Previous Next
Bağla

Ölkəmiz Rəqəmli Bazarların Harmonizasiyası üzrə beynəlxalq tədbirdə təmsil olunub

13-02-2019 09:59
Ölkəmiz Rəqəmli Bazarların Harmonizasiyası üzrə beynəlxalq tədbirdə təmsil olunub

Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Brüsseldə Platforma 2 “İqtisadi inkişaf və bazar imkanları” adlı “Rəqəmli Bazarların Harmonizasiyası” üzrə 4-cü panel keçirilib.

Xeberler.az  bildirir ki, iclasda yeni istifadəyə verilmiş “EU4Digital” layihəsi müzakirə edilib və “EU4Digital Networks” koordinatorları görülən işlər, eləcə də, gələcək planlar barədə məlumat verib. Tədbirdə ölkəmizi təmsil edən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçilik və İnformasiya Cəmiyyətinin İnnovativ İnkişafı şöbəsinin müdiri Rəşad Əzizov çıxışında dövlət siyasətinin bir hissəsi kimi, Azərbaycanda xidmət sektorlarında rəqəmsallaşdırmanın səviyyəsinin yüksəldilməsi üçün bir çox işlər görüldüyünü diqqətə çatdırıb. O bildirib ki, cəmiyyət, sahibkarlar və dövlət qurumları arasında koordinasiyanın təmin edilməsi, bu münasibətlər əsasında ictimai xidmətlərin çeşidinin, keyfiyyətinin və əhatə dairəsinin genişləndirilməsi, həmçinin nağdsız ödəmə mühitinin təkmilləşdirilməsi, elektron hökumətin formalaşdırılması üçün yeni ideyaların dəstəklənməsi, "elektron imza", həmçinin, telekommunikasiya infrastrukturunun inkişafı istiqamətində islahatlar aparılır.

R.Əzizov, həmçinin qeyd edib ki, Azərbaycanda rəqəmli iqtisadiyyata keçid qeyri-neft sektorunda istehsal olunan əlavə dəyərin artırılmasını nəzərdə tutur. Bunun üçün hesablama infrastrukturu və insan resurslarının inkişafı diqqət mərkəzindədir. Bu baxımdan nazirliyin son üç ildə fəaliyyəti və islahatları İKT ekosisteminin inkişafına yönəlib.

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Regional İnnovativ Texnologiyalar Akademiyasının rəhbər şəxsləri də iştirak edib. İclas müxtəlif panellər üzrə müzakirələrlə öz işini davam etdirib.

Şərq Tərəfdaşlığı ölkələrində rəqəmli iqtisadiyyat və vətəndaş cəmiyyəti göstəricisi (DESI) üzrə tədqiqatın yekun nəticələri və tövsiyələri təqdim edilərək müzakirələr aparılıb. Şərq Tərəfdaşlığı ölkələrində kibertəhlükələrə qarşı dayanıqlılıq üzrə yeni regional proqram, Şərq Tərəfdaşlığı ölkələrində regional rouminq sazişi istiqamətində yol xəritəsi ətrafında da fikir mübadiləsi aparılıb. Bundan başqa, rəqəmli iqtisadiyyat üzrə 3-cü Şərq Tərəfdaşlığı ölkələrinin nazirləri səviyyəsində toplantının bəyannamə layihəsi müzakirəyə çıxarılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Rəqəmli bazarların uyğunlaşdırılması iclasında ölkəmiz də təmsil olunub

Rəqəmli bazarların uyğunlaşdırılması iclasında ölkəmiz də təmsil olunub

22-06-2018
Ölkəmiz “Rəqəmli İqtisadiyyat” nazirlər görüşündə təmsil olunub

Ölkəmiz “Rəqəmli İqtisadiyyat” nazirlər görüşündə təmsil olunub

10-10-2017
Azərbaycan Rəqəmli iqtisadiyyat üzrə birinci Nazirlər görüşündə təmsil olunub

Azərbaycan Rəqəmli iqtisadiyyat üzrə birinci Nazirlər görüşündə təmsil olunub

16-06-2015
Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub

Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub

18-12-2018
EU4Digital Bakıda fəaliyyətə başlayır

EU4Digital Bakıda fəaliyyətə başlayır

31-05-2019
Brüsseldə Azərbaycanın e-hökumət layihəsi təqdim edilib

Brüsseldə Azərbaycanın e-hökumət layihəsi təqdim edilib

08-05-2015
Rəqəmli Bacarıqlar üzrə Tərəfdaşlığın yaradılmasına dair onlayn seminar keçirilib

Rəqəmli Bacarıqlar üzrə Tərəfdaşlığın yaradılmasına dair onlayn seminar keçirilib

23-07-2020
İnnovasiya və startap ekosistemi üzrə layihələr müzakirə edilib

İnnovasiya və startap ekosistemi üzrə layihələr müzakirə edilib

30-05-2019
Şərq Tərəfdaşlığı ölkələri arasında iclas keçirilib

Şərq Tərəfdaşlığı ölkələri arasında iclas keçirilib

18-11-2019
Azərbaycan innovasiya siyasəti indeksinə dair əlaqələndirici şəxslərin görüşündə təmsil olunub

Azərbaycan innovasiya siyasəti indeksinə dair əlaqələndirici şəxslərin görüşündə təmsil olunub

07-03-2019
EU4Digital layihəsi çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə olunub

EU4Digital layihəsi çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə olunub

26-12-2019
Azərbaycan "Şərq Tərəfdaşlığı" ölkələri ilə regional rouminq sazişi imzalayacaq

Azərbaycan "Şərq Tərəfdaşlığı" ölkələri ilə regional rouminq sazişi imzalayacaq

09-07-2021
RYTN beynəlxalq tədbirdə təmsil olunacaq

RYTN beynəlxalq tədbirdə təmsil olunacaq

10-06-2015
Azərbaycan ilə Aİ arasında rouminq tariflərinin azaldılması müzakirə olunub

Azərbaycan ilə Aİ arasında rouminq tariflərinin azaldılması müzakirə olunub

06-10-2021
Hüquq və rəqəmsallaşma mövzusunda seminar keçirilib

Hüquq və rəqəmsallaşma mövzusunda seminar keçirilib

07-09-2019
Şərq Tərəfdaşlığı Ölkələri üçün Elektron Demokratiya Konfransı keçirilib

Şərq Tərəfdaşlığı Ölkələri üçün Elektron Demokratiya Konfransı keçirilib

25-11-2019
Ölkələrin telekommunikasiya üzrə iclası keçirilib

Ölkələrin telekommunikasiya üzrə iclası keçirilib

21-04-2018
“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib

“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib

22-05-2024
Elektron kommunikasiyaların tənzimlənməsi üzrə seminar başladı

Elektron kommunikasiyaların tənzimlənməsi üzrə seminar başladı

08-10-2010
Şərq Tərəfdaşlığı ölkələri arasında rouminq tarifləri endiriləcək

Şərq Tərəfdaşlığı ölkələri arasında rouminq tarifləri endiriləcək

17-09-2019
Dövlət və İnformasiya Texnologiyaları üzrə Avrasiya Forumu keçirilib

Dövlət və İnformasiya Texnologiyaları üzrə Avrasiya Forumu keçirilib

06-11-2019
Azərbaycan Qlobal Blokçeyn Konfransı 2019-da təmsil olunub

Azərbaycan Qlobal Blokçeyn Konfransı 2019-da təmsil olunub

14-11-2019
Sankt-Peterburqda rəqəmli texnologiyaların müasir inkişaf tendensiyaları müzakirə olunub

Sankt-Peterburqda rəqəmli texnologiyaların müasir inkişaf tendensiyaları müzakirə olunub

19-02-2020
“Azexport.az” portalı “EU4Digital” layihəsində Azərbaycanı təmsil edəcək

“Azexport.az” portalı “EU4Digital” layihəsində Azərbaycanı təmsil edəcək

04-03-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə