Previous Next
Bağla

Elektron ticarət və rəqəmli iqtisadiyyat üzrə sessiya keçirilib

09-04-2019 11:06
Elektron ticarət və rəqəmli iqtisadiyyat üzrə sessiya keçirilib

Cari ilin 3-5 aprel tarixində İsveçrənin Cenevrə şəhərində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupunun növbəti iclası keçirilib.

Xeberler.az  bildirir ki, hökumətlərarası ekspert qrupunun əsas məqsədi elektron ticarət və rəqəmli iqtisadiyyatın inkişafından maksimum faydalanmanı təmin etmək, bununla bağlı mövcud çətinliklərin aradan qaldırılması ilə inkişafı gücləndirməkdir. 100-dən artıq ölkənin təmsil olunduğu ekspert qrupunun iclasında dünya iqtisadiyyatında rəqəmli məlumatların artan rolu, məlumatların təhlili və süni intellekt üzrə imkanların gücləndirilməsi, elektron ticarət və rəqəmli iqtisadiyyatda məlumatların rolu, rəqəmli məlumatlar, onların inklüziv ticarət üçün əhəmiyyəti, sahə üzrə tənzimləyici məsələlər və çətinliklər kimi mövzular müzakirə edilib.

Hökumətlərarası ekspert qrupunun açılış sessiyasına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun vəzifələrini icra edən Azər Bayramov sədrlik edib. Xatırladaq ki, ötən ilin aprel ayında BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən keçirilən Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupunun iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi qrupun sədri seçilmişdi. Tədbirdə çıxış edən BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı təşkilatının baş katibi Muxisa Kituyi hökumətlərarası ekspert qrupunun son bir ildə uğurlu fəaliyyətini qeyd edib və Azərbaycanın elektron ticarətin inkişafı ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib.

Qeyd edək ki, 1-5 aprel tarixində Cenevrədə həmçinin Elektron Ticarət Həftəsində “E-ticarət Həftəsi 2019: rəqəmsallaşmadan inkişafa doğru” tədbiri keçirilib. Elektron Ticarət Həftəsində aparılan müzakirələr nəticəsində inkişaf etməkdə olan ölkələrin e-ticarət və rəqəmli iqtisadiyyatdan inkişaf üçün maksimum faydalanmaları məqsədilə konkret imkanlar nəzərdən keçirilib. Müxtəlif əlaqədar tərəflər tədbirdə bir araya gələrək rəqəmsallaşmadan irəli gələn əsas çətinlikləri və imkanları müzakirə ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BMT-nin e-ticarətlə bağlı qrupuna Azərbaycan sədirlik edəcək

19-04-2018

E- imza təcrübəmiz BMT konfransında təqdim edilib

11-10-2017

Dövlət Agentliyi BMT-nin ekspert toplantısında təmsil olunub

23-09-2020

Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

06-09-2018

Elektron hesablaşmaların idarə olunması mövzusunda təlim keçirilib

28-11-2018

Azərbaycan UNCTAD ilə rəqəmsal ticarət üzrə əməkdaşlığı müzakirə edib

13-03-2026

Azərbaycanın elektron ticarətlə bağlı milli strategiyası hazırlanacaq

16-03-2019

Azər Bayramov: Dünya üzrə elektron ticarətin həcmi çox böyükdür

03-12-2018

E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə master-klas keçiriləcək

19-09-2018

Nazir Rəşad Nəbiyev Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovla görüşüb

09-09-2021

Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

24-09-2018

Azərbaycan Rəqəmli iqtisadiyyat üzrə birinci Nazirlər görüşündə təmsil olunub

16-06-2015

Rəqəmsal Ticarət Qovşağı BMT-nin iclasında təqdim edilib

18-01-2020

Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

17-10-2017

İnformasiya Cəmiyyətinin İnkişafı üzrə İşçi Qrupunun iclası keçirilib

17-04-2019

Elektron ticarətdə elektron identifikasiyanın tətbiqi ilə bağlı dəyirmi masa keçirilib

01-12-2018

Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması altqrupunun iclası keçirilib

25-09-2024

Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsinin iclası keçirilib

14-09-2018

Nazir BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibi ilə görüşüb

26-10-2019

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Əbu-Dabidə beynəlxalq konfransda təqdim olundu

22-12-2018

Brüsseldə Azərbaycanın e-hökumət layihəsi təqdim edilib

08-05-2015

Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb

18-11-2019

Rəqəmsal ticarət ekosisteminə dair təhlillərin nəticələri təqdim edilib

07-05-2026

Bakı Elektron Ticarət Forumu keçirilir

21-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə