Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir. Bu dəfə biz rəsmi xəbərlərdə, sosial mediada, İT qruplarda və saytlarda ötən həftə ərzində İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.
Qeyd edək ki, Xeberler.az ötən icmalı iyunun 1-də təqdim etmişdi.
I Avropa Oyunlarına 4 gün qalmış bütün dünyanın nəzəri Bakıdadır.
RYTN bunu nəzərə alaraq Avropa Oyunlarının telekommunikasiya, İnternet, mobil və radiorabitə xidmətləri, radiotezliklərlə təminatı, informasiya təhlükəsizliyi ilə bağlı haqqında qərar qəbul edib. Həmçinin, iyunun 30-dək Oyunlarla əlaqədar Nazirlikdə "Qaynar xətt" xidməti də fəaliyyət göstərəcək.Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz
İKT sahəsində ötən həftənin ən sevindirici xəbəri startaplara qrantların verilməyə başlanılması oldu. Həmçinin də Startap Azərbaycan komandası ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafına Dəstək Dövlət Fondunun rəhbərliyi ilə görüşü ötən həftənin yadda qalan xəbəri olub.
Startap Azərbaycan komandasının Fond rəhbərliyi ilə görüşü zamanı ölkədə startap ekosisteminin inkişafı ilə bağlı bir çox məsələlər müzakirə edilib. Qeyd edək ki, yekunda səsləndirilən təkliflərin sistemləşdirilməsi və hökumətə təqdim edilməsi nəzərə alınıb.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftənin sosial mediada səs-küy yaradan xəbərlərindən biri Mətbuat Şurasının sədri Əflatun Amaşovun Facebook -un ölkəmizdəki fəaliyyəti ilə bağlı səsləndridiyi fikirlər olub.
Dövlət başçısının köməkçisi Əli Həsənovun media rəhbərləri ilə görüşü zamanı Əflatun Amaşovun işlətdiyi “Facebook”da siyasətçiləri təhqir edən səhifələr bağlanmalıdır” fikri geniş müzakirələrə səbəb olub
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Keçən həftə Bakıda beynəlxalq “Microsoft Imagine Cup 2015” müsabiqəsinin finalı oldu.
Müsabiqənin ümumdünya finalı bu ilin iyul ayının 27-31-də Sietldə (ABŞ) keçiriləcək və Azərbaycanı sözügedən müsabiqədə “NoObs” komandası təmsil edəcək.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Keçdiyimiz həftə maraqlı tədbirlərdən biri “İKT qadınlar”a həsr olunmuş “DigiGirlz” konfransı keçirildi.
Tədbirdə stereotipləri qırmış və qadın üçün qeyri-ənənəvi sayılan texnologiya sahəsində karyera qurmuş mütəxəssis qadınlar iştirak ediblər. Konfransda “Microsoft Azerbaijan” şirkətinin əməkdaşları “Azərbaycanın 100 biznes-qadını” təşkilatı, “Azerfon” şirkəti, “Femmes Digitales” klubunun üzvləri çıxış ediblər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Gündəmdə olan mövzulardan daha biri Bakıda Uber-in yeni xidmətinin fəaliyyətə başlamasıdır.
UberX xidməti vasitəsi ilə mobil tətbiqdən istifadə etməklə ekonom klass avtomobillər (Hyundai Accent, Kia Rio, Chevrolet Aveo, Toyota Corolla və s) və şəxsi sürücü çağırmaq mümkün olacaq. Uber-in hazırda fəaliyyətdə olan UberBalck xidməti ilə bağlı bir müddət əvvəl ətraflı məlumat vermişdi.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Sosial medianın diqqətini çəkən mövzulardan biri Bakıda “Ofis hər yerdə” aksiyasının keçirilməsi oldu.
Birgünlük aksiyada “Microsoft Azerbaijan” şirkətinin bütün əməkdaşları noutbuklarını özləri ilə götürüb ofisi tərk edərək, iş gününü “GloriaJean’sCoffees” kafesində keçiriblər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Daha bir gündəmdə olan məsələ telefon nömrələrinin satış qaydalarında olan dəyişikliklərlə bağlıdır.
Nazirlər Kabineti “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” qərarına dəyişikliklər edib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftənin diqqət çəkən tədbirlərindən biri də Azərbaycan Dövlət İqtisad Universitetində “Elektron sənəd dövriyyəsinin tətbiqi” nin təqdimat mərasimi olub.
Hazırlanan sistemin “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a tam uyğunlaşdırıldığı bildirilib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
İT sahəsində önəmli tədbirlərdən biri Azərbaycan Texniki Universitetinin İnnovasiyalar Mərkəzində dəyirimi masa keçirilib.
Tədbirdə Azərbaycanda startap mühitinin müzakirəsi və bu istiqamətdə görülən işlər, Ukraynada startaplar və texnoparklar sahəsində mövcud vəziyytlə bağlı tqdimatlar olub.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Bakıda daha bir beynəlxalq İT tədbiri “IDC İT Security and datacenter transformation roadshow 2015” keçirilib.
Tədbirdə "Təşkilatların Rəqəmli transformasiyası "PCİ-DSS" bank kartlarının təhlükəsizlik sənayesinin standartlarına uyğunluq yolu", "Kill-Chain" strategiyası - sıfırıncı günün hücumlarının dayandırılması" və s. mövzularda məruzələr təqdim edilib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Hər ay keçirilən “Elektron Hökumət” bülleteni üzrə brifinq növbəti dəfə iyunun 9-da baş tutacaq.
Brifinqdə Azərbaycan Texniki Universiteti, “Azərişıq” ASC və “Azərsu” ASC-nin səlahiyyətli nümayəndələri iştirak edəcək, fəaliyyət sahələri üzrə yenilikləri təqdim edəcək və mətbuat nümayəndələrinin suallarını cavablandıracaqlar.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri