Previous Next
Bağla

Dünyada yeni virus təhlükəsi- Xəbərdarlıq

29-06-2017 14:50
Dünyada yeni virus təhlükəsi- Xəbərdarlıq

7 iyun 2017-ci il tarixindən etibarən dünya ölkələrinin informasiya sistemlərinə və şəbəkələrinə növbəti virus hücumu zərbə vurmağa başlayıb.

Belə ki, Petya adlandırılan təhlükə Wannacry ransomware ziyanverici proqramının (ransomware barədə ətraflı bu linkdə https://www.cert.az/news/2016/name2 ) başqa bir formasıdır və daha təhlükəli hesab olunur. Belə ki, ransomware tipli ziyanverici dünyada böyük şirkətlərin, bankların, vacib kritiki infrastrukturların informasiya sistemlərində ciddi təhlükə yaradıb.

Xeberler.az bildirir ki, bu barədə Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) məlumat yayıb.

Qeyd edilib ki, petya yoluxduqdan sonra istifadəçilərin kompüterlərini söndürür və açılması üçün 300 dollar tələb edir.

Ziyanverici proqram Wannycry-da olduğu kimi Windows əməliyyat sistemində SMB (şəbəkədə faylların paylanması) protokolunda olan boşluqdan istifadə edərək yayılır. Petya digər ransomware növlərindən fərqli olaraq sistemdəki faylları sıra ilə şifrələmir. Petya qurbanın kompüterini yenidən başladır (reboot) və MFT-i (the hard drive's master file table) şifrələyir və bütövlükdə sistemə girişi məhdudlaşdırır.

Microsoft-un aşağıdakı əməliyyat sistemləri təhlükəyə açıqdır və Microsoft şirkəti aşkar olunmuş boşluğun aradan qaldırılması ilə bağlı 14 mart 2017-ci il tarixində Microsoft Security Bulletin MS17-010 – Critical adlı yenilənmə dərc edib.

-Windows 10

-Windows RT 8.1

-Windows 8.1

-Windows 7

-Windows XP

-Windows Vista

-Windows Server 2016

-Windows Server 2012 and Windows Server 2012 R2

-Windows Server 2008 and Windows Server 2008 R2

-Windows Server 2003

-Petya eyni zamanda e-poçt vasitəsilə “phishing” yolu ilə yayılır. Odur ki, naməlum şəxslərdən gələn sənədlər açılmamalı və linklər kliklənməməlidir.

-Təhlükədən qorunmaq üçün Elektron Təhlükəsizlik Mərkəzi aşağıdakı tövsiyələri kompüter istifadəçilərinin diqqətinə çatdırır:

-SMBv1 deaktiv etmək;

-İstifadə etdiyiniz kompüter və informasiya sistemlərinizdəki Windows əməliyyat sistemlərində mövcud olan boşluqların aradan qaldırılması üçün dərhal təzələnmə (“patch”ın yüklənməsi və quraşdırılması) aparmaq;

-E-poçt vasitəsi ilə göndərilən naməlum faylları, tanış olmayan hər hansı digər mənbəyə keçidi  klikləməmək;

-Vacib sənədlərin ehtiyat nüsxəsini (backup) yaratmaq;

-Aktiv və antivirus bazası aktual olan antivirusdan isitfadə etdiyinizdən əmin olmaq;

-Əgər hər hansı antivirus proqramı istifadə edilmirsə, Microsoft Defender antivirus proqramından istifadə etmək;

Antivirus proqram vasitəsilə kompüterinizdə mövcud ola biləcək yoluxmaları yoxlamaq;

-İnternetdən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etmək;

-Baş verilmiş yoluxmalar barədə və ya metodiki dəstəyə ehtiyac olduqda Mərkəzə -müraciət etmək;

Təhlükə ilə üzləşdiyiniz halda Elektron Təhlükəsizlik Mərkəzinin 1654 qaynar xəttinə zəng etməyiniz və ya [email protected] elektron ünvanına yazmağınız tövsiyə olunur.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirlikdən qlobal virus epidemiyası ilə bağlı xəbərdarlıq

15-05-2017

Təhlükəli virus aşkarlanıb-Nazirlikdən xəbərdarlıq

25-10-2017

Windows Server 2003 sisteminin dəstəyi dayandırıldı

14-07-2015

Microsoft-un ən zəif əməliyyat sistemi hansıdır?

09-02-2017

Microsoft rəsmən Windows Server 2016-nı təqdim edib

17-10-2016

“Microsoft Office 2016 ”dan necə istifadə etmək olar?

23-09-2015

Hər 3 kompüterdən 1-də Windows Vista XP ilə əvəz olunub

20-08-2008

Petya virusundan necə müdafiə olunmalı? – Təlimat

01-07-2017

Windows versiyaları üçün yeniləmə təqdim olunub

22-07-2015

"Microsoft" "Windows 10"a dəstəyi dayandırır

14-10-2025

Microsoft yeni Windows HPC Server 2008 sistemi təqdim edir

23-09-2008

Microsoft: Bu kompüterlər zəifləyəcək

10-01-2018

Təhlükəsizliyinin zəifliyinə görə “Windows XP”-yə tələbat azalır

05-11-2013

Windows və Samba üçün yeni təhlükə: Badlock xətası

05-04-2016

Microsoft şirkəti Windows Vista-nın nüfuzu üçün 300 milyon dollar xərcləyəcək

08-09-2008

Microsoft-un proqram təminatındakı boşluqların sayı açıqlandı

20-02-2018

"Microsoft Azerbaijan"dan "Windows 10" açıqlaması

02-03-2020

“Microsoft” Brüsseldə Şəffaflıq Mərkəzi açıb

08-06-2015

"Microsoft"un yay saatına keçid üçün yeniliyi

25-03-2011

Microsoft yeni Windows 7 əməliyyat sisteminin ilk beta versiyasını ictimaiyyətə təqdim etdi

08-01-2009

“Windows XP” istifadəçiləri üçün qiymətlər bahalaşıb

24-02-2015

Windows 7 əməliyyat sisteminin dəstəklənməsi dayandırılıb

14-01-2020

Windows 7 sistemi ilə işləyən fərdi kompüter satışları nə vaxt dayandırlır?

04-11-2015

Microsoft Windows XP-nin ömrünü uzadır

06-10-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə