə birləşdirildi-Yeni təyinat

16-02-2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli olub

Sumqayıtın ən innovativ startap layihələri bəlli olub

22-09-2018
Azərbaycanda YayFest təşkil olunub

Azərbaycanda YayFest təşkil olunub

19-07-2019
İdeyadan Biznesə layihəsi Bakı Dövlət Universitetində

İdeyadan Biznesə layihəsi Bakı Dövlət Universitetində

04-10-2018
Blokçeyn texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi mövzusunda seminar keçirilib

Blokçeyn texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi mövzusunda seminar keçirilib

13-03-2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı dəyişdirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı dəyişdirilib

12-10-2021
“Kod saatı: rəqəmsal gələcəyə addım 2023” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

“Kod saatı: rəqəmsal gələcəyə addım 2023” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

04-03-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə