Previous Next
Bağla

RİNN-in nümayəndələri EaPeReg-in 21-ci plenar iclasında iştirak ediblər

26-05-2023 16:58
RİNN-in nümayəndələri EaPeReg-in 21-ci plenar iclasında iştirak ediblər

Mayın 24-də İrlandiyanın Dublin şəhərində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı ölkələrinin Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsi”nin (EaPeReg) 21-ci plenar iclası keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) Xebrler.az-a bildirilib ki, iclasda 19 ölkənin telekommunikasiya sahəsində tənzimləyici qurumunun 50-dən çox nümayəndəsi iştirak edib. Tədbirdə Azərbaycanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) nümayəndəsi və Şəbəkənin nazirlik üzrə ümumi koordinatoru Sevinc Vəliyeva və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nümayəndəsi Ravil İsgəndərov təmsil ediblər.

İclasda EaPeReg-in builki sədri Gürcüstan (ComCom) və müavini İrlandiya (ComReg) təmsilçiləri tərəfindən 2023-cü ilin birinci yarısında görülən işlər barədə məlumat verilib. Həmçinin şəbəkənin hər üç işçi qrup rəhbərləri tərəfindən görülən fəaliyyətlə bağlı hesabatlar dinlənilib. Şəbəkənin İş Planı tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Tədbirdə, eyni zamanda, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Avropa Elektron Rabitə Tənzimləyiciləri Şurası (BEREC), Avropa Aralıq dənizi Tənzimləyicilər Qrupu (EMERG), eləcə də Avropa Komissiyasının Radiotezlik Siyasəti Qrupunun (RSPG) rəhbər və təmsilçilərinin EaPeReg ilə aparılan əməkdaşlıq sahələrinə dair çıxışları olub.

RİNN-in nümayəndələri tərəfindən tədbir iştirakçılarına Azərbaycanda yaradılan və tənzimləyici funksiyaları yerinə yetirəcək İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi barədə məlumat verilib. Azərbaycanın şəbəkə ilə əməkdaşlığı çərçivəsində bu ilin sentyabr ayında Bakıda əsas tənzimləyici məsələlərə dair tədbirin keçiriləcəyi diqqətə çatdırılıb.

Qeyd edilib ki, şəbəkə vasitəsilə “EU4Digital” layihəsinin 1-ci fazasında icra edilən tövsiyə sənədlərinin daha dərindən mənimsənilməsi üçün İKTA ilə əlavə görüşlərin keçirilməsi nəzərdə tutulur. Bununla bağlı “EU4Digital” komandası ilə razılıq əldə edilib.

İclasda, eyni zamanda, BEREC-EaPeReg ilə dördtərəfli sammitin planlaşdırılması müzakirə olunub. EaPeReg-in 2024-cü il üzrə sədrliyi üçün Moldovanın namizədliyi irəli sürülüb və iclas iştirakçıları tərəfindən dəstəklənib.

Sonda EaPeReg-in 22-ci plenar iclasının Gürcüstanda keçiriləcəyi qeyd olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan 2025-ci ildə “EaPeReg”ə sədrlik edəcək

Azərbaycan 2025-ci ildə “EaPeReg”ə sədrlik edəcək

29-05-2024
Azərbaycan ilə Aİ arasında rouminq tariflərinin azaldılması müzakirə olunub

Azərbaycan ilə Aİ arasında rouminq tariflərinin azaldılması müzakirə olunub

06-10-2021
Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsinin 15-ci plenar iclası keçirilib

Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsinin 15-ci plenar iclası keçirilib

03-07-2020
İKTA rəsmiləri “EaPeReg”in Ekspert işçi qrupunun Lissabonda keçirilən iclasında iştirak ediblər

İKTA rəsmiləri “EaPeReg”in Ekspert işçi qrupunun Lissabonda keçirilən iclasında iştirak ediblər

13-05-2024
Ölkələrin telekommunikasiya üzrə iclası keçirilib

Ölkələrin telekommunikasiya üzrə iclası keçirilib

21-04-2018
Şərq Tərəfdaşlığı ölkələri arasında iclas keçirilib

Şərq Tərəfdaşlığı ölkələri arasında iclas keçirilib

18-11-2019
“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib

“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib

22-05-2024
Rəqəmli bazarların uyğunlaşdırılması iclasında ölkəmiz də təmsil olunub

Rəqəmli bazarların uyğunlaşdırılması iclasında ölkəmiz də təmsil olunub

22-06-2018
RİNN-də yaradılan Texniki Komitənin növbəti iclası keçirilib

RİNN-də yaradılan Texniki Komitənin növbəti iclası keçirilib

03-10-2025
Azərbaycan İstanbulda keçirilən Poçt Tənzimləyicilərinin Avropa Komitəsinin iclasında iştirak edir

Azərbaycan İstanbulda keçirilən Poçt Tənzimləyicilərinin Avropa Komitəsinin iclasında iştirak edir

26-11-2010
İKTA nümayəndələri Budapeştdə işçi qruplarının iclasında iştirak ediblər

İKTA nümayəndələri Budapeştdə işçi qruplarının iclasında iştirak ediblər

01-05-2026
İKTA əməkdaşları Riqada keçirilən SEWG görüşündə iştirak ediblər

İKTA əməkdaşları Riqada keçirilən SEWG görüşündə iştirak ediblər

21-11-2024
Dövlət Agentliyi Süni intellekt üzrə Komitənin Bürosunda təmsil olunacaq

Dövlət Agentliyi Süni intellekt üzrə Komitənin Bürosunda təmsil olunacaq

22-11-2019
Azərbaycan Avropa Poçt Tənzimləmə Komitəsinin iclasında təmsil olunub

Azərbaycan Avropa Poçt Tənzimləmə Komitəsinin iclasında təmsil olunub

02-07-2025
MDB-nin 2030-cu ilədək informasiya təhlükəsizliyi strategiyası müzakirə olunub

MDB-nin 2030-cu ilədək informasiya təhlükəsizliyi strategiyası müzakirə olunub

18-05-2021
Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub

Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub

18-12-2018
Azərbaycan Rəqəmli iqtisadiyyat üzrə birinci Nazirlər görüşündə təmsil olunub

Azərbaycan Rəqəmli iqtisadiyyat üzrə birinci Nazirlər görüşündə təmsil olunub

16-06-2015
İnformasiya Cəmiyyətinin İnkişafı üzrə İşçi Qrupunun iclası keçirilib

İnformasiya Cəmiyyətinin İnkişafı üzrə İşçi Qrupunun iclası keçirilib

17-04-2019
İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

03-03-2025
Nazirlik nümayəndələri beynəlxalq tədbirdə iştirak edib

Nazirlik nümayəndələri beynəlxalq tədbirdə iştirak edib

18-04-2017
İnternetin keyfiyyətini necə qaldırmaq olar?

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024
İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

09-04-2024
Azərbaycan Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransının Beynəlxalq Telekommunikasiya İttifaqı ilə əlaqələr komitəsinin iclasında iştirak edəcək

Azərbaycan Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransının Beynəlxalq Telekommunikasiya İttifaqı ilə əlaqələr komitəsinin iclasında iştirak edəcək

21-09-2010
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

28-05-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə