Previous Next
Bağla

Ölkələrin telekommunikasiya üzrə iclası keçirilib

21-04-2018 15:14
Ölkələrin telekommunikasiya üzrə iclası keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən Avropa Komissiyasının dəstəyi ilə Şərq Tərəfdaşlığına üzv ölkələrin Rabitə Tənzimləyiciləri Şəbəkəsinin Bazar Təhlili üzrə Ekspert İşçi Qrupunun (BEWG) 5-ci və Rouminq üzrə Ekspert İşçi Qrupunun (REWG) 4-cü iclası keçirilib.

Xebeler.az bildirir ki, iclasda nazirliyi müvafiq şöbələrin nümayəndələri təmsil edib. Hər iki iclasda Şərq Tərəfdaşlığına üzv olan Belarus, Gürcüstan, Moldova və Ukraynanın, eləcə də Avropa İttifaqına üzv bir sıra ölkələrin və Şərqi Balkan ölkələrinin müvafiq institut və tənzimlənmə qurumlarının nümayəndələri iştirak edib.

2012-ci ildə əsası qoyulmuş Şərq Tərəfdaşlığına üzv ölkələrin Rabitə Tənzimləyiciləri Şəbəkəsi (EaPeReg) üç sahə üzrə ekspert işçi qrupları telekommunikasiya bazarlarının təhlili, radiotezliklər və beynəlxalq rouminq qrupları əsasında fəaliyyət göstərir. Qrupların il ərzində ayrı-ayrılıqda 2-3 işçi görüşü keçirilir, eləcə də, Plenar iclaslarında cari məsələlər, görülmüş işlər və qarşıya qoyulan yeni təhlil sahələri üzrə məsələlər müzakirə olunur.  

Bazar Təhlili üzrə qrupun Bakıda keçirilən 5-ci iclasında "EaPeReg"in 2018 - 2020-ci illər üzrə İş Planı, rabitə tənzimləyicilərinin fəaliyyətinin gücləndirilməsi, genişzolaqlı rabitə xidmətləri infrastrukturundan birgə istifadə və genişzolaqlı infrastrukturun proqram təminatı əsasında xəritələnməsi kimi mövzular müzakirə olunub.

Rouminq üzrə qrupun 4-cü iclasında isə Şərq Tərəfdaşlığı ölkələrində beynəlxalq rouminq qiymətlərinin uyğunlaşdırılması və rouminq tariflərinin aşağı salınması ilə bağlı Tədqiqatın Yekun Hesabatı təqdim olunub. Eyni zamanda, sənəddə yer alan tövsiyələrin Şərq Tərəfdaşlığı ölkələrində reallaşdırılması imkanları müzakirə edilib. Tədbir iştirakçıları Şərqi Balkan ölkələrinin bu sahədə əldə etdikləri təcrübə ilə tanış olub, İşçi qrupun 2018-ci il üçün İş Planı və digər təşkilati məsələlər üzrə qərarlar qəbul ediblər.

 Hər iki iclasda qəbul olunmuş razılaşmaya əsasən, ekspertlərin növbəti görüşlərinin payızda keçirilməsi gözlənilir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan ilə Aİ arasında rouminq tariflərinin azaldılması müzakirə olunub

Azərbaycan ilə Aİ arasında rouminq tariflərinin azaldılması müzakirə olunub

06-10-2021
Şərq Tərəfdaşlığı ölkələri arasında iclas keçirilib

Şərq Tərəfdaşlığı ölkələri arasında iclas keçirilib

18-11-2019
Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsinin 15-ci plenar iclası keçirilib

Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsinin 15-ci plenar iclası keçirilib

03-07-2020
Azərbaycan "Şərq Tərəfdaşlığı" ölkələri ilə regional rouminq sazişi imzalayacaq

Azərbaycan "Şərq Tərəfdaşlığı" ölkələri ilə regional rouminq sazişi imzalayacaq

09-07-2021
Azərbaycan 2025-ci ildə “EaPeReg”ə sədrlik edəcək

Azərbaycan 2025-ci ildə “EaPeReg”ə sədrlik edəcək

29-05-2024
RİNN-in nümayəndələri EaPeReg-in 21-ci plenar iclasında iştirak ediblər

RİNN-in nümayəndələri EaPeReg-in 21-ci plenar iclasında iştirak ediblər

26-05-2023
Rəqəmli bazarların uyğunlaşdırılması iclasında ölkəmiz də təmsil olunub

Rəqəmli bazarların uyğunlaşdırılması iclasında ölkəmiz də təmsil olunub

22-06-2018
Şərq Tərəfdaşlığı ölkələri arasında rouminq tarifləri endiriləcək

Şərq Tərəfdaşlığı ölkələri arasında rouminq tarifləri endiriləcək

17-09-2019
Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub

Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub

18-12-2018
Ölkəmiz Rəqəmli Bazarların Harmonizasiyası üzrə beynəlxalq tədbirdə təmsil olunub

Ölkəmiz Rəqəmli Bazarların Harmonizasiyası üzrə beynəlxalq tədbirdə təmsil olunub

13-02-2019
Rominqlə bağlı ölkələrarası ekspert qrupu yaradıla bilər

Rominqlə bağlı ölkələrarası ekspert qrupu yaradıla bilər

04-12-2015
Azərbaycanda rouminq tariflərinin azaldılması istiqamətində işlərə başlanılıb

Azərbaycanda rouminq tariflərinin azaldılması istiqamətində işlərə başlanılıb

06-12-2010
İnformasiya Cəmiyyətinin İnkişafı üzrə İşçi Qrupunun iclası keçirilib

İnformasiya Cəmiyyətinin İnkişafı üzrə İşçi Qrupunun iclası keçirilib

17-04-2019
Bakıda rabitə üzrə beynəlxalq tədbir keçirilir

Bakıda rabitə üzrə beynəlxalq tədbir keçirilir

30-08-2017
Aİ  bəzi ölkələri ilə rouminq tarifini ləğv etməyi planlaşdırır

Aİ bəzi ölkələri ilə rouminq tarifini ləğv etməyi planlaşdırır

08-06-2017
Brüsseldə Azərbaycanın e-hökumət layihəsi təqdim edilib

Brüsseldə Azərbaycanın e-hökumət layihəsi təqdim edilib

08-05-2015
İKTA rəsmiləri “EaPeReg”in Ekspert işçi qrupunun Lissabonda keçirilən iclasında iştirak ediblər

İKTA rəsmiləri “EaPeReg”in Ekspert işçi qrupunun Lissabonda keçirilən iclasında iştirak ediblər

13-05-2024
“Azərpoçt” Poçt Təhlükəsizliyi Fəaliyyət Qrupunun 6-cı iclasında təmsil olunub

“Azərpoçt” Poçt Təhlükəsizliyi Fəaliyyət Qrupunun 6-cı iclasında təmsil olunub

26-05-2021
"Mobil operatorlara qanun çərçivəsində təzyiq olunacaq"

"Mobil operatorlara qanun çərçivəsində təzyiq olunacaq"

24-11-2010
RYTN beynəlxalq tədbirdə təmsil olunacaq

RYTN beynəlxalq tədbirdə təmsil olunacaq

10-06-2015
Qarşılıqlı Rouminq Ekpertlər Qrupunun  (IREG) 55-ci illik iclası işə başladı

Qarşılıqlı Rouminq Ekpertlər Qrupunun (IREG) 55-ci illik iclası işə başladı

30-10-2008
Bakıda rabitə xidmətləri ilə bağlı regional seminar keçirilir

Bakıda rabitə xidmətləri ilə bağlı regional seminar keçirilir

04-05-2016
“Texnologiya və innovasiyalar” işçi qrupunun birinci yarımil üzrə fəaliyyətə dair növbəti iclası keçirilib

“Texnologiya və innovasiyalar” işçi qrupunun birinci yarımil üzrə fəaliyyətə dair növbəti iclası keçirilib

21-07-2024
Elektron ticarət və rəqəmli iqtisadiyyat üzrə sessiya keçirilib

Elektron ticarət və rəqəmli iqtisadiyyat üzrə sessiya keçirilib

09-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə