Previous Next
Bağla

Ödəniş kartları ilə aparılan əməliyyatların həcmi artıb

26-10-2015 21:16
Ödəniş kartları ilə aparılan əməliyyatların həcmi artıb

2015-ci ilin 9 ayı ərzində Azərpoçt MMC-nin tabeçiliyində olan poçt filiallarının bütün lisenziyalı PŞ-ləri Contact, Caspian Money Transfer, Zolotaya Korona beynəlxalq pul köçürmələri sisteminə qoşulub və əhalinin istifadəsinə verilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xeberler.az-a verilən məlumata görə, oktyabrın 1-nə tarixinə Azəpoçt MMC-yə məxsus aktiv ödəniş kartlarının sayı 11 326 ədəd olub və hesabat dövründə bu kartlar üzərindən aparılan əməliyyatların həcmi 18 mln. manatı ötüb. Hazırda MMC 15 ədəd ATM və 127 ədəd POS terminal vasitəsilə ekvayer fəaliyyətini həyata keçirir. Sözügedən POS terminallardan 10-u hesabat dövründə quraşdırılıb. Dövr ərzində ödəniş kartının istifadəsi üzrə təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və həyata keçirilən əməliyyatlar haqqında operativ formada məlumatın əldə edilməsi məqsədilə Mobil bankçılıq xidməti MMC-nin kart sahiblərinin istifadəsinə verilib.

Hesabat dövründə “Maliyyə xidmətlərinin inkişafı layihəsi” çərçivəsində tamamilə yenidən qurulan Şirvan PF-nin Müştəri Xidmətləri Mərkəzi istifadəyə verilib. Azərbaycanın beynəlxalq trafik mübadiləsinin alternativliyinin təmin edilməsi, həmçinin rabitənin keyfiyyətinin artırılması məqsədilə həyata kecirilmiş beynəlxalq tenderin nəticəsi olaraq EATS-594/595-də İP əsaslı Beynəlxalq Kommutasiya Sisteminin quraşdırılması uzrə işlər hesabat dövründə davam etdirilib. Həmçinin 2015-ci ilin 9 ayında maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün Mərkəzi Bankdan icazələrin alınması işi davam etdirilib və Azərpoçt MMC üzrə alınmış icazələrin ümumi sayı 1167 (RPF-10, PF-53 və PŞ-1104) ədəd olub.

Bundan başqa, poçt şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində bir sıra əməli tədbirlər həyata keçirilib.Əhalinin poçt xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə 1 PŞ və 3 Poçt Agentliyi açılaraq əhalininistifadəsinə verilib, 13 ədəd PŞ binası (o cümlədən 7-si Naxçıvan MR RYTN üzrə) tikilib, 10 ədəd inzibati və 11 ədəd PŞ binası təmir olunub və hazırda 3 ədəd PŞ binasının tikintisi işləri aparılır.

2015-ci ilin 9 ayı üzrə daxili sadə və sifarişli məktub korrespondensiyalarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,7 faiz artaraq 5 573 608 ədəd, daxil olan beynəlxalq kiçik paketlərin sayı isə 27,9 faiz artaraq 613 672 ədəd təşkil edib. Habelə pul köçürmələrinin sayı 48,7 faiz artaraq 1794 445 ədəd, məbləği isə 3,9 faiz artaraq 142,3 mln. manat, teleqramların sayı 2,9 faiz artaraq 136 290 ədəd olub. Lakin, bağlamaların sayı 6,2 faiz, beynəlxalq göndərilən kiçik paketlərin sayı 2,3 faiz azalıb.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 12 yeni poçt şöbəsi tikilib

17-07-2015

Ötən il ödəniş kartlarının 80 faizi təmassız ödənişləri dəstəkləyib

10-03-2025

Kart vasitəsilə edilən ölkədaxili nağdsız ödənişlərin həcmi artıb

25-02-2025

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

25-07-2023

Nağdsız ödənişlərin 87 faizdən çoxu elektron ticarətin payına düşüb

30-08-2025

Azərbaycanda bank kartlarının sayında və nağdsız ödənişlərdə böyük artım

26-12-2023

Azərbaycanda ödəniş kartlarının sayı 20%-ə qədər artıb

21-08-2023

Azərbaycanda ödəniş kartlarının sayı 13 milyonu ötüb

25-01-2023

Ev təsərrüfatlarında olan stolüstü kompüterlərin sayı azalıb

06-09-2025

Ölkədə bankomatlar və Pos-terminalların sayı artıb

10-11-2010

Hökumət ödəniş portalı üzərindən əməliyyatların 66 faizi nağdsız formada aparılıb

26-04-2023

Bankomatlar və Pos-terminalların sayı artır

14-10-2010

Elektron imzaların sayı xeyli artıb

14-01-2015

Bakıda İP əsaslı beynəlxalq kommutasiya sistemi quraşdırılacaq

17-07-2015

İnternet bankçılıq xidmətilə aparılan müştəri köçürmələrinin həcmi artıb

12-03-2026

Mobil bankçılıq xidməti vasitəsilə müştəri köçürmələrinin həcmi artıb

10-03-2025

Azərbaycanda POS-terminalların sayı azalır

11-07-2016

Ölkədə bankomatların sayı yenidən artmağa başlayıb

11-07-2016

Nazirliyə müraciət edənlərin sayı artıb

24-10-2015

Azərbaycanda POS-terminalların sayı 8 min azalıb

13-06-2016

Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

08-11-2016

Kredit kart əməliyyatlarının sayı artıb

24-05-2012

Azərbaycanda dövriyyədə olan bankomat və POS-terminalların sayı açıqlanıb

10-03-2025

İKT sektoruna 142 milyon manat investisiya qoyulub

19-01-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə